Mənəvi kiçilmə... Qadınlara qarşı zorakılıq əslində bir xalqın gələcəyinin qıırlma nöqtəsidir...
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Etiraf edək ki, qadına əl qaldıran insan ilk olaraq öz doğuluşuna, insanlığın özünə və vicdanına zərbə vurur. Nitşe deyirdi ki, “kimin əlində güc var, ondan istifadə etmək istəyəcək. Amma əsl güc, ondan istifadə etməməkdir”…
Əslində qadına qarşı güc nümayiş etdirən kişi güclü deyil, əksinə həddən artıq zəifdir və o qədər zəifdir ki, qarşısındakı qadına gücünü “sübut etməklə” güclü görünməyə çalışır.
Qadına qarşı zorakılıq kişilik deyil, natamamlıqdır. Natamam kişilər qadını idarə etməyə və nəzarət altına almağa çalışmaqla, güc tətbiq etməklə natamamlığını gizlətməyə çalışır. Zaman keçir, hər şey dəyişir. Ancaq bu gün qadına qarşı zorakılıq hallarını müşahidə etdiyimiz zaman sanki daş dövründəymişik kimi hiss yaranır.
Maraqlıdır ki, cəmiyyətin böyük hissəsi qadına qarşı zorakılığı "ailədaxili məsələ" kimi görür. Çox zaman susqunluqla qarşılaşayaraq, zorakılığı həyata keçirən insanın qiyabi müttəfiqinə çevrilir.
Etiraf edək ki, zorakılığıa qarşı mübarizə təkcə qanunlarla deyil, eyni zamanda düşüncə tərzi ilə də aparılmalıdır. Qanunlar cinayətkarı cəzalandıra bilər, amma bu cəza zorakılığın kökünü kəsməyəcək. Qadının dəyərini cəmiyyətə maarifləndirmə yolu ilə başa salmaq lazımdı.
Qadınlara qarşı zorakılıq əslində bir xalqın gələcəyinin qıırlma nöqtəsidir. Qorxudulmuş qadın, gələcəyin qorxu ilə böydülümüş fərdidir. Etiraf etməliyik ki, zorakılığa qarşı mübarizə gələcəyin sağlam nəsillərinin olması üçün bu gün aparılmalı olan mübarizədir.
Ad çəkməyəcəm, bir neçə gün əvvəl həyat yoldaşının saçını qırxaraq videoya çəkən və həyat yoldaşına təhqiredici ifadələr işlədən bir “kişi”nin hərəkətləri ilə gündəm silkələndi. Qadın yalvarırdı, kişi isə qadını əxlaqsız adlandıraraq, sanki hansısa bir döyüşdə qalib gəlmiş və ölkəsinin adını yüksəklərə qaldırmış bir kimi qürurla "güc" göstərirdi. Videoda öz hirsini gücsüz qadından çıxmağa çalışan biri vardı.
Nədir bu eqo aclığının səbəbi? Nə baş verir? Niyə kişilərdə mənəvi cılızlaşma müşahidə edilir? Nədir cəmiyyətdə daim uca olan "kişi" sözünü bu qədər ayaqlar altına atan?
Bu videoda zorakılıq tətbiq edilən qadın olsa da, bu kişi variantı cəmiyyətdə kişinin düşdüyü vəziyyəti açıq şəkildə büruzə edirdi. Yəni artıq güvənə biləcəyimiz o kişi obrazından əsər əlamət qalmayıb. Yəni bu kişi variantı bizə bir daha başa saldı ki, daha diqqətli olun…
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, bu ilin 6 ayı ərzində Komitəyə zorakılıqla bağlı 443 müraciət ünvanlanıb. 232 müraciət qadınlarla bağlı olub. Müraciətlərin çoxu Bakı şəhərindəndir. Qadınların 172-si fiziki zorakılığıa məruz qalıb.
Ailədaxili zorakılıq bütün dünyada var. Yəni dövr dəyişsə də, bu reallıq dəyişmir. Qadınlar ailədə daha çox fiziki və psixoloji zorakılığa məruz qalırlar. BMT-nin 2024-cü ilə aid son hesabatına görə, dünyada hər 3 qadından 1-i fiziki və seksual zorakılğa məruz qalır. Və bu zorakılıq hallarının 80 faizi ailə daxilində baş verir.
Zorakılıq haıları davamlı halda baş versə də, acınacaqlısı budur ki, qadınların böyük bir qismi bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermir.
Qadınlar daha çox fiziki zorakılığa məruz qalır. Bura vurmaq, itələmək, boğmaq, silah və ya kəskin alətlə təhdid etmək daxildir. Bu növ zorakılıq davamlı travmalar, qorxu və sosial təcridlə nəticələnir.
Qadınların üzləşdiyi digər zorakılıq növü psixoloji zorakılıqdır. Qəbul edək ki, psixoloji zorakılıq fiziki zorakılıqdan daha dağıdıcı olur. Bu zaman qadın alçaldılır, təhqir edilir, qısqanclıqla təhdid və təcrid edilir, manipulyasiyaya məruz qalır, qadının özünə inamı məhv edilir. Bu da son nəticədə qadının özünü dəyərsiz hiss etməsinə və depressiyaya düşməsinə səbəb olur. Nəticədə bəzən psixoloji zorakılığa məruz qalan qadın intihara da əl ata bilir.
Qadınlar ailə daxilində və ailədən kənarda cinsi zorakılığa məruz qalır. BMT-nin hesabatına görə, dünyada hər 10 qadından biri həyatında ən az bir dəfə cinsi zorakılığa məruz qalıb. Cinsi zorakılıq dedikdə, bura istənmədən cinsi təmas, zorla evlilik, iş mühitində cinsi təzyiq və s. nəzərdə tutulur.
Mən deyərdim ki, qadının zorakılığa məruz qalmasının başında iqtisadi zorakılıq durur. Ailədə iqtisadi olaraq zorakılığa məruz qalan qadın bütün növ zorakılıqlara məruz qala bilər. Çünki onun bu vəziyyətdən çıxmaq üçün iqtisadi gücü olmur.
Qadınlar ailədaxili olmasa da, çox zaman sosial və rəqəmsal zorakılığa da məruz qalırlar. Bura sosial mediada təhqir və təhdidlər, qadının şəxsi məlumatlarının icazəsiz paylaşılması, izlənmə və onlayn şantaj və s. daxildir.
Zorakılığa qarşı mübarizəyə ilk növbədə qadın özü başlamalıdır, susmamalı, qarşılaşdığı zorakılıq halı ilə bağlı hüquq-mühafizə orqanlarına, cəmiyyətə müraciət ünvanlamalıdır. Dövlət və hüquq sistemi zorakılığın növündən asılı olmayaraq, zorakılıq edənlərə qarşı sərt cəzalar tətbiq etməlidir.
Maarifləndirmə, psixoloji, hüquq dəstək və s. zorakılığın qarşısının alınmasında müəyyən qədər rol oynaya bilər. Amma burada məsuliyyət ilk növbədə hüquq sisteminin üzərindədir. Unutmamaq lazımdır ki, cinayətkar cəzasız qalanda təcavüzkarlar cəzasız qalacaqlarını düşünərək yenidən cinayətlərə imza ata bilirlər.
İradə Cəlil, Bizimyol.info
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)
Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 07 Noyabr 2025 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















