Icma.az
close
up
RU
Yoros qalası Türkan Turan yazır

Yoros qalası Türkan Turan yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

Türkan TURAN

Yolum Anadolu yaxasında, Boğazın Qara dəniz girişinin şərq istiqamətində yerləşən Yoros qalasınadır. Rumeli kavağı üzərindəki İmros qalası ilə birlikdə boğaza giriş-çıxışa nəzarət etmək məqsədi ilə qurulub. Adı "müqəddəs yer" mənasını verən Hierondan gəlir. Bəzi mənbələrdə isə yunanca "dağ" anlamına gələn "oros"dan, ya da "xoş rüzgarlar" mənasını verən "ourios"dan götürüldüyü ehtimal edilir.

Əldən-ələ keçən qala

Əslində bəzi mənbələrdə qalanı Ceneviz abidəsi kimi tanıdırlar. Çünki abidə 100 il onların hakimiyyəti altında qalıb. Ancaq bu, tamamilə yanlış məlumatdır. Çünki qala üzərindəki kərpic kitabələrin üzərində yunan əlifbası ilə yazılan sözlərdən açıq-aydın görünür ki, o, Bizans abidəsidir. Qala 1261-ci ildə imperator səkkizinci Michael Paleologos tərəfindən inşa edilib. Abidəni 1305-ci ildə Şilə qalası ilə birlikdə türklər ələ keçirirlər, ancaq uzun müddət əllərində saxlaya bilmirlər. Aradan 43 il keçir, Qara dəniz ticarət yoluna nəzarət edən Cenevizlilər qalaya hakim olurlar. XIV əsrin sonlarına doğru isə qala Boğaziçinin Anadolu yaxasına tamamilə hakim olan Osmanlılar tərəfindən təkrar fəth edilir. Yoros qalası tarix boyu dəfələrlə əldən-ələ keçib. Hətta Ceneviz idarəsinə dair bir kitabda Multedo adlı professor tərəfindən qalanın qapısı üstündə latınca "cenevizli Vincenzo Lercarinin müqəddəs boğaz üstündəki qalanı təmir etdirdi" bildirilir.

Bəyazidin savaş mərkəzi

Yorosu İldırım Bəyazid alır. 1391-ci ildə Qocaəlindən böyük bir ordu ilə gəlib Yorosa çıxır, buradan da Yahşi bəyi göndərərək Şilə Hasarını təslim aldırlar. Elə bundan sonra Bəyazid Yoros qalasını savaş strategiya mərkəzi olaraq istifadə edir. Ardınca Gözəlhisar deyilən yerdə, yəni Ruməli hisarının əks tərəfində Anadolu hisarını inşa etdirir. Bu gedişat Konstantinopolu fəth etmə yolundakı hazırlıqların ən önəmli ayaq səsləri sayılırdı. Qalanın yaxınlığındakı meşəlik bölgədə ərazinin zəbti ərəfəsində şəhid olanlara aid məzarlıq da var.

Qaynayan xronologiya

Qala 500 metr yüksəklikdə yerləşir, eni 60 və 130 metrdir.  1402-ci ildəki Ankara savaşından sonra I Bəyazidin oğullarındn Çələbi Mehmed, qardaşı Musaya qarşı hərəkatı üçün 1414-cü ildə Trakyaya keçmək üçün Bizans imperatorundan kömək istəyir, özü də Bursadan çıxaraq gəlib Yorosda qalır. 1391-1414-cü illər arasında Yoros qalası türklərin əlində olur. Bu qısa xronologiyadan da bəlli olur ki, abidə İstanbul fəth edilənə qədər heç boş qalmır. Günümüzdə Ruməli Hisarı daha cazibədar görünə bilər, ancaq qızıl çağlarında Yoros qalası onun iki qatı böyüklüyü ilə Boğazdakı ən böyük qala imiş. Gəzəndə də görürsən ki, vaxtilə ərazisi xeyli yerə yayılıb.

Müəmmalı zəncir

İspaniya kralının elçisi Tumurun yanına göndərilən Ruy Qonzales de Klavijo, Qaradənizə üzərkən gördüyü qalanı "El Guirol de la Turquia" olaraq adlandırmışdı. O, eyni zamanda buranın yaxşı vəziyyətdə olduğunu və içərisində türk qarnizonunun yerləşdiyini bildirmişdi. Halbuki qarşısındakı qala xarab və tərkedilmiş vəziyyətdə idi, təpənin ətəyində, ətrafında divarlardan əsər-əlamət qalmamışdı. Hətta Klavijon qeyd etmişdi ki, bu qaladan qarşı sahildəki qalaya zəncir gərilib. Ancaq ondan başqa həmin zənciri nə bilən var, nə də görən.

Yorosun osmanlılaşması

İstanbulun fəthi ilə Yoros tamamilə türk hakimiyyəti altına keçir. Osmanlı dövləti sahil boyunca yerləşən qalaları, eləcə də buranı təmir etdirir. II Bəyazid isə qalanın tərkibində Yoros məscidi adlı ibadət yeri inşa etdirir. Sonralar qala qoruyucusu olan Mehmed Ağa da bir dənə hamam inşa etdirir. Əslində Osmanlı arxivindəki 1576-cı ilə aid sənədlərdə burada qala ilə birlikdə məscid, çeşmə və hamamın təmir edildiyinə dair rəsmi məlumat var. Ancaq indi onların izi də yoxdur. Hətta alman səyyah Brettenli Heberer 1580-ci ildə İstanbula gələndə qalanı yaxşı vəziyyətdə görür və səyahətnaməsinə həqiqətə uyğun bir də qravüra qoyur. Xarabalığa çevrilmədən əvvəl qala içərisində 25 evlik türk məhəlləsi olduğu bildirilir. Bundan əlavə, 20 nəfərlik mühafizəçisinin olduğu məlumdur.

Zeus: göylərin tanrısı

Ötən saylarımızdan birində Yuşa təpəsindən bəhs etmişdik. Həmin təpənin sirrinin bir az da Yoros qalası ilə əlaqəli olduğundan bəhs etmişdik. Belə ki, bundan min illər əvvəl bu təpələr şəhərdə yaşayanlar tərəfindən müqəddəs qəbul edilirmiş. Tarixin bir çox səhifəsində, buranın Zeus məbədi olduğu yazılır. Çünki Yuşadan əvvəl fərqli sivilizasiyalardan olan insanlar əraziyə öz inanclarına uyğun məbəd və tapınaqlar inşa ediblər. Antik yunanlar təpəni Zeus tapınağı olaraq istifadə ediblər. Qalanın da Zeusla əlaqəsi olduğu iddia edilir, təbii ki, bu, mübahisəli məsələdir. Hətta qalanın önündəki bir ağaca iplər, parçalar, bağlanıb. Deməli, buranın müqəddəs olduğuna xeyli inanan var. Sırf dilək üçün Yuşa təpəsinə gedirlər, aralarında 10-15 dəqiqəlik məsafə var. Ona görə də, bəzilər Yuşanın əslində Zeus olduğunu iddia edir. Amma vəziyyətə baxanda əmin olursan ki, bu iddiaların hansının yanlış, hansının doğru olduğu heç vaxt bilinməyəcək.

Qalanın gözəlliyinə gəldikdə isə, buranın elə bir mənzərəsi var ki, insan az qalır oturub bütün dünyanı sorğulasın. Betona çevrilmiş İstanbulda hər tərəfi yamyaşıl, qocaman ağaclarla dolu olan bir yer görmək, əlbəttə, insanı çaş-baş qoyar. Ancaq təəssüf ki, bu cür qədim, qiymətli abidənin daşları rəngli spreylərlə divara yazılan adlar, "sevgi" sözləri ilə doludur. Gələnlər ətrafı ciddi şəkildə zibilləyiblər. Halbuki bura o qədər gözəldir ki, yerə bir dənə çöp atmaq belə insanın əlini, qolunu qurudar deyə düşünürsən.

Anadolu kavağı

Təpənin aşağısı balıq evləri, dar küçələr, iç-içə keçmiş yollar, yoxuşu, enişi, yaşıllığın hakim olduğu, havası gözəl, göyü təmiz, dənizi duru, Qara dəniz ilə Boğazı birləşdirən Anadolu kavağıdır. Şəhər xətləri bərələrin son dayanma nöqtəsidir. Buranı görəndə sənə elə gəlir ki, sanki İstanbul içindən bambaşqa bir İstanbul var. Gördüyümüz yer, şəhərlə daban dabana ziddir. Bütün bunlar az deyilmiş kimi, bir də səssizlik, sakitlik hökm sürür. Tıxacdan söhbət gedə bilməz, çünki buralarda maşın gözə dəymir. Ətrafda bircə dənə də olsun taksi yoxdur. Sadəcə bir avtobus işləyir, o da elə uzun aralıqlarla hərəkət edir ki, dayanacaqda nə üçün dayandığını unudursan. Evlərin böyük hasarları yoxdur, həyətlər ya dəmir barmaqlıqlarla əhatələnib, ya da gül-çiçəklə. Balığı ilə zəngindir, Çünki balıqçılar Qaradənizdən tutduqları balıqları sahildəki restoranlara satırlar, ona görə də, burada qiymətlər digər yerlərə nisbətən xeyli ucuzdur. Onu da öyrənirəm ki, Osmanlılar balıq sevmirmişlər, ərazidə balıq kültürünün bu qədər populyar olması isə Bizans və Cenevizlilərdən qalmadır. Osmanlı zamanında balıqlar kasıb yeməyi hesab edilirmiş. Alt təbəqənin əsas qidası sayılırmış. Hətta dənizdən tutulan balıqlar o qədər bol olurmuş ki, qaytarıb dənizə geri atırmışlar. Təsəvvür edirsiniz, bu gün lüks sayılan bu sağlıqlı nemət tullantı hesab edilirmiş.

Marko Paşaya söylə ki...

Anadolu kavağının ən məşhur yerlərindən biri də Marko Paşa köşküdür. Rəvayətə görə, Anadolu kavağında donanmaya məxsus ərazidəki bu köşk, Sultan Əbdüləzizin baş həkiminə aid imiş. Marko Paşa xalq arasında dərd dinləməklə də məşhur imiş. Sultan Əbdülhəmid dönəmində həkim Məclisi Ayanda xalqın problemlərini dinləməklə bağlı vəzifəyə gətirilir. İnsanlar qəbuluna dərdini sözlü və yazılı şəkildə demək üçün gedirmişlər. Bu problemlərin hamısı həllini tapmırdı. Paşadan bu günümüzə gəlib çatan "get dərdini Marko Paşaya söylə" sözü qalıb, bir də bu gözəl sənət əsəri. Əslində Paşa dərdini söyləyəni dinləməz, dinləyirmiş kimi göstərirmiş, nəticəyə bağlamadan da söhbəti dəyişirmiş. Yeni dünyada çoxları Marko Paşanın yolunu gedir, tanımaqları şərt deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Avqust 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri