“Mənəviyyat və tərbiyə məsələsidir” Omba əməliyyatına qadağanın mümkünlüyü…
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son illər estetik və plastik əməliyyatlara maraq xüsusilə qadınlar arasında sürətlə artıb. Sosial şəbəkələrdə və televiziya ekranlarında tez-tez oxşar üz cizgiləri, eyni mimikalar və standart gözəllik anlayışları ilə qarşılaşırıq. Artıq bir çoxları üçün fərqli olmaq deyil, "gözəllik şablonuna" uyğunlaşmaq əsas meyara çevrilib. Bu tendensiya isə təkcə sağlamlıq və psixoloji durum baxımından deyil, həm də cəmiyyətin estetik zövqü və mədəni səviyyəsi üzərində ciddi suallar doğurur.
Hətta məşhur müğənni Fuad Musayev ölkəmizdə omba böyütmə əməliyyatının qadağan edilməsini təklif edib.
Bəs, ölkəmizdə bu cür əməliyyatlar qadağan oluna bilərmi?
Mövzu ilə bağlı Ölkə.az-a danışan Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, belə məsələlər dünyanın heç yerində qanunla tənzimlənmir: “Çünki bu, insanların şəxsi seçimidir və bir çox məsələlər də insanların şəxsi əxlaq normaları və dünyagörüşləri inancları ilə bağlıdır. Bunu qanuna salıb “plastik əməliyyatlar qadağandır” və yaxud da “müğənnilər etməsin” kimi halları onsuz da qanunla tənzimləmək olmur. Çünki bu məsələlərə toxunmaq insan haqları və digər məsələlər baxımından mümkün deyil. Mən bilən belə nümunələr də yoxdur.
Odur ki, əgər biz belə neqativ halların baş verməyini istəmiriksə, fikrimcə, cəmiyyətimizin mədəni səviyyəsi yüksəldilməlidir, insanların maarifləndirilməsi işləri aparılmalıdır. Kütləvi informasiya vasitələrində belə əməllərin həm fiziki baxımdan, həm sağlamlıq baxımından, həm də cəmiyyətin mənəviyyatı baxımından heç də müsbət hal olmadığı təbliğ olunmalıdır. Yoxsa bunu hansısa qanunla tənzimləmək və qanun çərçivəsinə salmaq inandırıcı deyil və mümkün də deyil. Yəni bu, mənəviyyat məsələsidir. Heç bir halda hüquq və yaxud siyasət məsələsi deyil. Bu, dünyagörüş, mənəviyyat, tərbiyə və yaxud inanc məsələsidir. Və bunlar da qanunla tənzimlənmir”.
Həmidə İbrahimova
Baxış sayı:82
Bu xəbər 25 Aprel 2025 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















