Ceyhun Bayramov Qırğızıstanı təbrik edib
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
4 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev arasında telefon danışığı baş tutub.
XİN-dən Sherg.az-a verilən xəbərə görə, telefon danışığı zamanı, nazir Ceyhun Bayramov Qırğız Respublikasının yüksək səs çoxluğu ilə BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü seçilməsi münasibətilə səmimi təbriklərini çatdırıb.
Tərəflər iki ölkə arasında regional və çoxtərəfli platformalarda, o cümlədən BMT TŞ çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar.
İki ölkə arasında strateji tərəfdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edilərək, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Baxış sayı:67
Bu xəbər 04 İyun 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















