Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Sultan Süleymanın süd qardaşı Türkan Turan yazır

Sultan Süleymanın süd qardaşı Türkan Turan yazır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkan TURAN

Osmanlı donanmasından yüzlərlə gəmi səfərə çıxmazdan əvvəl Boğazda Ortaköy sahilinə yaxınlaşarmış. Bütün gəmi heyəti göyərtədə dayanıb diqqətlə qarşıda görünən təpəyə baxarmışlar. Sükut içində gözləyən əsgərlərin, "Ey ya molla" çağırışı ilə Boğazın bütün səssizliyi pozularmış. Yaşıllıqarın arasında, təpədən dənizçilərin piri olaraq adlandırılan mənəvi öndər zühur edərmiş. Əllərini havaya qaldırıb Osmanlı donanmasının savaşdan zəfərlə dönməsini diləyərmiş. Donanma əsgərlərinin hamısı bir ağızdan yüksək səslə "Amin" deyər, Ağdənizə doğru yola çıxarmışlar. Yaşadığı dönəmdə, bu mənəvi öndərin duası alınmadan nə Osmanlı donanması səfərə, nə də İstanbulun balıqçıları ova gedərmiş... Hətta Osmanlının bu ənənəsi mənəvi öndərin vəfatının ardından da illərlə davam etdirilmişdi. Zaman içində "Ey ya molla" sözü qısalaraq "heyamola"ya çevrilir. Günümüzdə bəzi balıqçılar hələ də qayıqları ilə sahilə yaxınlaşıb təpədəki qəbrə doğru üzlərini tutaraq Fatihə oxuyurlar. Bəzi kapitanlar isə bu duanı oxumadan ümumiyyətlə Boğazdan keçmirlər. Dənizçilərin piri olaraq adlandırılan bu şəxs Şeyx Yəhya Əfəndidir. Bu günün özündə də Yəhya Əfəndinin Boğazı və dənizçiləri qoruduğuna inanılır. Türbə, Beşiktaşda, Ulduz parkının yanında, Çırağan sarayının düz qarşısında yerləşir.

Yəhya Əfəndi

Sultan Süleymanın Yəhya adında süd qardaşı olduğunu bilirdim. Amma dənizçilərin piri, könüllərin sultanı, dilək, dua yeri olduğu haqda məlumatım yox idi. Təsadüfən Yuşa Türbəsində öyrəndim. Yuşa ayrı yazı mövzusudur, o haqda ətraflı yazacam. İndi qayıdaq Şeyx Yəhyaya; 1495-ci ildə Trabzonda, yəni Şahzadə Yavuz Səlimin burada Sancaqbəyi olduğu dönəmdə dünyaya gəlir. Yəhya ilə eyni həftədə şahzadənin oğlu Süleyman doğulur. Anası Ayşə Hafsa sultanın südü kəsildiyi üçün Süleymana südü Yəhyanın anası Afifə xatun verir. Bununla da, Yəhya ilə Süleyman süd qardaşı olurlar. Eyni yaşda olmaqlarına baxmayaraq, Yəhya Süleymana həmişə hörmət mövqeyində olur, ona böyüyüm, xocam deyə xitab edir. 17 yaşına qədər Trabzonda yaşayan Yəhya Əfəndi tez-tez şəhərdən kənarda mağaraya çəkilər, dua, zikr edərmiş. Rəvayət odur ki, bu vəziyyət 7 il sürür.

İki qardaşın Mahidövran Sultan incikliyi

Bir gün artıq Trabzonda öyrənəcəyi nəsə qalmadığı qənaətinə gəlir və İstanbula yola düşür. Dönəmin ən böyük alimlərindən dərs alır. Təhsilinin ardından İstanbulda ilk ali təhsil qurumu sayılan "Sahnı Səman" mədrəsələrindən birində illərlə müdərris olur. Təbii ki, Süleymanın dərddaşı, söhbət etdiyi yaxını, qardaşı, dostu, rahatlıq tapdığı adamı olur. Ancaq hər şey kimi, bu da daimi olmur və gedişat bir nöqtədən sonra cığırından çıxır. Yəhya, Qanuninin oğlu Şahzadə Mustafanı boğdurmağından sonra Mahidövran Sultanı saraydan uzaqlaşdırır. Bu da az deyilmiş kimi, saray xəzinəsindən ona verilən aylıq axcanı kəsir. Yəhya bunu öyrənəndən sonra Sultan Süleymana məktub yazır. Etdiyi hərəkətin yanlış olduğunu bildirərək, Mahidövran Sultana mərhəmət etməyini istəyir. Süd qardaşın bu hərəkəti Qanunini özündən çıxardan və Yahyanı mədrəsədəki vəzifəsindən azad edilərək təqaüdə göndərilmə əmri verir.

Bu hadisədən sonra öz pulu ilə Beşiktaşda ərazi almağa qərar verir. Burada dərgah qurur. Daha sonra mədrəsə, hamam, çeşmə, kitabxanadan ibarət külliyə inşa edir. Digər ustalarla birlikdə tikinti işlərində hünərini göstərir, özü də ustalıq edir. Yaratdığı mədrəsələrdə çox şagirdlər yetişdirir. Burada sadəcə islam elmlərini yox, tibbi, həndəsəni də öyrənirlər. Müsəlman olan, olmayan hər kəsə dərgahın qapısı açıq olur. Xalqın sevgisini qazanan Yəhya Əfəndi, burada məskunlaşdıqdan sonra da Beşiktaşlı Yəhya Əfəndi olaraq anılır. Bir müddət inciklik davam etsə də, sarayla bağlantısı olur. Məsləhətinə ehtiyac duyulan, tövsiyə alınan alim olaraq hörmət görür. Qanuni Sultan Süleyman özü belə Yəhya Əəfəndini heç vaxt hüzuruna çağırmır. Beşiktaşa gedər, onu dərgahında ziyarət edər, ürəyinə fərahlıq verən söhbətlərini dinləyər, mənəvi qidalanardı.

Ürək oğrusu

Yəhya əfəndinin Sufi olduğu deyilirdi. Ağac əkir, bağ salır, təbiətlə maraqlanırdı. Xalqın problemlərinə laqeyd qalmayan insan idi. Dərdi olan dərgaha gəlirdi. Yəhya bəzən burada özünə də qapanırdı, amma o qapını heç kimin üzünə bağlı saxlamırdı. Comərdliyi dillərə dastan idi. Bağında öz əlləri ilə əkdiyi ağacların meyvəsini gələnlərə yedirirdi. Eyni zamanda şair olan və Müdərris ləqəbini istifadə edən Yəhya Əfəndi, Beşiktaşda satın aldığı əraziyə xeyir əməl üçün xeyli evlər inşa etdirmişdi. Qurub, yaratdığı işləri vəsf edirdi. Xeyli xrsitian onun sayəsində müsəlman olmuşdu. Rumlar ona "Oğru Övliya" deyirdi. Könüllərini fəth edib, dinlərini dəyişməklərinə səbəb olduğuna görə.

Ölümünə qədər təfəkkür və ibadətlə həyatını davam edir. Heç bir anını boş keçirmir. 1570-ci ildə vəfat edəndə 75 yaşında idi. Bütün İstanbul dəfn mərasiminə axın etmişdi. Namazı Süleymaniyyə məscidində Şeyxülislam Əbusuud Əfəndi tərəfindən qıldırılmışdı. Yüzillərdir İstanbulun ən böyük mənəvi öndəri hesab edilir və ona sonsuz ehtiram göstərilir. Bu gün insanlar oraya axın-axın gedir. Təsadüfə bax ki, mənim getdiyim gün ayın 5-nə, xıdır əllər gününə düşdü. Belə günlərdə buradakı insan izdihamı daha çox olur. Bura insanların dua, dilək yeridir. Niyyətləri həyata keçən kimi buraya gəlib şirinlik paylayırlar. Bağa gəldikdə isə; gül-gülü, bülbül-bülbülü çağırır. Yüzlərlə rəngli çiçəklər, nəhəng ağaclar, quşların cəh-cəhi, ətrafda pərvana kimi uçuşan kəpənəklər, gəzişən, günəşin altında xumarlanan pişiklər, yuxarıda dövr edən qağayıları gördükcə sənə elə gəlir ki, elə cənnət dedikləri "o yer". buradır. Bir tərəfdən də önündə uzanan dənizi, boğazı görürsən və o an qeyri-ixtiyari olaraq gözə görünən, görünməyən hər şeyə şükür edirsən içindən.

Həzrəti Yuşa

Yuxarıda bəhs etdiyim Yuşa hekayəsinə gəldikdə isə... Yəhya Əfəndi üç gün hər gecə  yuxusunda Həzrəti Yuşanı görür: "Beykozdayam, gəl, mən Yuşa peyğəmbərəm və bu təpədə yatıram. Gəl, yerimi tap və məni ziyarət et" deyirdi.

Ertəsi gecə eyni yuxunu yenə görür. Maraqlanır və məlum olur ki, İsrailoğullarından olan Yuşa Musa Peyğəmbərin bacısı oğlu və sağ əlidir, özü də Fələstində ölüb. Eyni yuxunu üçüncü dəfə görəndə dərvişlərlə birlikdə yuxuda gördüyü təpəyə yollanır. Ərazidə çobanın qoyunları otardığını görürlər. Ona buralarda qəribəlik görüb-görmədiyini soruşurlar. Çoban ərazidə on il qoyun otardığını deyir və bir parça yer var ki, oraya qoyunların ayaq basmadıqlarını əlavə edir. Beləliklə, o gün Həzrəti Yuşanın qəbri Yəhya Əfəndi tərəfindən kəşf edilir. Bu vəziyyəti Sultan Süleymana nəql edir. O da həmin təpədə Həzrəti Yuşa Türbəsi və məscidi inşa etdirir. Məzarın uzunluğunun 17 metr olmağının səbəbi isə qoyunların ayaq basmadığı yer olduğuna görədir. Bəziləri isə korkoranə şəkildə gəlib dua edirlər, elə bilirlər ki, Yuşanın boyu 17 metr olub.

Yuşa Türbəsinə Yəhya Əfəndi türbəsindən bir gün öncə, yəni bazar günü getmişdim. Gördüklərim, müşahidələrim həzm edim, gələn həftə bu haqda yazacam.

Yəhya ilə Xızırın görüşü

Xalq arasında Yəhya əfəndinin Həzrəti Xızır ilə mütəmadi söhbət edildiyinə inanılır. Rəvayətə görə, iki dənizin birləşdiyi yerdə bu iki şəxs görüşürmüş. Əslində nə zaman gəldiyi və nə vaxt getdiyi məlum olmayan Xızır Peyğəmbərlə bağlı rəvayət Sultan Süleymanın qulağına çatır. Hökmdar Yəhyanı ziyarət edərkən, "Lütf edin, Xızır həzrətləri ilə biz də görüşək". "İnşallah" deyə cavab alır, Qanuni.

Bir gün Yəhya Əfəndi dərgahda onu ziyarətə gələn qonağı ilə söhbət edərkən Sultan Süleymanın adamı gəlir, "Padşahımız sizi sahildə gözləyir, sizinlə Boğazda gəzəcək" deyir. Yəhya Əfəndi qonağını da götürür padşahın yanına gedir. Səltənət qayığında oturan Sultan Süleyman, yanındakı qonağın kim olduğunu bilmədən onları qarşılayır. Gəzinti zamanı dərvişin gözü padşahın barmağındakı qiymətli üzüyə ilişir. Gözünü ayırmadan elə hey baxır. Vəziyyəti hiss edən Süleyman üzüyü barmağından çıxardıb dərvişin qucağına atır. Qonaq üzüyü götürüb bir sağa çevriri, bir sola, sonra dənizə ataraq gülümsəyir. Bu hadisəyə qəzəblənən hökmdar əhvalını pozmamağa çalışaraq Yəhya ilə söhbətə davam edir. Bir qədər sonra qonaq vacib işi olduğunu və dərhal sahilə çıxmaq məcburiyyəti yarandığını söyləyir. İstiqamətini dəyişən qayıq sahilə yaxınlaşmağına az qalmış Dərviş görkəmli qonaq əlini boğazın dərin sularına salır, saniyələr içində suya atdığı almaz üzüyü sudan çıxardır və padşahın ayağının önünə qoyur. Ardınca çevik hərəkətlə sahilə atlanır və gözdən itir. Gördükləri qarşısında heyrət içində qalan Sultan Süleyman, "bu qəribə adam kim idi" deyə soruşur. O da uzun müddətdir görməyi arzu etdiyi Xızır Əleyhsalam olduğunu deyir. Kefi pozulan padşah Yəhyaya nə üçün onu tanıtmadığını soruşur. Yəhya deyir ki, "o sizə özünü tanıtmağa çalışdı, amma siz onu fərq etmədiniz. Çünki Xızır Əleyhisalam hazır olana görünür. Hazır olmayandan özünü gizləyir".

Yəhya əfəndi 1569-cu ildə Qurban Bayramı gecəsində vəfat edir. Öz dərgahında özünün hazırladığı məzarda dəfn edilir. Qəbrinin üstündəki türbə isə 1571-ci ildə II Səlim tərəfindən Memar Sinana inşa etdirilir. İstanbulun 4 qoruyucusu olduğu deyilir. Onlardan biri Həzrəti Yuşadır, ikincisi Yəhya Əfəndidir, üçüncüsü Telli Baba, dördüncüsü isə Əzizi Mahmud Xudayidir. Dördü də müqəddəs yer hesab edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://525.az
archiveBu xəbər 12 May 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri