Icma.az
close
up
RU
Hikmət Hacıyev: Biz anladıq ki, ABŞ buna tam sadiqdir VİDEO

Hikmət Hacıyev: Biz anladıq ki, ABŞ buna tam sadiqdir VİDEO

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın rolu fundamental idi. Bu, Azərbaycan-Ermənistan sülh prosesində dönüş nöqtəsi oldu”.

Globalinfo.az Baku TV-yə istinadən xəbər verir ki, bunu Qətərdə keçirilən Doha forumunda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Azərbaycan və Ermənistan son 5 ildə sülh gündəliyi üzərində çalışırdı. Mən də erməni həmkarlarımla çoxsaylı görüşlərdə iştirak etmişəm. Bəli, bəzən müzakirələr çətin idi, razılaşmadığımız məqamlar olurdu, amma Azərbaycan təşəbbüs göstərdi və masa üzərinə real sülh sazişi mətnini və sülhün beş əsas prinsipini qoydu.

Prezident Trampın və onun komandasının prosesə daxil olması ilə biz anladıq ki, Amerika Birləşmiş Ştatları beynəlxalq sülh gündəminə tam sadiqdir. Biz də sülhün geridönməz olması üçün Amerika Birləşmiş Ştatlarının güclü siyasi çəkisinə və təminatına ehtiyac duyurduq. Fevraldan etibarən Amerika Birləşmiş Ştatları ilə intensiv təmaslara başladıq. ABŞ həm Ermənistan, həm də Azərbaycanla paralel işləməyə başladı. Sonra bütün proseslər birləşdi və nəticə verdi. Vaşinqtondan əvvəl Əbu-Dabi görüşü oldu. Bu, beş saatdan çox davam etdi. Biz orada Vaşinqton prosesinin əsas çərçivələrini razılaşdırdıq. Prezident Donald Trampın fundamental rolu Azərbaycan-Ermənistan sülh prosesində dönüş nöqtəsi oldu”, – deyə Hikmət Hacıyev qeyd edib.

Daha ətraflı videomaterialda:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri