Icma.az
close
up
RU
Zaur Axundov: Mən vaxt verməyi sevmirəm MÜSAHİBƏ

Zaur Axundov: Mən vaxt verməyi sevmirəm MÜSAHİBƏ

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Naxçıvan Futbol Federasiyasının prezidenti və "Araz-Naxçıvan" klubunun faktiki rəhbəri Zaur Axundovun Teleqraf-a müsahibəsi

- Oyun barədə fikirləriniz necədir?

- Hələ özümüzə gələ bilmirik. Ağır oyun oldu. Düzdür, hazırda heç nə məlum deyil. Cütün taleyi cavab görüşündə həll olunacaq. Bir tərəfdən də sevinirik ki, komandamız tarixində ilk avrokubok oyununda qələbə qazandı. Təbii ki, bu yarışlar iki oyundan ibarətdir. Cavab görüşünə hazırlaşacağıq.

- ⁠Komandanız 0:1 hesabı ilə geridə ikən məyusluq yaşamadınız?

- ⁠Yox, mən onda da inanırdım ki, biz bu oyunu uduzmayacağıq. Bu komanda matça yaxşı hazırlaşmışdı. “Aris” də güclü rəqibdir. Azərbaycanı Avropada təmsil edən komandaların arasında ən ağır rəqib bizə düşdü. Buna baxmayaraq, futbolçular xarakter göstərdilər. Üçüncü qolu vurmağa yaxın idik. Hətta yüzdə-yüz iki qol epizodunu boşa verdik. Amma bu, futboldur.

- ⁠Oyundan sonra mətbuat konfransında rəqib baş məşqçi çox iddialı danışdı. “Komandam evdə tam fərqli oyun göstərəcək” söylədi...

- ⁠Təbii ki, elə deməlidir. Hər bir baş məşqçi ikinci oyundan əvvəl komandasına motivasiya versin. Bizim üçün də səfərdə ağır oyun olacaq.

- ⁠Nəticəni bildik, oyunun özündən razı qaldınızmı?

- ⁠Mövsümün ilk rəsmi oyunu idi, komandada səhvlər var idi. Bunun üzərində məşqçilər korpusu işləyəcək. Amma belədə, təlim-məşq toplanışından yeni gəlmişdik, istirahət də çox az olmuşdu. Komandanın demək olar ki, 70 faizi dəyişilib. Buna baxmayaraq, məşqçilər korpusunun işi meydanda göründü.

- ⁠Yeni oyunçular özlərini doğruldurmu, onları bəyəndinizmi?

- ⁠Təbii ki, bəyəndim. Amma mən vaxt verməyi sevmirəm, leksikonumda vaxt vermək sözü yoxdur. Fikirləşirəm ki, bir ay içində oyunçular daha çox uyğunlaşıblar və yaxşı futbol sərgiləyəcəklər.

- İqor Ribeyro “Neftçi”yə tranafer olunub. Növbəti mərhələyə keçsəniz, komandanızda qalacaqmı?

- ⁠Təbii ki, o, artıq “Neftçi”nin oyunçusudur. Qabaqcadan danışmayaq. Ribeyro çox vacib futbolçudur. Amma birinci növbədə, “Aris”lə cavab oyununu gözləyirik. Qələbə qazanıb mərhələ keçsək, o zaman “Neftçi”dən təbii ki, xahiş edəcəyik.

- ⁠İndidən görünür ki, “Araz-Naxçıvan” növbəti mövsümə çox yaxşı hazırlaşıb, yaxşı transferlərlə güclənib. İndidən çempionluq üçün mübarizə aparacağını düşünmək olar?

- ⁠Yox, qabaqcadan demək olmaz. Yeni mövsümdə komanda sayı artıb, 12 komandalı çempionat olacaq. Görünür ki, digər komandalar da gücləniblər. Hələ elita klublarının görünməyən tərəfləri də var. Onu çempionat göstərəcək. Amma bizim əsas fikrimiz “Aris”ə qarşı cavab oyunudur.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 İyul 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri