Icma.az
close
up
RU
Mən niyə orda yoxam ?

Mən niyə orda yoxam ?

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Tanıyan hər kəs məni bilir: məclis adamı deyilik. Rəsmi məclislərin adamı heç deyilik. Hər çağırılan yerə getmərik. Hər yığnağa-yığıncağa da can atmarıq.

Getdiyim yerdə də başqaları kimi stul davası eləmirəm; harda boş yer var keçib orda otururam. Ay "yuxarı baş" olsun, rəhərliyə yaxın olsun - bunlar mənə yad olan şeylərdir.

Mənə söz verdilər, ya yox - bunun mənim üçün heç bir fərqi yoxdur. Əksinə elə olur, təşkilatçıya ərkim çatırsa, xahiş edirəm, mənə söz verməsin.

Ona görə yox ki, deməyə sözüm heç vaxt olmur.

Niyə?! Olur.

Sadəcə, sözüm olmayanda, yaxud kimsə məndən əvvəl mənim demək istədiklərimi söyləyibsə, onda eyni şeyləri təkrarlamağımın mənası qalmır.

Onsiz da bu ölkəda düşünmək istəyən azdır, danışmaq istəyən çox, dinləmək istəyən isə... yoxdur.

Bir də görürsən, adamın biri sual verib, cavabını eşitmək əvəzinə, yanındakı ilə söhbətləşir. Ya da telefonda qurdalanır.

Elə rəsmi məclislər olub, elə "adlı-sanlı", "harda aş-orda baş" adamlar elə şirin və dərin yuxulayıb ki, top atılsa, eşitməz. Amma sonra gəlib, o məclisə, ordakı "vacib" personalara difirambalar oxuyub, mədhiyyə söyləyib...

Odur ki, belə ortamlar mənlik deyil. Sözün düzü darıxıram. Ürəyim istəmədiyi yerdə oturub, dinləmək istəmədiyi tavtologiyaları eşitmək ruhumu çox yorur. Ona görə də can atan deyiləm çox təntənəli yığnaqlara, çox dəbdəbəli yığıncaqlara.

Həyatda ən çox əzbərlənmiş nitqlərdən, "əyin-başsız" pafosdan yoruluram. Elə professional məddahlar görmüşəm, nəinki söylədikləri əsəblərimi tarıma çəkir, hətta belə tiplərin sükutu da adamın başına düşür.

Ona görə də sanki ortalıqda yoxam (ya da elə, doğrudan da o cür ortalıqlarda yoxam).

Bəs o deyilən mənada niyə "ortalıqda yoxam?"

Son beş-altı gündə nə az-nə çox, düz yeddi nəfər məndən bunu soruşub. Hərəyə də "öz" cavabını tapıb vermək lazım gəlir.

Biri elə birbaşa - düzünəqulu maraqlandı: "Sizi niyə çağırmayıblar?"

Dedim: "Vallah, bilmirəm, harda "yoxam", ancaq əsas odur ki, harda olmalıyamsa, orda varam.

Bir cavan həmkarımın isə sualı lap qəliz idi: "Siz niyə üzdə deyilsiniz?"

Cavabım: "Üzdə" olmaq üçün yəqin gərək üzlü olasan. Üzlü oldunsa, bəs sifətini necə qoruyacaqsan?! Əsas üzdə olmaq deyil ki. Dənizə baxın: üzdə nə var, dərində nə var?!"

Bir köhnə dostum da sözünü yumora düzdü: "Qardaş, hamının dayısı var, bircə bizdən başqa".

Dedim: "Vallah, mənim nəinki dayım, heç xalam da yoxdur".

Qəhqəhəsindən telefon dağılırdı.

Amma mən zarafat eləmirdim: həqiqətən də anamın nə qardaşı var, nə bacısı.

Bir də ki mən özüm dayıyam da! On bir bacıuşağının ortancıl dayısıyam.

Ümumiyyətlə, heç kim inciməsin, bu cür suallar məni lap boğaza yığır.

İstər Təzəpir məscidindəki, istər Mərkəzi Kitabxanadakı bütün kitablara and içirəm ki, mənə heç maraqlı deyil, kimi hara apardılar, hardan gətirdilər. Kimi hara çağırdılar, hara çağırmadılar. Özləri bilər. Hər kəs öz məclisinə özünə uyğun, ya da yaxın bildiyi, yanında görmək istədiyi qonaq seçir də. Burda təəccüblü nə var ki?! Çağırmadılar deyə dava eləyəcəksən?!

Məgər biz hər yerdə olmalıyıq ki?! Yaxud bizi hamı mütləq hər yerə dəvət eləməlidir?!

Niyə orda " yoxam" deyə soruşursunuz.

Olmuşam da "ORDA": yer üstündə davadır, foto çəkdirmək üstündə basabasdır, "yuxarı"dan gələnə yaxın olmaq üstündə itələşmədir.

Bir də bəziləri bir-birinin tikəsini sayır: kim nə yedi, nə qədər yedi?!

Nəyimə lazım?! Az aşım, ağrımaz başım. Çağırılan yerə ar eləmirəm, çağırılmayan yeri də dar eləmirəm.

Eləsi var, adam tapır, üz vurur, zəng elətdirir... Nə var ki, bunu o səfərə, ya bu məclisə çağırsınlar...

Belə şeylər məni diksindirir. Adam da özünü zorla dəvət etdirər?! Nə biabırçılıqdı bu!

Hə, gizlətmirəm, elə məqam olub, demişəm: "Kaş, indi mən də orda olaydım". Amma heç vaxt ağlımdan da keçirməmişəm ki, filankəs niyə ordadır, mən yox?!

Bizi o cür səfərlər əvvəllər çəkibsə də, yalnız yazı yazmaq həvəsi çəkib aparıb. Yoxsa öz şəxsi sərhədlərimdə, öz ailə ortamımda, öz yaradıcılıq mühitimizdə - doğmaların, dostların çevrəsində çox məmnunam. Bu dilin coğrafiyası daxilində çox rahatam. Paris, London istəmədik, öz torpağımızı gəzib dolanaq, şəxsən mənə bəs edir.

Dəvətə gəlincə, bu ölkədə yaşayırıq, eyni cəmiyyətin adamlarıyıq. Yaxşı bilirik, kimi niyə başda oturdurlar, kimi yox. Guya bilmirsiniz?!

Bilmirsinizsə, ən szı xəritəyə baxın.

Kim istəyir, getsin, dəvət davası döysün, məni qarışdırmasın. Mənə lazım deyil. Təbiətimdə də yoxdur. Bəzən heç vaxtım olmur, bəzən də həvəsim.

Bir də ki o mərasimlərdə vaxt itirməkdənsə, beş səhifə artıq kitab oxuyaram, üç sətir daha çox yazaram.

Üzdə olmaq başqa necə olur ki?! Əgər üzdə olmaq lazımdırsa.

Yadımdadır, dörd il əvvəl - mayın sonunda Şuşaya "Xarı bülbül" festivalına dəvət olunmuşduq. Avtobuslara doluşub getdik, qayıtdıq.

Mən o səfərdən "Miçiqan sahilləri, gürcü rəqqasələr, susqun balıqçının Cənnəti" başlığı altında

yol qeydləri yazmışdım. Əslində qarışıq janrdı - yarı esse, yarı oçerk. Həmin oçerkdən bir hissəni oxumağınızı istəyirəm. Kim daha əvvəl oxumayıbsa, oxuyub anlayacaq niyə "üzdə deyiləm"...

Bu da həmin hissə - adımızı "qara siyahı"ya yazdıran həmin cümlələr:

"Festivaldaydıq. O palçığı, yağışı vəsf edincə, gərək, mədəniyyət nazirini istefaya çağıraydıq. Çağırmadıq...

...Yağış suyu səhnəyə tökülür; gürcü rəqqasələr bir-birinin ardınca səhnədə yıxılır. Biz də onları alqışlarla təsəlli edirik; yeniyetmə qızların oynamağından çox, yıxılmağına əl çaldıq. Baxdım, nazir məndən də bərk əl çalır o fağırlara. Təsəlli alqışından qulaq tutulur. Bəs bu səhnəni quranlara o qızcığazların ürəyində etdiyi "alqışları" kim eşitdi?!"

Maqarlı budur: həmin nazir istefaya göndərildi, yeni nazir gəldi. Yenə "ağ siyahı"lara düşmədik. Olsun. Mən rahatsız deyiləm; heç kimdən ummuram da, küsmürəm də. Heç kimsə də (dostlar, oxucularımız) bizə görə rahatsız olmasın.

Kimə görəsə bəlkə "üzdə deyiləm". Amma əminəm, siz də əmin olun: olmaq istədiyim yerdəyəm.

Ümumiyyətlə, adam niyə həmişə o cür "üzdə" olmalıdır ki?! Nəyə lazımdır?!

Yenə deyirəm: məni maraqlandırmır. Kiməsə gərək duyar, dəvət eləyər, ya eləməz, heç önəmli deyil.

Bu yazı da başqa yerə yozulmasın, sadəcə, dost-tanışın bir-bir verdikləri suallara birdəfəyə cavab vermək istədim.

Uzun sözün qısası: heç kimsədən bir gözləntimiz yoxdur. Əksinə şəxsən məni məclislərində görmək istəməyənlərdən çox razıyam. Gerçəkdən. Allah da onlardan razı olsun. Bizi ora-bura çəkmirlər - yığıncaqlara, konfranslara çox çağırmırlar deyə vaxtımız boş yerə çox getmir. Tam səmimi sözümdür: məni hansısa iclasa çağırmamaq mənə edilən ən böyük yaxşılıqdır...

Qaldı ki hardasa foto çəkdirib paylaşmağa, bundan ötrü gərək kimsə bizi harasa dəvət eləsin?! Nə vaxt istəsək, maşına oturub, gedər, foto, video çəkib, ya da çəkdirib gələrik.

Odur ki, boş verək belə şeyləri. Ömür onsuz da çox qısadır, onu uzun yaşamağa çalışaq.

Bəlkə düz demirəm?!

Bahəddin Həzi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 İyul 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see386

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see344

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see340

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see309

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see302

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see279

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see258

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see248

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see197

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see179

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see168

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri