Icma.az
close
up
RU
“Mən futbol haqda nəsə oxumuram, bu darıxdırıcıdı”

“Mən futbol haqda nəsə oxumuram, bu darıxdırıcıdı”

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir neçə həftə əvvəl “Yuventus”un baş direktoru təyin olunan Damyen Komolli Londonda təşkil edilən “Hudl Performance Insights-2025” konfransının qonağı olub.

"Football-plus.az" xəbər verir ki, o, yeni rolda ilk dəfə ictimaiyyət qarşısında çıxış edib. Əvvəllər “Monako”, “Arsenal”, “Sent-Etyen”, “Tottenhem”, “Liverpul”, “Fənərbaxça” və “Tuluza”da işləyən 54 yaşlı fransalı funksionerin fikirlərindən “Yuventus”da hansı kursa üstünlük verəcəyini anlamaq o qədər də çətin deyil. Komolli yeni iş yerində əhəmiyyətli dəyişikliklərə əl atacaq. Bu barədə “sən özündən əvvəl görülən işi təkrarlayacaqsansa, deməli, işlər heç də qaydasında deyil” fikrini səsləndirib.
“Yuventus” rəhbərliyi bütün vacib qərarları mövcud göstəricilər və təhlillər əsasında verəcək. Deməli, Komollinin təyinatından sonra baş məşqçi vəzifəsinə gətirilən Luçano Spalletti bu strategiyanın əsas detallarından biri olacaq. Yeni baş direktor konfransdakı çıxışına məşqçilərin təyinatından əvvəl onlarla apardığı danışıqlarla bağlı fikirləri ilə başlayıb.
Məşqçilərlə danışıqlar…
Hər bir məşqçi yeni klubla apardığı danışıqların gedişində hər şeyin əla olduğunu deyir. Amma işə başlayandan sonra hər şeyin pis olduğunu söyləyir. Mən indi birinci fikri müqavilədə əks etdirirəm. Bunu ona görə edirəm ki, vaxtı gələndə məqçiyə bir müddət əvvəl nə dediyini xatırladım. Onlarla görüşümdə “bizim iş prinsiplərimiz belədi. Biz müəyyən proseslər üzrə hərəkət edirik. Oyunçuların seçimindən standartlara və zədələrin profilaktikasına qədər bütün qərarlar mövcud göstəricilər əsasında veriləcək. Bu, sizi qane edirsə, əla. Yox, qane etmirsə, əllərimizi sıxaq və ayrılaq” deyirəm. Bu klubda işləmək istəyən məşqçi bu fəlsəfəni qəbul etməlidi.
…klubun mədəniyyəti…
Mən iş vaxtımın 30 faizini klubun mədəniyyəti haqda düşüncələrə sərf edirəm. Ona görə ki, mədəniyyət olmadan istənilən nəticəyə nail olmaq mümkün deyil. Vaxtilə Matyuidi ilə Trezeqedən “Yuventus”un DNT-sinin onlara görə necə olduğunu soruşmuşam. Hər ikisinin cavabı “qələbə” olmuşdu. Amma mədəniyyət sadəcə şüar deyil. Bu, aşağıdan yuxarıya doğru yaranan prosesdi. Bir qədər əvvəl klub mədəniyyətimizin necə olacağına aydınlıq gətirmək üçün böyük iclas keçirmişik. Mən hamıya “bizim kim olduğumuzu məhz siz müəyyən edirsiz. Mən istiqaməti açıqlaya bilərəm, ancaq mədəniyyət aşağıdan başlayaraq formalaşır” dedim. Mədəniyyət klubun dəyərləridi.
…mövcud göstəricilər…
Vaxtilə “Tuluza”da “Red Bird” fondunun idarəçiliyi sahəsində işləmişəm. Məni bu kluba məhz mövcud göstəriciləri idarə etmək üçün təşkilat qurmaq məqsədi ilə dəvət etmişdilər. Mövcud göstəricilərdən düzgün istifadənin açarı klubda baş direktordan aşağıya doğru bütün səviyyələrdə qarşılıqlı anlaşmadı. Əksər hallarda məhz rəhbərliklə məşqçi arasındakı münasibətlər incə detala çevrilir. Mövcud vəziyyəti anlayan və məşqçinin dilində danışmağı bacaran körpü-adam lazımdı. Belə adam varsa, sistem işləyir. Əks halda sistem dağılır.
…mövcud göstəricilərin klub həyatında istifadəsi…
Biz “Tuluza”da hər gün bütün əməkdaşların psixoloji vəziyyətini ölçürdük. Bunu stress və motivasiyanın olub-olmadığını müəyyən etmək üçün edirdik. Bu işin kluba inanılmaz dərəcədə faydası olurdu. Biz hətta motivasiya problemi olanların xidmətinə ehtiyac duymurduq. Futbol meydanına gəlincə, “Tuluza”da asmalardan istifadəni və qapıya uzaq məsafədən zərbəni qadağan etmişdik. Çünki bu planda mövcud olan göstəricilər qeyri-effektiv idi.
…mövcud göstəricilərin skautinq sahəsində istifadəsi…
“Tuluza”da yalnız istedad deyil, oyunçu-şəxsiyyət axtarırdıq. Mövcud göstəricilərə əsasən, futbolçunun xarakterini anlamaq olur. Məsələn, oyundaşlarından daim top tələb edən oyunçu özünəəmin görünür. Hərçənd özünəəminiklə eqoizm arasında incə sərhəd mövcuddu. Arsen Venger mənə “Həmişə eyni oyunçular düzgün ötürmələr edirlər və qolları da eyni oyunçular vururlar” deyirdi. Onun bu fikri mütləq həqiqət idi.
…rəhbərlik üslubu…
Davranış nümunəsi olmaq istəyirsənsə, ilk növbədə özün olmalısan. Sənə rahat görünən məkanda işləməlisən. Adamın avtomobil parkından ofisə yollanma tərzindən hansı psixoloji vəziyyətdə olduğunu anlamaq mümkündü. Bunu yaxşı bilirəm: işə pis əhval-ruhiyyədə gəlirəmsə, belə əhval idarədə yayılır. Və əksinə, müsbət əhval-ruhiyyə də yoluxucu xarakterli olur. İş yerimdə ətrafımda mənim səhvimi düzəldən adamların olmasını istəyirəm. “Tuluza”da həmkarlarımdan “klubun mədəniyyətindən kənara çıxsam, mənə deyin. Klubun dəyərləri ilə ziddiyyət təşkil edən oyunçu alsam, mənə deyin” deyə xahiş etmişdim.
…özü…
Mən yazanlardan deyiləm. Bunun səbəbini də bilmirəm. Bu, ola bilsin ki, keçmişdən qalan zədədi: məni yazmağa məcbur edirdilər, mən isə buna nifrət edirdim. Bəziləri karyerasında yeni nəsə axtarır və “bunu həyata keçirmək lazımdı” deyirlər. Mən daim oxuyur və öyrənirəm, dayanmaq bilmirəm. Sənayedən geri qalmaqdan qorxuram, innovasiyanı buraxmaqdan qorxuram. Buna görə də daim mütaliə edirəm. Mən futbol haqda nəsə oxumuram, bu darıxdırıcıdı. Mən mövcud göstəricilər haqda elmi məqalələr, metodologiyalar və zədədən sonrakı bərpa haqda materiaları oxuyuram. Liderlik və danışıqlar haqda yazılan kitabları oxuyur, digər idman növlərini öyrənirəm. Müşavirələrdə otaqdakı ən ağılsız adam olmaq istəyirəm. Müzakirələr zamanı ən ağıllı mənəmsə, deməli, işlər heç də istənilən səviyyədə getmir. Lovğa adamları xoşlamıram. Karyeram ərzində çox istedadlı, amma təvazökarlıqdan uzaq olduqları üçün uğursuzluğa düçar olanları görmüşəm.
...həyati qərarları...
18 yaşımda “Monako”nun gənclərdən ibarət komandasının məşqçisi olmağı arzulayırdım. Baxın və görün indi hardayam. Mən həyatımda heç vaxt planlar qurmamışam. Bu mənada yalnız oyunçu karyeramın məndən yan keçdiyini anladığım an istisnadı. “Monako”da məndən öndə olan oyunçular Emmanuel Peti ilə Lilian Türam idilər. Hər ikisi dünya çempionu oldu.
...keçmiş...
Yaponiya, İngiltərə, Fransa və İtaliyadan təkliflər almışam. Məni hansısa quruma rəhbər kimi dəvət edirlərsə, deməli, mənim mədəniyyətimi özləri üçün nümunə hesab edirlər. Sən özündən əvvəl görülən işi təkrarlayacaqsansa, deməli, işlər heç də qaydasında deyil. Hər bir ölkənin mədəniyyətinə hörmət edirəm. Amma məsələn, Türkiyədə nəyisə dəyişmək mümkün deyildi. Bu ölkədə siyasiləşmə həddən artıq təsirlərə malikdi. Orda məni yaxşı gələcək gözləmədiyini anladım.
...və gələcək haqda
Növbəti addım mövcud göstəricilərin gənc futbolçularla işdə daha dərin istifadəsidi. Bu, kimin uğur qazanacağını anlamaq, zədələrin və ya oyunçuların həddən artıq yorulmasının qarşısını almaq üçündü. Klublar tarixən ilin əvvəlində doğulan oyunçulara üstünlük verirlər. Lakin mövcud göstəricilər ilin ikinci yarısında doğulanların daha çox uğur qazandıqlarını göstərir. Bu səfeh göstəricidi, amma faktdı. Biz “Tuluza”ya şüurlu olaraq avqustdan sonra dünyaya gələn yeniyetmələri seçirdik. Məsələ milyonlarla ölçülən dollarla bağlıdı: söhbət yaxşı hücumçu ilə top-hücumçu arasındakı fərqdən gedir. Bu, yalnız texnika deyil, bu, həm də psixologiyadı. Bu yaxında Sinneri Turində gördüm və onun haqda belə düşündüm: onun kimi oynamaq üçün eyni zamanda işə tam köklənmək və taqətdən düşmək lazımdı. Qapı qarşısında olarkən isə gücdən düşməyi və bir sanəyədən də az müddətdə canlanmağı bacarmaq vacibdi. Bu, inanlmaz dərəcədə çətindi. Mövcud göstəricilərin gələcəyi - süni intellektlə və ya onsuz - 11 oyunçu arasındakı ideal əlaqənin ölçüsünü təyin etməkdi. Kimin kimlə daha yaxşı bağlandığını anladığımız vaxt futbol həmişəlik dəyişəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Dekabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri