Icma.az
close
up
RU
“Məni hamı bu bığla tanıyır, istəyirsən gəl, dart” Tacir Məhəmmədlə SÖHBƏT FOTO

“Məni hamı bu bığla tanıyır, istəyirsən gəl, dart” Tacir Məhəmmədlə SÖHBƏT FOTO

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məhəmməd Rüstəmovun 72 yaşı var. O, Bərdədə doğulub, orta məktəbi orada bitirib. 1969-cu ildən Bakıda yaşayır. İki oğul atası olan Məhəmməd kişi 35 ildir ki, Sabunçu bazarında həftə sonları satıcılıq edir.

Deyir ki, əvvəllər dövlət qurumlarından birində çalışıb. Təqaüdə çıxandan sonra isə baş qatmaq üçün bu bazara üz tutub. Onun piştaxtasında nəyə desən rast gələ bilərsən: telefon, çaynik, kəllə qənd, boks əlcəyindən tutmuş, gəlin xonçasına qədər hər şey var. Ən əsas məsələ isə odur ki, həmsöhbətimiz Rusiyadan musiqi alətləri gətizdirib burada sənətçilərə satır. Özü də elə-belə yox, kifayət qədər baha qiymətə:

“Rusiyanın müxtəlif şəhərlərindən musiqi alətləri sifariş edirik. Məsələn, bir qarmonu 2 minə gətizdirirəm. Amma ucuzları da olur. Hətta Kazan şəhərindən 150-120 manata da gətirib satırıq. Nağara sifariş edənlər də olur. İstər paytaxtdan, istərsə də rayonlardan müştərilərim var. Onlar arasında tanınmışlar da var. Əhliman Göyçaylı Zeynəb Xanlarovanın ansamblında çalışıb. Həm də qonşumdur. Mən ondan qarmon çalmağı öyrənmişəm. O da məndən musiqi aləti alır”.

Məhəmməd kişi deyir ki, yaxşı səsi var. Qaçaq Nəbiyə həsr olunmuş mahnılardan tutmuş, “Qarabağ şikəstəsi”, “Şuşanın dağları” kimi mahnıları oxuyur. Ad günlərində həm oxuyur, həm də qarmon çalır.

Həmsöhbətimizin satdığı geyimlər onun qohumlarına məxsusdur. Deyir ki, dost-tanış geyinmədiyi paltarları ona verir, o da bu bazarda satışa çıxarır. Nəvəsinin boks əlcəyini belə satışa çıxarıb:

“Kimin gücü nəyə çatır, onu alır. Ayaqqabıları 3-8 manata satırıq. Təzə ayaqqabılar isə 10 manatadır. Hər həftə sonu buraya gəlirəm, 20-30 manat qazanc əldə edirəm. Müştəridən asılıdır. Bu bazarda işləmək asandır. Həm də başımı qatıram. Oğlanlarım evlənib, nəvələrim var. Darıxmayım deyə həftə sonları bazara üz tutram. Arada da Bərdəyə gedirəm, qohumları görürəm”.

Məhəmməd kişi bu bazarda həm də bığlarına görə tanınır. Deyir ki, şəvə kimi bığ saxlamaq ona babasından qalan vərdişdir:

“Öz bığımdır. İstəyirsiniz, toxunun (gülür). Bığın kimə ziyanı var ki, 1990-cı ildən saxlayıram, xoşum gəlir də. Məni tanıdan şey bu bığlardır. Gərək satıcı təmiz geyinsin, cəlbedici olsun. Burada əsas alıcılıq bazar günü olur”. /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Yanvar 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri