Icma.az
close
up
RU
Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində Azərbaycan və gürcü milli rəqsləri üzrə dərnək fəaliyyətə başlayıb.

Məlumata görə, dərnəyin yaradılmasında əsas məqsəd hər iki xalqın zəngin mədəni irsini, incəsənətini və rəqs ənənələrini gənclər arasında təbliğ etmək, eyni zamanda azərbaycanlı və gürcü gənclər arasında mədəni inteqrasiyanı və dostluq əlaqələrini gücləndirməkdir.

Mərkəzin rəhbəri Rəna Hüseynova bildirib ki, dərslər peşəkar təlimçilər tərəfindən keçirilir və proqram çərçivəsində həm Azərbaycan, həm də gürcü milli rəqsləri öyrədilir.

Dərnəyin bədii rəhbəri Ceyran Qurbanovanın sözlərinə görə, iştirakçılara “Yallı”, “Tərəkəmə”, “Qaytağı” kimi Azərbaycan, eləcə də “Kartuli”, “Açaruli”, “Xorumi” kimi gürcü milli rəqslərinin ifa texnikası tədris olunur. Bununla yanaşı, repertuarda Qafqaz və türk xalqlarının rəqsləri də yer alır.

Qeyd olunub ki, dərslərdə yaş məhdudiyyəti yoxdur və məktəblilər, yeniyetmələr, eləcə də gənclər dərnəyə qoşula bilərlər. Məşğələlərin gənclərin fiziki inkişafına, düzgün qamətin formalaşmasına və yaradıcılıq potensialının üzə çıxarılmasına töhfə verdiyi vurğulanır.

Bildirilib ki, dərnək iştirakçılarının gələcəkdə müxtəlif mədəni tədbirlərdə və festivallarda birgə çıxışı planlaşdırılır.

Milli rəqsləri öyrənmək istəyənlər “Alyans” Gənclər Mərkəzinə müraciət edə bilərlər. Dərslər ödənişlidir.

Ünvan: Kazbegi prospekti 44, 6-cı mərtəbə.

Əlaqə telefonları: +995 574 75 75 77; +995 574 00 13 32.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:291
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Avqust 2026 02:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri