Icma.az
close
up
RU
Mənə elçi düşən Taliban çının 7 uşağı var Əfqan qızla müsahibə

Mənə elçi düşən Taliban çının 7 uşağı var Əfqan qızla müsahibə

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1978-ci ildən davam edən Əfqanıstan vətəndaş müharibəsi 2021-ci ildə "Taliban" silahlı qruplaşmasının qələbəsi ilə başa çatdı. Qısa müddət ərzində "Taliban" Əfqanıstanın demək olar ki, bütün ərazisinə nəzarəti ələ aldı və paytaxt Kabil də daxil olmaqla, ölkənin idarə edilməsini öz üzərinə götürdü. 

Bundan sonra ölkədə xüsusilə qadınlara qarşı qadağalar geniş vüsət aldı. İnsanların elektron cihazları məhv edildi, əfqan kişilərinə saqqallarını qırxmaq qadağan olundu, qadınların parkarda gəzməkdən tutumuş, oxumaq da daxil olmaqla bütün haqları əllərindən alındı. 

Bütün bunlar 4 ilə yaxındır ki, dünya ictimaiyyəti tərəfindən maraq və təəccüblə izlənilir. 

Ölkədəki vəziyyətlə bağlı Əfqanıstandan olan Laila Rahimi "Unikal"a açıqlama verib. 

25 yaşlı qadın ailəsinin müharibə zamanı Əfqanıstandan İrana getdiyini deyib: "Təxminən otuz il əvvəl, Sovetlər dönəmindən sonrakı dövrdə və Əfqanıstanda vətəndaş müharibələrinin başlanması ilə atam partiyalar arasındakı şiddətli qarşıdurmalar səbəbindən başqa bir ölkəyə köçməyə qərar verdi. Əhalisi az olsa da yüzlərlə insanın həyatını itirdiyi bu ərazilərdə artıq yaşamaq mümkün deyildi. Atam, anam, iki uşağı və bəzi digər ailə üzvləri ilə birlikdə İrana doğru yola çıxdı və Qum şəhərinə yerləşdilər. Bir neçə il sonra Tehrana köçdülər və Tehranın ətraf kəndlərindən birində yaşamağa başladılar. Mən də həmin illərdə dünyaya gəldim.

Küçələrdə oynayarkən mənə kimsə "əfqan" deyəndə məktəbə başlayana qədər bunun nə demək olduğunu anlamırdım. Bizim cəmiyyətdə bir qız uşağının oxuması mənasız hesab olunur. Qızların təhsil haqqı yoxdur, çünki insanlar onların gələcəyinə inanmır.

Atam çoxlu təkid sayəsində məni məktəbə göndərməyi qəbul etdi. Bu illər həm ağrılı, həm də xoş xatirələrlə dolu oldu. Biz İranda ilk əfqan qaçqın şagird qruplarından idik. O illərdə çox yaxşı müəllimlərim də oldu, ayrı-seçkilik edən müəllimlərim də..."

Lailanın sözlərinə görə, Əfqanıstanda daha çox təhsil məhdudiyyətləri var: "Yeganə sahələr tibb bacılığı və qadın həkimliyi idi, amma indi onları da bağlayıblar. Bu da gələcəkdə Əfqanıstanda səhiyyə sahəsinin ciddi şəkildə təsirlənməsinə səbəb olacaq, çünki tibb sahəsində qadınlara böyük ehtiyac var. Eyni zamanda, mədəni səbəblərə görə bir çox qadın kişi həkimə gedə bilmir.

Eyni zamanda, qadınların işləməsinə qoyulan məhdudiyyətlər də var və bu da ailələrin iqtisadiyyatına ciddi zərər vurur. Çünki çoxuşaqlı ailələrdə qadınlar işləyirdi və bəzi ailələrdə kişi ailə başçısı yoxdur, qadın ailəyə baxırdı, amma indi onlar da işsiz qalıblar".

L.Rahimi qadınların hərəkət azadlığının da məhdudlaşdırıldığını bildirib: "Qadınlar əri olmadan heç bir yerə gedə bilməzlər. Səyahət və gediş-gəliş üçün bir kişi onları müşayiət etməlidir və bu, onların azadlıq hüququnu əlindən alır.

Bundan əlavə, bəzi bölgələrdə qadınlar məcburi evliliyə məruz qalırlar. Ümumilikdə, hazırda Əfqanıstanda qadınların təhsil hüququ, işləmək hüququ, sərbəst hərəkət etmək hüququ kimi ən əsas hüquqları yoxdur. Bəzi işlər və vəzifələr var ki, qadınlar hələ də onları yerinə yetirirlər, amma bu çox azdır.

Mənim özümə bir "Taliban" nümayəndəsi elçi düşmüşdü. Onun həyat yoldaşı və 7 uşağı var". 

O, həmçinin qeyd edib ki, İrandakı əfqan köçkünlərin iqtisadi vəziyyəti o vaxtlar çox pis olub: "Bunun səbəblərindən biri ailələrin çoxuşaqlı olması, digəri isə az gəlirli və ağır işlər idi. Əfqanlar ən çətin işləri ən aşağı maaşla görməyə məcbur idilər və dövlət işlərində bizim üçün yer yox idi.

Universitetə qəbul olundum, amma ölkə vətəndaşı olmadığıma görə təhsil haqqı ödəməli idik. Ailəm universitetə getmək fikrindən imtina etməyimi istədi. Mən çox səy göstərdim. Sonda bir universitetin təqaüd proqramında uğur qazandım. Atam və qardaşım buna şiddətlə qarşı çıxdılar, hətta qardaşım məni dəfələrlə döydü, çünki oxumağımı istəmirdilər. Bütün bunlara baxmayaraq, İranda universitetə daxil oldum və bakalavr təhsilimi başa vurdum.

Məzun olduqdan sonra İranda işləmək üçün çox çalışdım, amma heç bir faydası olmadı. Xarici vətəndaşların dövlət qurumlarında işləməsinə qətiyyən icazə yox idi. Bundan əlavə, bankçılıq, sistem, təhsil sahələrində məhdudiyyətlər və əcnəbilərə qarşı edilən təhqirlər doğulduğum ölkəni mənim üçün sanki bir qəfəsə çevirmişdi.

Ən pisi isə atam dünyanın ən ağır işlərini yalın əlləri ilə görürdü, amma ya pulunu vermirdilər, ya da çox gec, çek şəklində verirdilər və evin bir çox xərclərini qarşılaya bilmirdi".

O, bundan sonra İrandan Əfqanıstana getməyə qərar verdiyini bildirib: "Bəzi əmilərimin ailələri geri dönmək qərarına gəlmişdi, onlarla birlikdə gedəcəyimi dedim. Qətiyyətlə dedim ki, gedib tibb bacılığı oxuyacam, sonra qayıdıb özəl xəstəxanalarda işləyə biləcəyəm. Atamı razı saldım və Əfqanıstana yola düşdüm.

Bir qız olaraq ilk dəfə "Taliban"la qarşılaşdığımda eyni anda həm böyük bir qorxu, həm də təəccüb içində idim. Zamanla mənsub olduğum Əfqanıstanın iki hissəyə bölünmüş bölgəsindəki kəndə getdim. Bura qadınların təhsildən uzaq tutulduğu, ağır kənd işlərində çalışdığı bir yer idi. Mənim gəlişim hər kəsi təəccübləndirdi. Atasız bir qızın bu torpaqlara necə gəldiyini anlamağa çalışırdılar. Zamanla onların düşüncə və inancları ilə tanış oldum. Orada açıq şəkildə patriarxal bir sistem hökm sürürdü. Qızlar 14-15 yaşında, hətta daha kiçik yaşlarda evləndirilib uşaq sahibi olurdular. Orada təhsil almaq, bir neçə dil bilmək və ya yaxşı nitq qabiliyyətinə malik olmaq şərəfli sayılmırdı. Orada erkən yaşda evlənmək, daha çox oğlan uşağı sahibi olmaq, ev işləri ilə məşğul olmaq və heyvan-tarla sahibi olmaq xalq üçün ən böyük şərəf idi.

Danışıq tərzim, davranışlarım və kişi hökmranlığına qarşı duruşum onlar üçün çox pis və utancverici idi. Sağlamlıq şəraiti çox pis idi: əksəriyyət yüksək təzyiq, mədə və böyrək problemlərindən əziyyət çəkirdi. Bölgədə bir sağlamlıq mərkəzi olmasına baxmayaraq, qadınlar doğumu evdə etməyə üstünlük verirdilər və bir çox hallarda anaların ölümünə şahid olurduq.

Bir müddət sonra şəhərə qayıtdım. Orada vəziyyət bir qədər yaxşı idi, amma məhdudiyyətlər hələ də var idi. Başqalarının məni görməməsi üçün niqab taxmaq məcburiyyətində idim. Tibb bacılığı ixtisasına qəbul oldum və iki semestr oxudum, amma "Taliban" universitetlər kimi institutları da bağladı. İki semestr ərzində qızların gözlərindəki qorxu, hər an son ümidlərinin də əllərindən alınacağı narahatlığı var idi.

Hər an müxtəlif qurumlardan hicab, davranış qaydaları, kişi müəllimləri kimi mövzularda xəbərdarlıq məktubları gəlirdi. İnstitut bağlandıqda hamı şok vəziyyətində idi. Bir çoxu ağlayırdı və bu hal bir çoxu üçün təkrar olunan bir duyğu idi, çünki daha əvvəl də universitetlərdən eyni şəkildə uzaqlaşdırılmışdılar. Bu şəraitdə mən nə edəcəyimi bilmirdim, sadəcə bir nöqtəyə baxaraq donub qalmışdım. Geriyə baxmadan bütün körpüləri yandırdım və artıq bütün gələcəyim qaranlıq idi. İrandakı yaşayış sənədim ləğv olunmuşdu və Əfqanıstanda ailəmdən uzaqda, düşüncələrimi anlamayan insanların arasında tək qalmışdım. Bu, Əfqanıstandakı bütün qızların yaşadığı bir təcrübə idi.

İndi yenidən xarici ölkədə təhsilimi davam etdirməyə çalışıram və indi burada, qeyri-müəyyən gələcəyə baxmayaraq, daha yaxşı bir həyat uğrunda mübarizə aparıram".

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 İyul 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see252

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see212

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see195

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see174

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see142

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see139

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see137

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see136

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see136

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see133

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see130

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see130

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see129

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see128

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see126

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see126

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see125

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see125

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see124

Atletikin baş məşqçisi: Qarabağ bizə qol vuranda bunu sakit qarşıladım

23 Oktyabr 2025 00:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri