Icma.az
close
up
RU
Məmməd Kərim: Süni intellekt tərkibli çox sayda startaplara yatırım eləmişik

Məmməd Kərim: Süni intellekt tərkibli çox sayda startaplara yatırım eləmişik

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 2 sentyabr, AZƏRTAC

Hazırda portfelimizdəki xaricdə fəaliyyət göstərən startapların Azərbaycanda 30-40 nəfərlik komandaları var. Bu, həm yerli mütəxəssislərin beynəlxalq təcrübə qazanmasına, həm də yerli ekosistemin inkişafına kömək edir. Eləcə də, süni intellekt tərkibli xeyli sayda startaplara yatırım eləmişik.

Bu barədə AZƏRTAC-a müsahibəsində “Caucasus Ventures”in rəhbəri və qanuni təmsilçisi Məmməd Kərim deyib.

“Başlanğıcda planımız yalnız regiondakı təsisçilərə yatırım etmək idi. Amma sonradan gördük ki, çoxlu istedadlı region mənşəli, lakin beynəlxalq bazarlarda fəaliyyət göstərən təsisçilər var. Məsələn, biz hazırda Londonda fəaliyyət göstərən tacikistanlı bir startapa yatırım etmişik, hansı ki, maliyyə texnologiyaları sahəsində 40 milyon dollarlıq kapital cəlb edib. Eyni zamanda Lüksemburqda fəaliyyət göstərən azərbaycanlı təsisçilər də var ki, onlar kimyəvi və kosmetik maddələr üzərində işləyirlər.

Digər tərəfdən, belə startapların çoxu Bakıda back-office açır. (Back-office - bir şirkətin müştərilərlə birbaşa təmasda olmayan, lakin daxili əməliyyatlarını, maliyyə, idarəetmə və texniki proseslərini təmin edən bölməsidir – red.). Digər müxtəlif təhsil sahəsində süni intellekt tətbiq edən bir qazaxıstanlı startap var. Bundan başqa, azərbaycanlı startaplardan biz Amerikada yerləşən və kompozit material sahəsində iş aparan bir startapa yatırım eləmişik. İngiltərədə elektron maşınlar üçün elektromobillər üçün şarj aparatına xüsusi kabel və avadanlıqlar xidməti üzrə ixsaslaşmış azərbaycanlı bir startap var, ona dəstək olmuşuq. Sinqapurda bir azərbaycanlı startap var, o daha çox gəmiçilik və gəmilərə Giriş Sistemi (SAS) üzrə çalışan startapa yatırım etmişik, hazırda layihə böyümək üzrədir. Hazırda startapın illik 1 milyona yaxın dövriyyəsi var. Startaplarımızın sayı getdikcə artır. Bundan başqa, Azərbaycanda yerləşən startap sayı, haradasa təxminən 9 dənə startapımızın əsas ofisi Bakıda yerləşir. Bu startaplar Bakıdan böyüməyə çalışırlar. Böyüdükdən sonra bu startaplar burada dayanmırlar, Özbəkistan, Qazaxıstan, İndoneziya, müxtəlif daha böyük bazarlara çıxmaq istəyən startaplarımız var”, - deyə Məmməd Kərim qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri