Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

DİN, MƏNƏVİYYAT VƏ İNKİŞAF

DİN, MƏNƏVİYYAT VƏ İNKİŞAF

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Sadiq QURBANOV, millət vəkili

Avropanın inkişafının səbəblərini araşdırarkən görürsən ki, bu inkişafda filosofların payı danılmazdır. Onlar insanın özünə, cəmiyyətə, əxlaqa, azadlığa və dövlətə münasibətinin dəyişməsində mühüm rol oynayıblar. Ağıl, vicdan, mənəvi məsuliyyət və azadlıq kimi anlayışların formalaşmasında fəlsəfi düşüncənin böyük təsiri olub.

Bu baxımdan İmmanuel Kantın xüsusi yeri var. Kantın 1793-cü ildə yazdığı “Saf ağılın sərhədləri daxilində din” (“Die Religion innerhalb der Grenzen der bloßen Vernunft”) əsəri din fəlsəfəsinin mühüm əsərlərindən biridir. Kant burada dini yalnız zahiri qaydalar və ayinlər müstəvisində araşdırmır, insanın daxili aləminə, vicdanına və yaxşı ilə pis arasında seçiminə diqqət yetirir.

Bəzən dindarlığı yalnız zahiri qaydalarda və müəyyən ayinlərin icrasında axtarırıq. Kant isə diqqəti insanın daxilinə yönəldirdi. Onun düşüncəsində din insanın həyatını yalnız qadağalarla tənzimləyən sistem kimi yox, insanı mənəvi seçim qarşısında qoyan məsuliyyət kimi meydana çıxır. Burada vicdan əsas yer tutur.

İnsanın daxili aləminə vardıqda görürsən ki, Kant insan təbiətində həm yaxşılığa, həm də pisliyə meylin mövcud olduğunu düşünürdü. İnsanın daxilində güclü bir eqoizm var. Bu eqoizm insanı çox vaxt öz nəfsinin arxasınca aparır. Buna görə insanın əsas mübarizəsi əvvəlcə öz daxilində başlamalıdır. İnsan öz zəifliklərini görməli, nəfsinə qalib gəlməyə çalışmalı və mənəvi baxımdan yüksəlməlidir. Burada məsələ yalnız fərdi əxlaqla bitmir. Öz daxilində vicdanı, məsuliyyəti və ədalət hissini formalaşdıran insan cəmiyyətə münasibətini də dəyişir. Başqasının hüququna hörmət etmək, fərqli düşüncəyə dözümlü yanaşmaq, azadlığın məsuliyyət tələb etdiyini anlamaq və ümumi mənafeyi şəxsi maraqdan üstün tutmaq demokratik cəmiyyətin mənəvi əsaslarını yaradır. Demokratiyanın möhkəmliyi də yalnız qanunlardan və siyasi institutlardan yox, cəmiyyətin mənəvi mədəniyyətindən asılıdır.

Din məsələsinin mahiyyəti də buradadır. Həqiqi ibadət insanın davranışında öz əksini tapmalı, onu vicdanlı, ədalətli, mərhəmətli və başqasının haqqına hörmət edən bir insana çevirməlidir.

Məhz bu düşüncə xətti bizi Ümummilli Lider Heydər Əliyevin dini və mənəvi baxışlarına gətirir. Ümummilli Lider Heydər Əliyev 30 sentyabr 1998-ci ildə Bakıda keçirilən “Müasirlik və dini-mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfransda İslamın yüksək dəyərlərinin cəmiyyətin mənəvi inkişafındakı rolundan danışarkən bildirmişdi ki, “İslamın yüksək dəyərləri bizim cəmiyyətimizdə mənəviyyatın yüksəlməsinə kömək edəcək və vətəndaşlarımızın demokratiyanı və bütün digər azadlıqları dərk etməsinə və onlardan səmərəli istifadə etməsinə kömək edəcək”.

Bu fikir çox mühüm məqamı ortaya qoyur. Ümummilli Lider Heydər Əliyev dini dəyərləri demokratiya və azadlıqla qarşı-qarşıya qoymurdu. Əksinə, yüksək mənəviyyatın insanın azadlığı düzgün dərk etməsinə və ondan məsuliyyətlə istifadə etməsinə xidmət etdiyini düşünürdü. Elə həmin çıxışında söylədiyi “Demokratiya yüksək mədəniyyət və yüksək mənəviyyatdır” fikri də bu baxışın mahiyyətini ifadə edir.

Beləliklə, Kantın insanın daxili aləminə yönəltdiyi diqqət ilə Ümummilli Lider Heydər Əliyevin dini-mənəvi dəyərlərlə demokratiya arasında qurduğu əlaqə arasında mühüm bir düşüncə xətti yaranır. Kant insanın mənəvi seçimini vicdan və əxlaq üzərində qururdu. Ümummilli Lider Heydər Əliyev isə mənəviyyatı cəmiyyətin inkişafı, azadlığın düzgün dərk edilməsi və demokratik mədəniyyətin formalaşması ilə əlaqələndirirdi.

Buradan çıxan nəticə sadədir. Dindarlığın mahiyyəti yalnız insanın nə etdiyində yox, onun daxilində hansı insana çevrildiyində görünür. Əgər din insanı daha vicdanlı, daha ədalətli, daha mərhəmətli və daha məsuliyyətli edirsə, onun mənəvi gücü artıq insanın daxilində özünü göstərir. Belə insan həm özünə, həm başqasına, həm də cəmiyyətə qarşı məsuliyyət hiss edir.

Mənəviyyat insanın daxilində kök salanda din fərdi həyatın hüdudlarını aşaraq cəmiyyətin əxlaqına, mədəniyyətinə və gələcəyinə təsir edən böyük bir qüvvəyə çevrilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Avqust 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see638

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see331

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see319

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see232

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see229

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see228

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see226

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see220

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see216

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see212

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see212

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see212

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see211

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see209

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see208

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see206

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see205

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see205

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see204

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri