Icma.az
close
up
RU
Trampı fikrindən o daşındırıb

Trampı fikrindən o daşındırıb

Icma.az bildirir, Modern.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp uzun müddət Rusiya ilə bağlı yeni sanksiyalara qarşı çıxaraq Moskva ilə şəxsi razılaşma yolu ilə Ukrayna müharibəsini dayandırmaq niyyətində idi.

Modern.az xəbər verir ki, Tramp bu planından xarici işlər naziri və milli təhlükəsizlik üzrə müvəqqəti müşavir Marko Rubionun təsiri nəticəsində imtina edib. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, Rubio Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan siyasətçidir. Onun Moskvanın mövqeyində real dəyişikliklərin baş vermədiyi barədə qiymətləndirməsi Trampın qərarına həlledici təsir göstərib.

Rubio hazırda həm dövlət katibi, həm də Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifələrini icra edir. Onun yanaşması Rusiyaya qarşı daha sərt və prinsipial xətt kimi qiymətləndirilir və bu, Trampın əvvəlki xüsusi elçisi Stiv Uitkofun daha yumşaq diplomatik strategiyası ilə ziddiyyət təşkil edir.

Agentlik qeyd edir ki, Uitkofun mövqeyinin zəifləməsi barədə açıq əlamətlər olmasa da, Tramp administrasiyasında Rubionun nüfuzu artıb. Uitkof bu həftə Yaxın Şərqdə olub və Qəzza zolağında atəşkəsin qorunmasına nəzarət missiyasını davam etdirib.

Məlumata görə, Uitkofun Putin və digər yüksək rütbəli rus rəsmilərlə avqustda Alyaskada keçiriləcək sammit ərəfəsində apardığı danışıqlar Moskvadan güzəşt siqnalı kimi dəyərləndirilib və bu, Vaşinqtonda situasiyanın yanlış təfsirinə səbəb olub. Bundan sonra görüşün hazırlanmasına Rübio rəhbərlik etməyə başlayıb.

Ağ Evin mətbuat katibi Anna Kelli məlumatları şərh edərək bildirib ki, xarici siyasət qərarlarında son söz Trampa məxsusdur, Rubio və Uitkof isə “vahid komanda kimi” işləməyə davam edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Oktyabr 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri