Icma.az
close
up
RU
Məmurlara bizneslə bağlı yeni qadağalar qoyulur

Məmurlara bizneslə bağlı yeni qadağalar qoyulur

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Vəzifəli şəxs vergidən azad və ya güzəştli vergi rejimli, habelə "Kraudfandinq haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində göstərilən ərazilərdə və ya dövlətlərdə yerləşən, yaxud qeydiyyata alınmış emitentin qiymətli kağızlarından gəlir götürə bilməz.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Maraqlar toqquşması haqqında" Qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd olunub ki, hüquqi şəxslərin idarəetmə orqanlarında (o cümlədən icra orqanı, direktorlar (müşahidə) şurası) və ya təftiş komissiyasında (audit komitəsində) dövləti və ya bələdiyyəni təmsil edən vəzifəli şəxsə aşağıdakılar qadağan edilir:

- nümayəndə olduğu hüquqi şəxsdən, onun idarəetmə orqanlarının (o cümlədən icra orqanının, direktorlar (müşahidə) şurasının) və ya təftiş komissiyasının (audit komitəsinin) üzvlərindən hədiyyələrin qəbul edilməsi;

- nümayəndə olduğu hüquqi şəxsin payının (səhminin) və həmin hüquqi şəxsin əmlakının və ya əmlak hüquqlarının alınması;

- nümayəndə olduğu hüquqi şəxsdə hər hansı ödənişli vəzifənin tutulması.

Vəzifəli şəxs müəyyən edilmiş məhdudiyyətlərə nümayəndə funksiyasına xitam verildikdən sonra 2 (iki) il müddətində də əməl etməlidir.

Vəzifəli şəxs bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq, kommersiya başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz.

Vəzifəli şəxs sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyət göstərmədən və xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadan əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gəlir götürə bilər.

Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar əldə etdiyi ictimaiyyətə açıqlanmayan (insayder) məlumatlardan istifadə edərək birbaşa və ya dolayı yolla qiymətli kağızları ala, sata və ya digər şəkildə ticarətini həyata keçirə, maddi və sair nemət, üstünlük və güzəştin əldə edilməsi ilə nəticələnəcək fəaliyyət göstərə bilməz.

Hüquqi şəxslərin idarəetmə orqanlarında (o cümlədən icra orqanında, direktorlar (müşahidə) şurasında) və ya təftiş komissiyasında (audit komitəsində) dövləti və ya bələdiyyəni təmsil etdiyi hallar istisna olmaqla, vəzifəli şəxs sahibkarlıq subyektinin idarəetmə orqanlarının (o cümlədən icra orqanının, direktorlar (müşahidə) şurasının), təftiş komissiyasının (audit komitəsinin) tərkibinə daxil ola, onları təmsil edə bilməz.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Vilayət Muxtar
“Cebheinfo.az”

Açar sözlər: Məmurlar qadağa

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Noyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see305

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see283

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see271

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see271

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see257

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see253

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see251

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see251

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see233

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see232

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see231

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see230

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see227

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see220

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see217

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see212

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see198

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri