Icma.az
close
up
RU
Mən evimin içində oğruya çevrilmişəm PSİXOLOQ İZAH ETDİ

Mən evimin içində oğruya çevrilmişəm PSİXOLOQ İZAH ETDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Hal-hazırdakı dönəmimizdə gənclik arasında geniş yayılan, hətta deyərdim ki, xəstəlik növlərindən biri olan anoreksiyanı, həm də bulumianı aid edirəm". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

O bildirib ki, ən çox da gənc xanımların kişilərə nisbətən anoreksiyaya tutulması 2-3 qat daha çox özünü göstərə bilir: "Biz baxırıq ki, bədənlərini formada saxlamaq üçün həddindən artıq çox idmandan, arıqladıcı dərmandan istifadə edirlər. Yemək yeməməzlik edirlər. Sonunda yaranacaq problemin isə onların şəxsiyyət xüsusiyyətindən irəli gəldiyini başa düşmürlər. İnsanın özünə qarşı kompleks yaratması, özünə qarşı inamının olmaması, özgüvənin aşağı düşməsinin insanın şəxsiyyət xüsusiyyətlərindən irəli gəldiyini anlamırlar. İnsanın özünə qarşı kompleks yaratması, özünə qarşı inamın olmaması, özgüvənin aşağı düşməsi artıq insanın şəxsiyyət xüsusiyyətlərində şəxsiyyətin qüsurunu önə çıxardacaq qədər ilk planda duran xüsusiyyətlərdən biridir.

Bəzən görürük ki, həddindən çox idman etmək insanı zəiflədə bilir. Məsələn, bu yaxınlarda müraciət edən bir pasientin sadəcə ayaq sürüşməsi ilə qabırğası sınmışdı. Çünki o qədər idman edib ki, demək olar ki, sümüklərdə yeyilməyə qədər, yəni osteoporoza qədər gətirib çıxarıb. Ürək çatmamazlığı olur, ürəyin davamsız vəziyyətə düşməsi, qanın aşağı düşməsi, bədəndə ətin yeyilməsindən sonra sümüklərin yeyilməsinə qədər gətirib çıxardan anoreksiya böyük fəsadlara gətirib çıxarır. Bununsa başında şəxsiyyətdə yaranan pozğunluq dayanır. Bu xəstələri birbaşa psixoterapevtlər müalicə edirlər. İlkin başlanğıclarda, özündən narazı vəziyyətlərdə, özünə narazı vəziyyətdə, aynada hər an özünə baxıb özünü qınadıqda, yəni "90-60-90 deyiləm" dedikdə, bu, artıq anoreksiyadır .Hər insanın bədəni müəyyən qədər öz genetik faktorlarında nə varsa, eləcə də olur.

Biz görürük ki, kilosu çox, balıq ətli olan xanımlar daha çox Qarabağ zonasında, Cənub bölgəsində olur. Genetik faktorları biz unutmamalıyıq. Hər bölgənin də özünə uyğun bir xüsusiyyəti olur. Yəni bir ağac quruluşu var. Bu ağac quruluşunu unutmasınlar. Çünki anoreksiyadan yaranan pozuntular uzun müddət psixoloji müalicələrə doğru addımlaya bilir".

"Çox maraqlıdır ki, anoreksiya ilə bulumianı bəzən insanlar qarışdırırlar. Bulumiada olan insanlar həddindən artıq çox yeməyə meyilli insanlardır. Onlar tez- tez yemək yeyirlər və hətta artıq evdəkiləri belə düşünmədən o yeməyə oğurluqla yanaşırlar. Yəni "kimsə yeməyimi görməsin". Kimsə onların yeməyinə nəzarət edərkən, onlar, hətta qarşılarındakı insanı özlərinə düşmən belə bilirlər. Bir pasientim mənə demişdi ki, "mən evimin içində oğruya çevrilmişəm, Aytən xanım”. Ancaq bədəndə gedən piylənmə nəticəsində yaranan xəstəliklər vardır ki, nəfəs darlığına səbəb ola bilir, artıq yeriyərkən özünü çəkə bilmir, daha sonra bunlar müxtəlif xəstəliklərə, fil xəstəliyinə qədər gətirib çıxara bilir. Deməli, burda insanlar hər iki vəziyyətdə mütləqdir ki, ilk növbədə öz şəxsiyyət pozuntularını başa düşsünlər. Çünki bu vəziyyətdə biri qurumağa doğru addım atır, digəri isə fil xəstəliyinə doğru addım atır. Buna görə də, vaxtında psixoloji müalicəyə başlanılmalıdır. Ümid edirəm ki, bu yazını ehtiyacı olan insanlar oxuyarlar və özlərindəki psixoloji vəziyyəti başa düşərək psixoloqa müraciət edərlər" - deyə o, əlavə edib.

Müəllif: Leyla Ağayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Mart 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see279

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see247

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see246

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see235

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see215

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see214

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see211

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see209

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see205

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see204

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see204

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see200

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see199

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see193

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see174

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see173

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

02 Oktyabr 2026 14:22see169

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see167

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see162

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri