“Məndən çox dəstək olan olmayıb” Könül Kərimovadan narazılıq
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əməkdar artist Könül Kərimova gənc müğənnilərlə bağlı narazılığını dilə gətirib.
Yeni Sabah xəbər verir ki, sənətçi “İncə səhər” proqramında qonaq olarkən bu mövzuya toxunub. O, karyerası ərzində bir çox gənc ifaçıya təmənnasız kömək etdiyini, hətta öz mahnılarını da onlarla bölüşdüyünü deyib.
Kərimova bildirib ki, göstərdiyi dəstəyə baxmayaraq, bəzi gənc müğənnilər zaman keçdikcə ona qarşı diqqətsiz davranırlar. Sənətçi bunun qarşılığında maddi və ya başqa bir gözləntisinin olmadığını, sadəcə, kiçik bir diqqətin belə onun üçün əhəmiyyət daşıdığını vurğulayıb: Dördpendirli pizza
“Düzgün səmtdə deyillər. Gənclərə məndən çox dəstək olan olmayıb. Bir məqam gəlir, görürsən, yox. Çox heyf ki, unudurlar. Bir az etik qaydalar var. Nəsə edəndə qarşılıq ummuram, amma balaca diqqət istəyirəm. Gənclərə mahnılarımı da vermişəm. Bəzən şairələr narazılıq edir. Onlara da xahiş etmişəm ki, dəstək olaq. Özümə borc bilirəm. Onlar isə bəzən yanlış yanaşırlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 07 Noyabr 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















