“Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür“
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Məni hər şeydən çox azyaşlı qızlarımızın taleyi düşündürür. Dini inanclı insanlara hörmətim var və özüm də Allaha inanıram. Amma dövlətin qoyduğu qayda-qanuna hamı riayət etməlidir".
Moderator.az xəbər verir ki, bu sözləri iş xanımı Ruhiyyə Əliyeva sosial media hesabında yazıb.
O, vahid məktəbli formasını dəstəklədiyini qeyd edib:
"Məktəbli forması vahiddir, özü də çox gözəl və səliqəlidir. Uşaqlarımız bu formada daha saf, gözəl və daha çalışqan görünür. Məktəb dünyəvidir. Qızlarımız dövlətə, Azərbaycanın gələcəyinə qarşı kimlərinsə əlində vasitə olmalı deyil. Onların beyinləri kənar müdaxiləyə məruz qalmamalıdır. Bəzən hicablı qızlarımızın ağlamağına baxıb mən də çox pis oluram. Amma əminəm ki, dövlət onların gələcəyini düşünür və bəzi valideynlərin tutduğu yolun zərərli nəticələrini əvvəldən görür və müəyyən tədbirlərlə onun qarşısını alır. Bu uşaqlar hələ çox şeyi dərk etmirlər, onların beyninə radikallıq, dövlətə itaətsizlik, habelə ona dərs deyən müəllimə hörmətsizlik yeridilməməlidir. Məktəb bir elm ocağıdır. Bütün inanclar o məktəbin kənarında qalmalıdır. Vahid geyim forması bu qızların uşaqlığını yaşamağa imkan verir. Bundan başqa, hamı bilməlidir ki, məktəblərdə qadağan olunan tək hicab deyil, həmçinin qısa və sinəsi açıq geyimlər, bəzək aksesuarları, bahalı zinət əşyaları və s. Millətimizin gələcəyi bu uşaqlardan çox asılıdır. Uşaqları qoruyaq ki, gələcəkdə dövlətimiz və millətimiz firavan olsun".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 14 Oktyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















