Icma.az
close
up
RU
Mənəviyyat və vicdanın çağırışı...

Mənəviyyat və vicdanın çağırışı...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Qeyri-zorakılıq zəiflik deyil, emosiyalara hökm etməkdir!

Zorakılıq dedikdə yalnız əl qaldırmaq, döymək və ya başqa fiziki xəsarətləri yetirmək başa düşülməməlidir. Çünki zorakılıq bir davranış forması olaraq həm də cəmiyyətin üzərinə qoyduğu mənəvi, psixoloji və sosial təzyiqləri əhatə edir. Məsələn, evdə, məktəbdə və ya iş yerində baş verən psixoloji zorakılıq çox vaxt fiziki zorakılıq qədər ciddi zərər verə bilər. Təhqir, böhtan, hədə-qorxu və digər mənfi davranışlar da zorakılığın bir növüdür.

Təəssüf ki, cinsindən və yaşından asılı olmayaraq, insanlar müxtəlif zorakılığın qurbanı olurlar. İllər ötdükcə isə müasir dünyamızda bu problem daha qabarıq şəkildə müzakirə olunur. Zorakılığa məruz qalan şəxslərlə bağlı aidiyyəti orqanlar, həmçinin media qurumları mütəmadi informasiyaları cəmiyyətə ötürürlər.

Ancaq etiraf edək ki, adətən zorakılıqla bağlı yayılan informasiyalar əks reaksiyalara səbəb ola bilər. Belə ki, hər hansı bir zorakılıq hadisəsi müzakirə edildikdə və davamlı olaraq mediada dərc olunduqda ertəsi gün başqa bir zorakılığın şahidi oluruq. Bu, daha çox psixoloji amillərlə bağlıdır. Belə xəbərlər mütəmadi olaraq mediada yer alan zaman eyni və oxşar olan xoşagəlməz hallar yaşanır.

Mediada zorakılığın işıqlandırılması

Mövcud media məişət zorakılığı və qətl xəbərlərinə sanki o qədər maraqlıdır ki, bəzən oxunaqlı olsun deyə, peşəkarlıqdan uzaq olan başlıqlarla çoxsaylı xəbərlər yazılır. Ekspertlərin fikrincə, təəssüf ki, bəzi jurnalistlər zorakılığa dəstək verdiklərinin fərqində belə deyillər. Onların sözünə görə, məişət zorakılığı və gender məsələlərində məqsəd İP yığmağa, sensasiya yaratmağa, diqqəti cəlb etməyə yönəlir. Xüsusilə, məişət zorakılığının daha çox qadınlara yönəlik olduğu vurğulanır.

Dünyada məişət zəminində öldürülənlərin 79 faizi...

Mübahisəli sual hələ də aktualdır. Nə üçün qadın hüququ, qadın qətlindən daha çox danışılır, bəs kişilər zorakılığa məruz qalmır? Statistik göstəricilərə görə, dünyada məişət zəminində öldürülənlərin 79 faizi qadınlardır. Orta rəqəmlə hər gün dünyada 130-dan çox qadın qətlə yetirilir. Belə ki, qadınların böyük əksəriyyəti həyat yoldaşları, keçmiş partnyorları tərəfindən zorakılıq nəticəsində öldürülür.

Nə edə bilərik?

Məsələn, postsovet ölkəsi olan Litvada məişət zorakılığı ilə mübarizə modelində cəmiyyət üzvlərinin birgə iştirakı üçün maraqlı təşəbbüs həyata keçirilir. Belə ki, ərazi üzrə bələdiyyələrdə qara qutular yerləşdirilir, həmin qutulara hansısa zorakılıq görən və ya şahidlik edənlər anonim şəkildə məktub atırlar.

Alman fiziki Albert Eynşteynin belə bir fikri var: “Zorakılıq əxlaq səviyyəsi aşağı olan kişilər üçün həmişə cazibəli gəlib”.

Beynəlxalq təcrübə artıq Eynşteynin bu fikrinin əksinə yeni model təqdim edir. Belə ki, tək zorakılıq qurbanına deyil, zorakılığa qarşı da dəstək praktikası formalaşıb. Praktika göstərir ki, belə şəxslər 3-6 aylıq təlim keçdikdən sonra onların 45 faizi davranışını dəyişə bilər.

Azərbaycanda məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə 2010-cu ildə “Məişət Zorakılığının qarşısının alınması” haqqında Qanun qəbul edilib. Bununla yanaşı, məişət zorakılığına məruz qalmış uşaq və qadınların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyası mühüm məsələlərdən biri kimi dəyərləndirilir. Səhiyyə Nazirliyi, digər mərkəzi və yerli dövlət orqanları həmin işlərin təşkili və aparılmasında bilavasitə iştirak edirlər. Bu sahədə kadr potensialının gücləndirilməsi, məişət zorakılığının qarşısının alınması və zorakılıqdan zərər çəkmişlərin reabilitasiyasının aparılması ilə bağlı uşaq və qadınlarla işləyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət yetirilir.

Zorakılıqdan söz açmışkən, 2007-ci il iyunun 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qərarla 2 oktyabr tarixi “Beynəlxalq Qeyri-Zorakılıq Günü” kimi qeyd edilir. Bu beynəlxalq günün məqsədi sülh, dözümlülük, anlayış və zorakılıqdan imtina mədəniyyətini təsdiq etməkdir. Qeyri-zorakılıq sadəcə fiziki gücdən imtina deyil. Bu, düşüncənin, mənəviyyatın və vicdanın bir çağırışıdır. 2 oktyabr təsadüfən seçilmiş tarix deyil, məhz bu gün Hindistanın müstəqilliyi uğrunda hərəkatın lideri və qeyri-zorakılıq fəlsəfəsinin banisi Mahatma Qandinin doğum günüdür.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Oktyabr 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri