Mənə dörd aylıq müqavilə təklif olunduğu doğru məlumat deyil Ayxan Abbasov
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının 6-cı turunda öz meydanında "Araz-Naxçıvan" ilə 1:1 hesablı heç-heçə edən "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis belə danışıb:
"Araz-Naxçıvan" iddialı komandalardandır, çox yaxşı kollektivdir. İlk hissədə futbolçularımız yaxşı oynadılar. Onların meydanda verilən tapşırıqları yerinə yetirməsini görmək xoşdur. Futbolçular "artırıblar". 1 xal bizim üçün normal nəticədir. Komandamız tempi qorusa, qələbələr də olacaq.
Millini çalışdırmaq təklifi? Bəli, təklif olunub, danışıqlar gedir. Mənə dörd aylıq müqavilə təklif edildiyi doğru məlumat deyil. Müddət söhbəti deyil. Bəzi məsələləri müzakirə edirik. Bu gün belə bir təklif, inam varsa, kənara çəkilmək olmaz".
Nihat
Baxış sayı:52
Bu xəbər 27 Sentyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















