Icma.az
close
up
RU
Ayxan Abbasov: Bu gün biz yaxşı oynadıq

Ayxan Abbasov: Bu gün biz yaxşı oynadıq

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Şamaxı" Misli Premyer Liqasının 18-ci turunda səfərdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çempionatda ən vacib qələbəmizi qazandıq. Rəqib "Qarabağ" səfərindən 3 xalla qayıtmışdı. Motivasiyalı idilər. Xal fərqi azala bilərdi. Ötən tur “Qəbələ” ilə oyunda ağır məğlubiyyət almışdıq. Futbolçular bu gün özlərini toparlayıb, mühüm qələbə qazandılar. Turnir cədvəlində yerimizi möhkəmləndirdik.

- "Qarabağ" üzərindəki qələbə "Kəpəz"də eyforiya yaratmışdı?

- Birinci dövrdə "Kəpəz"ə böyük hesabla məğlub olmuşduq. Rəqib hər oyuna final kimi baxır. Eyforiyada olduqlarını düşünmürəm. Bu gün biz yaxşı oynadıq.

- Daha çox qol vura bilərdiz. Sizcə, nə çatmadı?

- İkinci hissədə rəqib birdən-birə 4 əvəzetmə elədi. Hücum xəttini gücləndirdilər. Bilirdik ki, "Kəpəz" üstümüzə çox gələcək. Çatışmayan cəhətimiz qol epizodlarını dəyərləndirə bilməməyimizdir. Statistikaya görə, çempionatda ən yaxşı oyunumuz ötən matç idi, amma 0:4 uduzduq.

- Bəs səbəb nədir?

- Edqar Adilxanov çox epizoda girir. Bunun üzərində çox çalışır. Orucun da epizodları oldu. Uşaqlar çalışır. Bir oyun uduzandan sonra elə tənqidlər oldu ki, sanki, “Şamaxı” sonuncudur. Sanki burda iş yoxdur. Bir futbolçunu qazandırmaq üçün illər lazımdır. Təəssüf ki, buna qiymət az verilir. Əsas nəticəyə baxılır. Üzərində işlədiyimiz şeylər var. Bu gün Orucun, Edqarın, Rüfətin oyunu ortadadır.

- Abdulla Rzayevin karyerasını düşünüb, “Şamaxı”ya gəlməsi digər futbolçular üçün nümunə ola bilər?

- Onun gəlişi ani oldu. Antonio Lara ötən həftə yaxınlaşdı və dedi ki, Maltadan təklifi var. Sonra Abdulla bizə müraciət etdi və burda oynamaq istədiyini dedi. Risk edəcəyik. Təki, qazansın, istəkli olsun.

- Qapıçınızı oyunun qəhrəmanı hesab edirsiniz?

- Rikardo əla oynadı. O, komandamızın yarıdan çoxudur. Kapitanlarımızdan biridir. İkinci hissədəki seyvləri lazım idi. İki oyundur, bir barmağı sınıq qapıda durur.

- “Qarabağ”la kubok oyununda heyətdə dəyişiklik olacaq? 

- Hələ fikirləşməmişəm.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://sportal.az
archiveBu xəbər 31 Yanvar 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri