Milevski: “Məni “Qarabağ”dan çox “Dinamo”nun meydandakı duruşu düşündürür”
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukraynanın “Dinamo” (Kiyev) klubunun sabiq hücumçusu Artyom Milevski UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçiriləcək matçlar haqqında düşüncələrini bölüşüb.
Futbolpress.az xəbər verir ki, Ukraynanın “sport.ua” portalına danışan 41 yaşlı mütəxəssis kiyevlilərin sərgilədiyi oyundan narazılığını gizlətməyib:
“Meydanda kollektivlə hücumçu Matvey Ponomarenko arasında rabitəsizlik var, sanki hərə özü üçün oynayır. Hücumda təşəbbüsü ələ ala bilməyəndə qarşılaşmanın gedişatını diktə etmək mümkün olmur və bütün vaxtı müdafiədə keçirməli olursan. İstər “Universitatya”, istərsə də PAOK ilə görüşlərdə eyni mənzərənin şahidi olduq. Oyunçuların səy göstərmədiyini iddia etmirəm, lakin bu, nəticədə əks olunmur”.
Ukrayna millisinin keçmiş üzvü Ağdam təmsilçisi barədə danışan zaman rəqibin gücünün həddindən artıq şişirdilməsinin əleyhinə olduğunu qeyd edib:
“Şübhəsiz, beynəlxalq təcrübələri var, lakin onları gözümüzdə çox böyütməməliyik. Bolqarıstanın ÇSKA komandası ilə hər iki qarşılaşmada qol vura bilməyib mübarizəni yalnız penaltilər seriyasında davam etdirmələri komandanın mövcud vəziyyəti barədə müəyyən təsəvvür yaradır”.
Veteran futbolçu əsas diqqətin Kiyev klubunun sərgiləyəcəyi oyuna yönəlməli olduğunu xatırladıb:
“Hazırda məni “Qarabağ”dan çox “Dinamo”nun meydandakı duruşu düşündürür. Yekunda nə etdiyini dərk edən, intizamlı bir kollektiv görmək arzusundayam. Ön xətt oyunçuları kəsərini göstərməli, arxa xətt isə səhvlərə yol verməməlidir. İnanıram ki, heyət özündə lazımi əzmi tapacaq”.
“Dinamo” – “Qarabağ” duelinin ilk görüşü avqustun 6-da Polşada, cavab matçı isə avqustun 13-də Bakıda baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 05 Avqust 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















