Icma.az
close
up
RU
“Məndən nə istəyirsiniz?” Rəqsanə canlı yayımda ağladı VİDEO

“Məndən nə istəyirsiniz?” Rəqsanə canlı yayımda ağladı VİDEO

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“Bir insanı mühakimə etmək çox asandır. Amma mühakimə etdiyin insanın nə yaşadığını bilirsənmi? Mən düşünürəm ki, qadınlar həmişə bir-birinə dəstək verməlidirlər. Mənim etdiyim fotosessiyadakı geyimi nə televiziyada, nə də toylarda geyinmişəm. Həmin fotosessiya bir layihə üçün idi və mən bunu ilk dəfə yox, dəfələrlə etmişəm. Qadının qadına qarşı bu qədər aqressiv olması düzgün deyil. Bilmirik bir dəqiqədən sonra başımıza nə gələ bilər. Həyatdır, hər kəsin başına hər şey gələ bilər”.

Bakupost.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova "Günə Uğurla" verilişində bir neçə gündür aparıcı Səidə Bəkirqızı ilə aralarında yaranmış qalmaqaldan danışarkən deyib.

Aparıcı haqda səsləndirdiyi fikirlərdən bəhs edən müğənni bildirib:

“Ola bilsin ki, hansısa cümlədə səhv etmişəm, nəsə demişəm. Amma mən ölüyə toxunmamışam. Toxunmuşamsa da, məni də başa düşün. Birincisi, mən danışmamalı idim, amma artıq əsəblərim tarıma çəkilib. Özümü cilovlaya bilmirəm, sinirlərim çox pozulub”.

R.İsmayılova vurğulayıb ki, tənqidə açıqdır, amma şəxsi həyatına toxunulmasını qəbul etmir:

“Başa düşürəm, sən jurnalistsən, məni tənqid edə bilərsən. Amma mənim həyat yoldaşıma və övladlarıma toxunmamalısan. Düşünürəm ki, bunlar olmamalı idi. Açığı deyim ki, o xanımı elə də yaxından tanımırdım. Onu Tiktok və İnstaqramdan tanıyırdım”.

Müğənni onunla bağlı müzakirələrə etiraz etdi: “Məndən nə istəyirsiniz? Nə alıb-verə bilmirsiniz mənimlə? Sevə-sevə təqdim etdiklərinizin efirdə, konsertlərdə geyimlərinə baxın. Fotosessiyamdan danışarkən mənim ailəmə toxundu. Bu da istər-istəməz mənə təsir etdi. Müğənniyəm, qarşınızdayam, indiyə qədər haqqımda nə istəmisiniz demisiniz. Tənqid də qəbul etmişəm, deyilənlərə hörmətlə yanaşmışam. Amma o artıq həyat yoldaşıma qarşı təhqir həddini aşdı. Ona görə də əsəblərimi cilovlaya bilmədim”.

“Hazırda problemlərim olduğunu bildiyiniz halda mənə toxunmaq, məni incitmək nə qədər asandır... Bu gün bunu bilərək niyə üzərimə gəlirsiniz? Məndən nə istəyirsiniz? Qoyun rahat balalarımı saxlayım. Biz qadınıq, bir-birimizi başa düşməliyik. Yenə də o xanımla heç bir ədavətim yoxdur”, – deyə Rəqsanə özünə haqq qazandırmağa çalışdı.

Yasəmən, BakuPost




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 Yanvar 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri