Icma.az
close
up
RU
Qanlı gedişatı dəyişən padşah: Sultan Əhməd Türkan Turan yazır

Qanlı gedişatı dəyişən padşah: Sultan Əhməd Türkan Turan yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkan TURAN

Sultan Əhməd türbəsi

Tarixdə sayğı duyulacaq o qədər şəxsiyyətlər var ki... Aradabir bəzilərinin məzarına baş çəkməyi, onları yatdıqları yerdə ziyarət etməyi özümə borc bilirəm. Axıdılan qanların  dayandırılması, insanların bilərək, istəyərək öldürülməsini əngəlləyən, yaşatmaqdan və yaşamaqdan yana atılan bütün addımlar, verilən bütün qərarlar hörmətə layiqdir. Üstündən istər yüz il keçsin, istər min il... Həmin şəxslərdən biri də Osmanlı padşahlarından olan Sultan Əhməddir. Çoxdan məzarını ziyarət etmək istəyirdim, ancaq bu günlərə təsadüf etdi. Sultan Əhməd elə Sultan Əhməd meydanındakı öz adını daşıyan türbədə yatır. Külliyyə parçası olaraq inşa edilən türbə, meydanın cənubunda yerləşir. Abidənin memarı Mehmed Ağadır. 1609-cu ildə təməli atılan Sultan Əhməd külliyyəsinin bir parçası olaraq inşasına başlanır, Sultan Əhmədin ölümündən üç il sonra 1620-ci ildə tamamlanır. Külliyyənin ilk tamamlanan hissəsi məscid, hökmdar qəsri, atrium və "arasta" dedikləri ticarət üçün dəhlizdir. Ən axıra saxlananlar isə Darülşəfa, mədrəsə və bu türbə olub.

Abidənin eyvan qismi portiklə əhatələnib, dördbucaq plan əsasında tikilib. Öndə dörd, arxada iki sütunun daşıdığı üç kəmərli tağın orta hissəsi aynalı tağlarla, yan hissələr isə qübbə ilə örtülüdür. Ön cəbhə boyunca uzanan revakın (eyvan) divarından, III Mehmed türbəsinin yanına qədər olan qapılar sədəf və fildişi ilə bəzədilib. Türbənin Qərb yönündəki çıxıntıda isə ayrı bölmə mövcuddur. Türbəyə eyvanın ortasındakı qapıdan giriş edilir. Türbənin eni və uzunluğu on beş metrdir. İçəri üç sıralı, fərqli ölçülərdə ümumilikdə 52 pəncərə ilə aydınlanır. Divarların alt qisimləri çinilərlə örtülüdür. Taxta qapılı alt pəncərələrin üstündə ikinci və üçüncü pəncərə sıraları mövcuddur. İkinci sıradakı pəncərələrin ölçüsü üçüncü sıradakı pəncərələrdən daha kiçik asimmetriyaya sahibdir. Müxtəlif rənglərdən ibarət vitraylı pəncərələr abidənin görkəminə xüsusi dinamika qatır. Şərq yönündə yerləşən sərt kəmərli tağlar məhvil balkon şəklində çölə doğru çıxıntılıdır. Türbənin içində otuz altı nəfər yatır. Bunlar Osmanlı imperatorları Sultan Əhməd, Sultan Osman, Sultan Murad, Kösəm Validə Sultan, onların və Sultan İbrahimin uşaqlarıdır.

Naxışlar

Türbənin içi çini və qələm işi bəzəklərlə birlikdə daş və taxta işçiliyi ilə yaradılan kompozisiyalar baxımından olduqca zəngin bəzəyə sahibdir. Divar örtüklərinin alt qismləri çini ilə örtülüb. Ətrafı qələm ilə bəzənib. Pəncərə, pəncərənin taxtadan olan qapıları, qapı xüsusi incəliklə işlənib.

Çinilər

Türbə çini bəzək baxımından olduqca zəngindir. Daxildə, giriş qisimlərdə, yan divarlarda daha çox görmək olar. Alt sırada mövcud olan pəncərə və dolab aralarındakı divar səthləri dövrün zərif çiniləri ilə örtülüdür. Bu səthlərdə ağ, firuzə, yaşıl, mavi, qırmızı gülləri, narçiçəklərini, yarpaq işləmələrini görmək olar. Aşağı pəncərələrlə ikinci sıradakı pəncərələr arasındakı səth, göy çini örtük üzərində ağ hərflərlə yazılmış ayətlərlə əhatələnib. Ayətlərin bitişi al qırmızı rənglərlə tamamlanıb. Giriş qismində şimal yönündə xəncərvari yarpaqlar, kənarlarında isə düyünlər işlənib. Künclərdə rumi kompozisiyası diqqət çəkir. Rumilər yaşıl örtük üzərində ağ rəngli motivlərlə bir-birinə bağlanmaqdadır. Divarlardan birində qərənfil və bənzər çiçəklər gül qabında təsvir edilib. İri yaşıl yarpaqlar xeyli diqqət çəkir. Baxan kimi görürsən ki, divarlardakı tək bir nöqtənin belə dərin mənası var. Bütün bəzəklərin olduğu divarların künclərində rumi kompozisiyasının təkrarını görmək mümkündür.

Taxta işləmələr

Taxta işləmələr də göz oxşayır. Pəncərə qanadları, dolab qapıları və içəriyə girişi olan bütün qapılarda işləmələr dərhal nəzərə çarpır. Pəncərə qapaqları üç hissəlidir. Hamısında eyni kompozisiyalar təkrarlanıb. Dolab qapaqları da pəncərə qanadları kimi kündəvari texnika ilə işlənib. Qapı qanadları olduqca sərt materiala aid abanoz ağacından düzəldilib.

Daşın ruhu, qələm işi

Daş bəzəklər qapı boşluğu, tavan və mehrablarda mərmər materialdan istifadə edilib. Qapı tavanı boşluğunda, rumi və xətai tərzi işləmələr eyni anda istifadə edilib. Mehrablarda isə müqərnanın altında kitabə yerləşir. Kitabənin döşəməsi yaşıl rəngdə olub üzərində qızılı işləmələr görülür.

Türbə çiniləri qədər qələm bəzəkləriylə də gözoxşayır. Qələm işi, üst pəncərələrin ara səthləri ilə kəmərlər, kürə qismi, qübbə içində işlənib. Mavi rəngin çox istifadə edildiyi bu motivlər arasında qərənfil, naçiçəyi, lalə və rumilər diqqət çəkir. Qübbə olduqca sadədir. Mərkəz qismində ərəb əlifbası ilə ayətlər yazılıb. Yan tərəflərdə qələmlə işlənmiş naxışlar getdikcə artır.

Osmanlının ən gənc padşahı

Türbəyə getməyimin məqsədi Sultan Əhmədi ziyarət etməkdi. Sultan Əhmədə sevgim və sayğım böyükdür. Çünki o, bir neçə əsr davam edən qardaş qətli qanununu ləğv edəcək qədər böyük şəxsiyyət idi. Bu gün oturub o dönəmə nəzər salanda, 13 yaşlı bir yeniyetmənin belə bir qərarı verəcək qədər dərin, uzaqgörən, olğun olmağı insanı təəccübləndirir. Atası III Mehmetin ölümündən sonra I Sultan Əhməd taxta keçir. Hər kəs atasının cənazə namazı üçün Ayasofyaya axın edərkən, o taxtında oturub dərin düşüncələrə dalır. Hamı yeni padşahın dəfn mərasiminə qatılmağını gözləyir. Hətta Şeyxülislam hüzuruna çıxır, dəfnə qatılmağının gərəkliliyini xatırladır. Fikirli halda oturan gənc Sultan deyir ki, "Bu gün otura bilmədiyi taxta sahib olmaq üçün 19 qardaşını və bir oğlunu öldürən adam atam da olsa, qatildir. Mən qatilin cənazə namazını qılmaram, çıxın gedib özünüz qılın". 19 qardaşın içində südəmər körpələr də vardı. Körpələri boğduranda biraz əvvəl əmdikləri süd ağızlarından axmışdı. Atasının sarayda törətdiyi bu qətliam onu dərdindən sarsıtmışdı. O dərəcədə ki, qanunları dəyişdi. I Muradın padşah olduğu dönəmdə şahzadə Xəlil və İbrahimin boğdurulmağı ilə başlayan və Fateh Sultan Mehmedin padşahlıq dönəmində qanuniləşən qardaş qatili qanunu ləğv edildi. Yerinə, əkbər və ərşad olaraq bilinən ailə içindən ağlı başında olan ən böyük oğulun taxta keçməsi sistemi quruldu. Qeyd edim ki, Əhməd Osmanlı İmperatorluğunun sancaqbəyliyinə getmədən taxta çıxan ən gənc sultandır. On dörd illik hakimiyyəti boyu bir dəfə də olsun səfərə çıxmır. 27 yaşında tifus xəstəliyindən vəfat edir.

Kösəm Sultanın şahmat kimi siyasəti

Sultan Əhmədin yanında məzarı olan və mənim də diqqətimi çəkən digər şəxslərdən biri isə Kösəm Sultan oldu. Sultan Əhmədin həyat yoldaşı idi. Osmanlının ən təhlükəli qadınlarından hesab olunur. Doğrudur, ərinin hakimiyyəti illərində içindəki canavarı üzə çıxara bilmirdi. Ancaq padşahın ölümündən sonra hər şey dəyişir. Əvvəlcə 27 yaşlı Kösəm anidən saraydan uzaqlaşdırılır. Amma elə olur ki, oğlu IV Muradın taxta oturmağı ilə yenidən saraya qayıdır. Bu, onun üçün yarım əsrlik fürsət olur. Belə ki, az yaşlı Muradın yerinə ölkəni özü idarə etməyə başlayır. Rüşvət çarxından gələn sərvət, nüfuzundan istifadə edərək satışa çıxardığı vəzifələr sayəsində pula pul demirdi. Ölkə idarəçiliyində ağaların gücünü bildiyi üçün onları yanına çəkirdi. IV Muradı oğlanlarla əlaqəyə cəlb edərək onu Hərəmdən uzaq tutmağa çalışırdı. Əgər Murad hərəmə əl atsa, ifşa olacağını bilirdi. Bir tərəfdən də xanədan soyunun davamı gəlməliydi. Ona görə də, digər oğlu I İbrahimi cariyələrlə məşğul edirdi. Ölkəni şahmat kimi idarə edirdi, sırf öz gücünə bir neçə xalq üsyanını dəf etmiş, imperatorluğu bir neçə təhlükədən qurtarmışdı. IV Murad iki qardaşını ona maneə yaratmamağı üçün öldürməyə qərar verəndə, Kösəm buna göz yummuş, müdaxilə etməmişdi. Digər oğlu İbrahimi isə "dəli olub" deyərək onu işə yaramaz kimi göstərməklə Muradın qəzəbindən uzaq tutmağı bacarmışdı. İbrahim onun ehtiyatda saxladığı proyekti idi. Elə də oldu. Muradın ölümündən sonra taxta İbrahimi keçirir. Lakin "Dəli" ləqəbi ilə nam salan İbrahim tezliklə anasının kontrolundan çıxır, Kösəm Sultan gücünü itirir. İbrahimin dönəmində ölkə çalxantılı günlərdən keçməyə başlayır. Daha sonra vəziyət elə gətirir ki, İbrahimin öldürülməsi gündəmə gəlir, təklifi də Kösəmə edirlər, o da buna etiraz etmir. Necə olsa, taxta nəvəsi keçəcək, ölkəni idarə etmək yenə ona qalacaqdı. Belə də olur, taxt IV Mehmetə keçir. Ancaq tezliklə Kösəm yenə arxa plana düşür, çünki IV Mehmetin anası Kösəmə imkan vermir. Qadın bu dəfə də nəvəsini öldürtmək istəyir. Lakin ova gedərkən özü ovlanır. Gəlin qayınana arasındakı savaş, Kösəmin ölümü ilə sonlanır. Əvvəlcə döyürlər, qulağını cırıb zinətlərini qopardırlar. Öldüyünü sanıb aparıb uzaq atırlar. Ancaq yaşadığını görürlər. Bu dəfə də elə öz saçı ilə boğub öldürürlər. Yarım əsr ölkəni idarə edən qadının ölümündən sonra 14 min insanın ac qaldığı deyilir. İqtidar belədir də, kim olursan ol, dadı damağına dəydimi, əl çəkə bilmirsən. Daha artığın və əbədiyyən sürməyini istəyirsən. Hər kəsə və hər şeyə rəğmən. Yeri gəlir öz qanından, canından olanları da gözün görmür.

Yeri gəlmişkən, ötən saylarımızda bəhs etdiyim, təcavüz edilərək öldürülən Sultan Gənc Osmanın məzarı da buradadır. Həm memarlıq, həm də Sultan Əhmədi yad etmək üçün görülməyə dəyər yerlərdəndir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://525.az
archiveBu xəbər 14 İyul 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see140

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see130

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see119

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see116

Zaporojye AES də atəş səsləri: MAQATE dən HƏYƏCAN SİQNALI KONKRET

13 İyul 2025 23:32see115

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see114

Messi ardıcıl beşinci oyunda dubl etdi

13 İyul 2025 09:49see114

Yaddaşları oyadan kitablar

13 İyul 2025 08:18see114

Ağ Ev Trampla görüşdə beş Afrika liderini alçaldıb

13 İyul 2025 21:00see113

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see113

Gah sarışın, gah əsmər…

13 İyul 2025 02:41see112

Azərbaycan korifeyi Stalin mükafatı komitəsində

13 İyul 2025 08:16see112

İsrail kosmosa ilk rabitə peykini buraxıb

13 İyul 2025 13:10see111

Azərbaycan Rusiyadan şokolad idxal edən ilk 10 ölkə sırasına daxil oldu

13 İyul 2025 20:00see111

Dubay şeyxinin qızı Parisdə repper French Montana ilə görüşüb…

13 İyul 2025 21:07see111

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see111

Yeni tikilən Gəncə stadionundakı durum Şəkillər

13 İyul 2025 19:55see110

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see110

Mahiri bu dəfə təpiklə dayandırdılar... qol vurdu və zədələndi!

13 İyul 2025 20:01see110

Makron ABŞ ın Avropa İttifaqı məhsullarına tarif tətbiq etmək qərarını pisləyib

13 İyul 2025 02:17see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri