Icma.az
close
up
RU
“Mən varlıları sevmirəm” Cavan Zeynallı ilə ŞOK MÜSAHİBƏ

“Mən varlıları sevmirəm” Cavan Zeynallı ilə ŞOK MÜSAHİBƏ

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Xalq artisti, cazmen, müğənni Cavan Zeynallı Musavat.com-a müsahibə verib.

Moderator.az ötən gün 81 yaşını qeyd edən müğənni ilə söhbəti təqdim edir:

-Cavan bəy, əhvalınız necədir?

-Bir az nasazam, hamamda yıxılıb qolumu əzmişəm. Yaxşı ki, qohumum evdə idi. O kömək etdi, həkim gəldi, dərman yazdı. İndi bir az yaxşılaşmışam. İsti havalar da mənə əziyyət verirdi. Nəhayət ki, havalar soyumağa başladı. Üç ay bu istilər məni öldürdü. Nə oxumağa, nə çalmağa, nə də televiziyaya çıxmağa halım olurdu. İndi isə yaxşılaşıram.

-Ötən gün 81 yaşınızı qeyd etdiniz, sizi təbrik edirəm.

-Yox e, mən onu heç kimə demirəm. Məndən soruşurlar ki, neçə yaşın var? Deyirəm 52, vəssalam. Nəyimə lazımdır alə, deyim 80, 90 yaşım var. Paxıllıqdan yaşımı üzümə vururlar (gülür). 40-50 il bundan öncə necə idimsə, indi də eləyəm. Mən bütün günü pianoda ifa edirəm, çalıram, oxuyuram, heç qocalaram?! Siz bilirsiniz ki, mən dünyanın 90-na yaxın ölkəsini gəzmişəm. Mən Bakıda tapılmırdım. “Qaya” ansambılı ilə dünyanı dolaşırdım. 5 il Moskvada yaşamışam, oradan hara lazım idisə, gedirdim.

-Onda sualı belə qoyum, dünən özəl gününüzü necə qeyd etdiniz?

-Mən belə günləri restoranda qeyd etməyi sevmirəm. Mənim o qədər dostlarım var ki. Beş qohumum gəldi, rahat oturduq və qeyd etdik. Mən kampaniya şəklində məşhur adamlarla harasa getməyi sevmirəm. Alə, mən özüm məşhur adamam. Özündən razı adamları neyləyirəm e. Mən belə şeyləri sevmirəm.

-Cavan bəy yaşınızı deməyi xoşlamırsınız, amma azərbaycanlıların belə bir məsəli də var: Yaş kişinin var-dövlətidir.

-Mən ümumiyyətlə, varlıları sevmirəm. Mənim nəyim varsa, onunla qane oluram. İndi yaxşı zəmanə deyil. İndi bilirsiniz insanlar necə dələduz olublar?! Elə adam axtarırlar ki, onu soysunlar. Mən heç kimi yaxınıma buraxmıram. Ancaq qohumlarımla oturub-dururam.

-İllərinizi tərəziyə qoysanız, ən çox hansı illəriniz üçün darıxarsınız?

-Heç nə üçün darıxmıram. 120 şəhəri gəzmişəm. Hətta ABŞ-də deyirdilər ki, qal, getmə. Yarım ildən sonra dedim, yox, Bakıda mənim evim, maşınım var (gülür).

İndi isə maşınlarımı satmışam, avtobusla, taksi ilə harasa gedirəm. Ancaq mən bu haqda danışmaq istəmirəm. Çünki insanlar hesab edir ki, mən milyonçuyam. Hansı milyon? Bu nə axmaqlıqdır. Mən milyonçu yox, musiqiçiyəm. Mən zəngin adam deyiləm.

-Varlıları niyə sevmirsiniz?

-Varlılar ilk növbədə özlərindən çox razıdırlar. Bu, xəstəlikdir. Öyünürlər ki, mənim bu qədər nəyimsə var. Mən isə başqa cür, sakit, rahat adamam. Mən normal insanları sevirəm. Belə zənginləri isə yox.

-Məgər, bütün varlılar elədir?

-Alə, hamısı elədir. Mən ümumiyyətlə, onları tanımıram və ünsiyyətdə olmuram. Əgər görürəmsə ki, varlı adamdır, uzaqlaşıram. Həyat yoldaşım rəhmətə gedəndən sadə həyat sürürəm.

-İndi kiminlə birgə yaşayırsınız?

- Qohumlarım var. Onlar gəlib baş çəkirlər, kömək edirlər. Onlardan məsləhətlər alıram, nəyisə bilmirəmsə, soruşuram.

-Gündəlik qrafikiniz maraqlıdır. Gün ərzində nə edirsiniz?

-Ay balam, sən bu sualları məndən nə üçün soruşursan?! Burada maraqlı heç nə yoxdur. Evimdə piano, sintezator var. Nə zaman ehtiyac hiss etsəm, bu alətlərdə ifa edirəm. Mənim o qədər mahnılarım var ki. Onları televiziyada səsləndirirlər.

Mən bəstəkar, pianoçu və müğənniyəm. Gənclər buna paxıllıq edirlər. Deyirlər, Cavan, biri ilə məşğul ol da, ya piano çal, ya oxu. Onlara deyirəm ki, sizdən icazə almalıyam ki, nə edim? Onlar heç bir alətdə ifa edə bilmirlər, pis oxuyurlar. Buna görə də mənə paxıllıq edirlər. Mənə elə belə Xalq artisti adı verilməyib ki.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Sentyabr 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri