Icma.az
close
up
RU
Mən biznesmen deyiləm, naşirəm Şəhriyar Del Gerani Park dan danışır

Mən biznesmen deyiləm, naşirəm Şəhriyar Del Gerani Park dan danışır

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu yaxınlarda şair Şəhriyar Del Gerani “Park nəşriyyatı”nı təsis etdi. 

Əlbəttə, hər kəs uğurlar arzu edib, dəstək olmağa çalışsa da, bəzi suallar adamı düşündürmür deyil. 

Məsələn, onsuz da ölkədə kitab bazarı yaxşı inkişaf etməyib, hamı oxucu qıtlığından şikayətlənir. Bəs belə bir zamanda bu yükün altına girməyə dəyərmi?

Şair, təsisçi özü saytımıza müsahibəsində bu sualları cavablandırıb.

Gununsesi.info Şəhriyar Del Gerani ilə müsahibəni təqdim edir:

-Şəhriyar bəy, xeyirli olsun, “Park nəşriyyatı”nı təsis etdiniz.

– Bu, bütün Azərbaycan ədəbiyyatının uğurudur. Hamıya xeyirli olsun deyək.

-Maraqlıdır, belə bir fikir var ki, ölkədə kitab oxuyan azdır. Kitab oxuyan azdırsa, demək, bu işdə çox da böyük pul yoxdur. Pul da yoxdursa, ilin-günün bu vaxtı nəşriyyat təsis etmək fikri niyə və necə yarandı?

– Doğrudur, məsələnin madiyyat tərəfi də önəmlidir, ancaq burada heç birmənalı düşündüyüm məsələ pul da deyil. Onu deyim, ölkədə normal oxucu kütləsi var. Biz, bir qrup – 17 nəfər araşdırmaçı (şair, yazıçı və jurnalist) 1 ildir ki, ən yaxın ətrafımızda sorğu keçiririk. Məlum oldu. Ki, ölkədə hər 10 min nəfərdən cəmi-cümlətanı bircəsi kitab oxuyur. Bu, faciədir. Bəli. Bu faciə öz yerində. Sevindirici tərəf bu: Ölkədə 5-7 min arası aktiv oxucu var. “Aktiv oxucu” dediyim sırf kitab oxucuları. Yəni Azərbaycanda 5-7 min arası insan mütəmadi olaraq kitab oxuyur. Qəribədir, onların təxminən 60 %-i 30-45 yaşlar arası cavanlardır. Sizə deyim, mükəmməl göstəricidir mənsub olduğum nəsil adına. 15 %-i 30 yaşa qədər gənclər, yerdə qalan 25 %-i isə uşaqlar və ahıllar təşkil edir. 70 yaşdan yuxarı qocalar və qarılar demək olar, kitab oxumurlar. Allah köməkləri olsun. Nə etməli?! “Park” nəşriyyatı olaraq bu statistikanı bilmək bizə vacib idi. Biz nəşr edəcəyimiz kitabları bu məlum faizlər üzrə bölüşdürəcəyik. Vəssalam.

-İlk kitablarınız hansılardır?

– Əvəzsiz kitablardır. Bu kitablardan ölkədə heç vaxt olmayıb. Ən azı, bütün kitablar ilkdir. Mən deyim, siz müqayisə aparın: ⁠1 – Salam Sarvanın ilk nəsr kitabı. Möcüzəvi kitabdır. Redaktorlardan biri mənəm. Digər redaktoru isə canım-gözüm Aqşin Yenisey. Düzü, belə kitab gözləmirdim Salamdan. Ecazdır! Digər kitab isə canım-gözüm Seymur Baycanın özünün seçdiyi möhtəşəm esselər, məqalələr. 1200 səhifə. Sizə deyim, ömür dərsliyi. Oxu, get yaşa. Vəssalam.

– Digər kitablar hansılardır?

– Onlar da ilkdir. İnanmazsınız, Məkkədən reportaj. Təsəvvür edə bilirsiniz? Məkkədən reportajlar ilk dəfə bir gözəl yazıçı qələmiylə. Mirmehdi möhtəşəm yazıçıdır. Mənim yazıçımdır. Onun bütün kitabları mənim stolüstü kitabımdır. Bu kitabını da başımın üstünə qoymuşam – Həc Gündəliyi. Bütün zəvvarlar üçün əyani qiblənamədir.

-Növbəti dəfə hansı tip kitabları çıxartmağı planlayırsınız?

– Digər kitabımız da bir ilkdir. Seymur Baycanla Vüqar Vanın birlikdə yazdığı hekayələr. Bir-iki ekspriment olub bu konteksdə. Amma bu kitab tam əminliklə deyirəm, alternativsizdir. Azərbaycanı və azəbaycanlıları yaxından tanımaq istəyən hər kəsə tövsiyyəmdir bu kitab. Növbəti kitablar da seçilmişlər olacaq. Heç kim inciməsin, daha çox özümün oxuduğum kitabları çap etmək istəyirəm.

-Ölkədə xeyli nəşriyyat var. “Park nəşriyyatı”nı bir müəllif və oxucu niyə seçməlidir?

– Mən bu fikirlə razı deyiləm, mənə görə azərbaycanda nəşriyyat yox idi, mətbəə vardı. “Park” ilk nəşriyyatdır. Nəşriyyatın bəlli prinsipləri var dünyada. Çox sadədir bu prinsiplər. Təəccüf, ölkədə bu sadə prinsiplərə əməl edən bircə ədəd olsun nəşriyyat yox idi. Bu kontekstdə “Park” ilkdir.

-Yazıçılar əksər nəşriyyatlardan şikayətçidirlər ki, onlar müəlliflərlə işləmir, daha dəqiq, nəşriyyatlar müəllif yetişdirə bilmir. Məsələn, sizin fəaliyyət planınızda bu cür seçilmək var? Qonorar sisteminiz bu məsələdə işə düşəcəkmi?

– Bizim nəşriyyat olaraq ilk prinsipimiz azərbaycanlı müəlliflərə özlərini dünya ədəbiyyatı təmsilçiləri kimi hiss etdirməkdir. Heç kimin xətrinə dəyməsin, bizim arxamızda heç bir ədəbiyyat marşalı, heç bir mədəniyyət simusu dayanmayıb, dişimizi-dişimizə sıxıb, 26 min kredit götürüb bu söhbətə girişmişik. Amma çap etdiyimiz 2 müəllifə 9 min qonorar vermişik. 5 min Salam Sarvana, 4 min Seymur Baycana. Mirmehdi Ağaoğlu və Vüqar Van qonorardan imtina ediblər. Onlara da qonorar təklif etmişdim. Bundan sonra da belə olacaq. Mən biznesmen deyiləm, naşirəm. Naşirin əxlaqı isə təmsil olunduğu coğrafiyanın ədəbiyyatıdır. Biz bu coğrafiyada sağlam ədəbi münasibətlər yaratmaq üçün icad etdik özümüzü. Allah necə haqdı?!

Qeyd edək ki, “Park nəşriyyatı”-nın təqdimat mərasimi 12 aprel, saat 16:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:294
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Aprel 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri