Icma.az
close
up
RU
Mənəvi birlik və vəhdət rəmzi...

Mənəvi birlik və vəhdət rəmzi...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Elə bayramlar var ki, insanlar onu hər zaman gözləyir və daxildən gələn böyük sevgi hissi ilə qeyd edirlər. Qurban bayramı da bu sırada yer alır. Bu gün ölkəmizdə Qurban bayramı yüksək səviyyədə qeyd olunur. İnsanlar əziz günlərin, Uca Yaradana yaxın olmağın sevincini yaşayırlar. Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb və ən səmimi arzularımı çatdırıb. Təbrikdə bildirlir ki, cəmiyyətimizdə humanizmi və xeyirxahlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və təntənə ilə keçirilir. Bu günlərdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur.

Dövlət siyasətinin mühüm istiqamətlərindən biri

Qısa müstəqillik tarixində Azərbaycan böyük uğurlara imza atıb. Bu gün dünyaya nümunəvi inkişaf modeli təqdim edən respublikamız beynəlxalq münasibətlər sistemində layiqli yer tutur.  Dünya ölkələri Azərbaycanın regionda yaratdığı sülh və sabitlik üçün zəruri olan yeni reallıqları, qlobal təhdidlər qarşısında beynəlxalq həmrəyliyin gücləndirilməsinə verdiyi davamlı töhfələri yüksək dəyərləndirərək ölkəmizə və onun Liderinə böyük hörmət bəsləyirlər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub və ölkəmiz üçün yeni strateji mərhələ başlayıb.

İnamlı inkişafı təmin edən fundamental amillər sırasında müstəqil Azərbaycan dövlətinin ideoloji əsaslarının rolunu xüsusi qeyd edə bilərik. Qısa müstəqillik tarixində məqsədyönlü siyasət sayəsində dünya birliyinin suveren aktoru səviyyəsinə yüksələn respublikamızın ideoloji əsasları, daxili və xarici siyasətin prioritetləri məhz mi milli maraqlar üzərində formalaşıb. Bugünkü güclü Azərbaycan milli köklərə möhkəm bağlı olan bir dövlətdir.

Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli-mənəvi dəyərlərimizə qayğı siyasəti son 20 ildən artıq müddətdə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Dövlət başçısı bəhs olunan dövrdə qloballaşma şəraitində milli dilimizin inkişafına və yad təsirlərdən qorunmasına, Azərbaycan ədəbiyyatının latın qrafikası ilə nəşrinə, zəngin mədəniyyətimizin təbliğinə, tariximizin araşdırılmasına dair çoxsaylı fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə olunması diqqət mərkəzində saxlanılır. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə böyük bağlılıq yaranıbki, bu da möhkəm həmrəyliyimizin mühüm şərtidir.

Xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi

Qədim tarixə malik Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin formalaşmasında və zənginləşməsində İslam dini mühüm rol oynayıb. VII-VIII əsrlərdən etibarən xalqımızın həyat tərzi, mədəniyyəti, məişəti bəşəriyyəti saflığa, birliyə səsləyən İslam dini ilə sıx vəhdətdə olub və təbii ki, bu dinin çağırışları xalqımızın həyata baxışının, yaşam fəlsəfəsinin formalaşmasına öz müsbət təsirini göstərib. Keçmiş sovet rejimi Azərbaycanın da tərkibində olduğu ittifaqın ərazisində digər dinlər kimi, İslam dininə də sərt qadağalar qoymuşdu. Ancaq xalqımız bu qadağalara baxmayaraq 70 il ərzində etiqadını, İslam dininə sadiqliyini qəlbində qoruyub saxladı. Azərbaycan ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqillik qazandıqdan sonra adət-ənənələrimizə, o cümlədən də İslam dininə münasibət tamam dəyişdi. Müstəqil Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və daha da zənginləşdirilməsi siyasətinin, hər cəhətdən nümunəvi olan dövlət-din münasibətlərinin əsası böyük siyasətçi Heydər Əliyev tərəfindən qoyulub.

Son iyirimi ildən artıq müddətdə isə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu nümunəvi dövlət-din siyasəti Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. O cümlədən ölkə ərazisində dini abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətində mühüm işlər görülüb. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, indi onların sayı iki mini ötüb, həmçinin ölkə ərazisində 700-dən çox pir və ziyarətgah fəaliyyət göstərir. Hazırda respublikamızda təxminən 300 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur.

Ölkə ərazisində tarixi dini abidələrin bərpasında Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da yaxından iştirak edir. Bu məqamda qeyd edək ki, Azərbaycanın çoxlu sayda tarixi-mədəni-dini abidəsi Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində düşmən əlinə keçmişdi. Həmin abidələr otuz illik işğal dövründə ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb və yaxud təhqirlərə məruz qalıb. Hazırda Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işləri həyata keçirilir. Həmçinin ermənilər tərəfindən dağıdılmış dini abidələrimizə ikinci həyat verilir. Onlar tarixi fotolara istinad edilməklə bərpa olunur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu şərəfli missiyanı Heydər Əliyev Fondu öz üzərinə götürüb. Artıq bir sıra abidələrin bərpası tamamlanıb, digərlərində isə işlər intensiv şəkildə davam etdirilir.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 İyun 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri