Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Mənalı ömür yolu

Mənalı ömür yolu

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Naxçıvan Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov  ömrünün hər səhifəsini böyük məhəbbət və ləyaqətlə vərəqlədiyimiz ziyalılardandır. Onunla söhbətimiz zamanı  keçdiyi həyat yolundan danışarkən səsində  qürur, bir az da  kövrəklik duyulurdu.  El arasında onu daha çox “Mamed müəllim” kimi tanıyırlar. Sadəliyi, insanlarla ünsiyyəti, mehribanlığı ilə  hər zaman  hörmət qazanıb. İndi təqaüddə olsa da, Naxçıvan Ağsaqqallar Şurasında ictimai əsaslarla fəaliyyətini davam etdirir. 

Məmməd müəllim hazırda 4-cü kitabını nəşrə hazırlayır. Uzun illərin mütaliəsi və araşdırmaları nəticəsində topladığı bilikləri kitablaşdıraraq gələcək nəsillərə çatdırmağa çalışır. 2011-ci ildə nəşr olunan “1001 suala 1001 cavab” kitabı həmin dövr üçün böyük maraq doğurmuşdu. O illərdə texnologiya bugünkü qədər inkişaf etməmişdi, məktəblərdə əsas bilik mənbəyi kitablar idi. Min nüsxə tirajla çap olunan kitab müəllimlər və məktəblər tərəfindən böyük maraqla qarşılanmışdı. 

Müxtəlif dövrlərdə yaşamış mütəfəkkirlərin hikmətli fikirlərini bir topluda cəmləşdirən   “Dünya mütəfəkkirlərinin hikmətli kəlamları” kitabı, rus dilindən tərcümə etdiyi “Təbiət müalicə edir” kitabları da  oxucuların marağına səbəb olub. 

Orta məktəbi 16 yaşında əla qiymətlərlə bitirən Məmməd müəllim  8 yaşından rus dilində sərbəst danışırdı. 12 yaşından isə əməyin və zəhmətin nə olduğunu anlayaraq həyatın məsuliyyətini erkən yaşlarından çiyinlərinə götürmüşdü. 

Hüquq fakültəsində oxumaq arzusu olsa da, həmin dövrdə tələb olunan üçillik əmək stajı olmadığı üçün bu arzusunu reallaşdıra bilmir. Az sonra hərbi xidmətə yollanır. Dördillik hərbi xidmət dövründə birillik hərbi məktəbi fərqlənmə diplomu ilə bitirir, leytenant hərbi rütbəsi alır. 

Ali təhsil aldığı ilk illərdən pedaqoji fəaliyyətə başlayır. 4-cü kursu bitirəndə direktor müavini, 5-ci kursu başa vuranda isə artıq məktəb direktoru idi. Həyat qarşısına nə qədər çətinliklər çıxarsa da, hər sınaqda daha da möhkəmlənirdi. 1985-1987-ci illərdə Naxçıvan Müəllimlər Təkmilləşdirmə İnstitutunda İbtidai Hərbi Hazırlıq kabinetinin müdiri işləyir, eyni zamanda, tarix fənnini tədris edir. 1987-ci ildən 2001-ci ilədək   Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini əhatə edən Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində  illər insanlara xidmət göstərir. 

Məmməd müəllim Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini böyük ehtiram və qürur hissi ilə xatırlayır. 1990-cı ildə Ulu Öndər Naxçıvana qayıtdıqda ölkədə vəziyyət çətin idi.  Həmin günlərdə bir çoxları məsuliyyətdən çəkinir, baş verən hadisələrə ehtiyatla yanaşırdı. Məmməd Məmmədov isə tərəddüd etmədən 340 nömrəli seçki dairəsindən Ulu Öndərin deputatlığa namizədliyinin irəli sürülməsi prosesində onun vəkili kimi fəaliyyət göstərir. 

 Bu barədə danışarkən həmin günləri belə xatırlayır: 

–Rayona gələnlər sənədlərə baxdılar. Gördülər ki, icra nümayəndələrinin əksəriyyəti müxtəlif peşə sahibləridir, ali təhsilləri yoxdur. Bir qədər sonra mənə zəng etdilər. Dedilər ki, səni Ulu Öndərin vəkili kimi məsləhət görürük. Sən həm ali təhsillisən, həm də bu işi bacararsan.  47 yaşım  var idi. Bu,  həyatımın ən məsuliyyətli  dövrü idi. 1990-cı il sentyabrın 26-da Ulu Öndərin bacısının evində, səmimi və mehriban bir mühitdə  ilk görüş keçirildi. O qədər sual hazırlamışdım ki… Amma onun qarşısında əyləşəndə hazırladıqlarımın hamısını unutdum. Söhbəti, düşüncələri, hadisələrə yanaşması məni valeh etmişdi.

 İlk söhbət zamanı hansı kənddən olduğumu soruşdu: 

– Qaraxanbəyli kəndindənəm. 

  – Dəmir yolunun altından? Bu,  kəndimizdə işlədilən köhnə bir ifadə idi. Düşündüm ki, bu insan bizim kəndin hər daşını, hər yolunu tanıyır. Onun yaddaşı və məlumatlılığına  heyran qalmışdım. 

Bir neçə gün sonra isə  Cavidabad sakinləri ilə böyük görüş oldu. Ulu Öndərin həyat və fəaliyyət yolu haqqında ilk çıxışı etmək şərəfi mənə  nəsib oldu.  Bu, həyatımın ən unudulmaz günlərindən biridir. Bu etimadı doğrultmaq mənim üçün böyük məsuliyyət idi.  Onunla söhbət edən hər kəs anlayardı ki, qarşısında son dərəcə zəngin biliyə, güclü yaddaşa və dərin  təfəkkürə malik böyük şəxsiyyət dayanır. 

Məmməd Məmmədovun  “Şərq qapısı” qəzetində publisistik yazıları, araşdırmaları və tarixi mövzulara həsr olunmuş məqalələri dərc olunub. 

2023-cü il sentyabrın 13-də Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” medalı ilə təltif olunması, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanına layiq görülməsi,  “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə mükafatlandırılması onun uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətə verilən dəyərin ifadəsidir. Ancaq Məmməd müəllimin qazandığı ən böyük mükafat, heç şübhəsiz ki, insanların ona bəslədiyi hörmət və etimaddır. 

Məmməd Məmmədovun  ömür yolu dövlətə sədaqətin, xalqa xidmətin, müəllim nüfuzunun və vətəndaş məsuliyyətinin vəhdətini özündə yaşadan  həyat məktəbidir. 

 Rafiq TƏHMƏZ,         

 "Şərq qapısı" qəzetinin müxbiri 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Noyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri