Icma.az
close
up
RU
Məni Lütfəli Abdullayevə bənzədirlər

Məni Lütfəli Abdullayevə bənzədirlər

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı aktyorlarından olan Ələkbər Əliyev “Ədəbiyyat qəzeti”nə müsahibə verib.

AzPost müsahibəni təqdim edir:

O, tamaşaçılar tərəfindən sevilən aktyordur. Sumqayıt şəhərində anadan olub. Əvvəlcə həkim olmaq istəyən aktyor tezliklə aktyorluq sənətinin sehrinə düşərək M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “musiqili komediya aktyoru” fakültəsinə daxil olub. 1980-ci ildə fakültəni bitirib, elə

həmin il təyinatla Musiqili Komediya Teatrına gəlib. O vaxtdan taleyini bu teatra bağlayan aktyor burada onlarla yaddaqalan obrazlar yaradıb. Onunla “Qorxma, mən səninləyəm” tamaşasının premyerası ərəfəsində qrim otağında görüşdük.

– Ələkbər müəllim, necəsiniz?

– Şükür, yaxşıyam.

– Gəlin, lap əvvələ qayıdaq. Necə oldu ki, taleyinizi aktyorluq sənətinə bağladınız?

– Orta məktəbdə oxuyanda həkim olmaq istəyirdim. Səkkizinci sinifdə isə vəziyyət dəyişdi. Kiçik qardaşım Eldar dram dərnəyinə gedirdi, günlərin bir günü o, məni yoldan çıxartdı, ona qoşulub dərnəyə getdim. Dərnəyin rəhbəri Əməkdar İncəsənət xadimi, uzun illər Lənkəran Dram Teatrının rejissoru işləmiş Baba Rzayev idi. O zaman Sumqayıtda yaşayırdı. Eyni zamanda Sumqayıtda Səməd Vurğun adına Mədəniyyət Evində çalışırdı. Biz də Coratda qalırdıq, oradan gedib-gəlirdik. İlk dəfə Cəfər Cabbarlının “Oqtay Eloğlu” tamaşasına baxdım və bu tamaşa məni sehrlədi. Beləcə, dərnəyə bağlandım və orada bir sıra rollar oynadım. Yadımdadır, Pioner Məktəblilər sarayında Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”ni hazırladı. Mən orada Qasım kişini oynadım. Sonra rəhmətlik Hüseynağa Atakişiyev Xalq Teatrına gəldi. Onda İncəsənət İnstitutunun sonuncu kursunda idi. Xalq Teatrında tamaşalar hazırlamağa başladı. Onun quruluşunda “Darıxma, ana”, “O olmasın, bu olsun” tamaşalarında oynadım.

– Neçə yaşınız vardı?

– Orta məktəbi yenicə bitirmişdim, on yeddi yaşım vardı. Sonra tale məni İncəsənət İnstitutuna gətirib çıxardı. Sənədlərimi musiqili komediya aktyorluğu fakültəsinə vermişdim. Hüseynağa rəhmətlik mənə dedi ki, Şəkidə yeni teatr açılır, bəlkə gedib orda işləyəsən? Sonra qəbul olunarsan. İş elə gətirdi ki, İnstituta daxil oldum.

– Sənət müəlliminiz kim olub?

– Azad Dadaşov, bir də Səftər Turabov. İnstitutu bitirəndən sonra Musiqili Komediya teatrına işə düzəlmək istədim. Demək, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 60 illiyi keçirilirdi. 1980-ci il idi. O vaxt İnstitutumuz Malakan bağı tərəfdə yerləşirdi. Ora da keçmiş 26-lar rayonunun ərazisi idi. Rayon rəhbərliyi səviyyəsində tədbir olmalı idi. Rəsmi hissədən sonra bədii hissə olmalı idi.  Rektor məni çağırdı ki, biz məsləhət gördük ki, bizim İnstitutu tədbirdə sən təmsil edəsən. Bir mahnı oxuyacaqsan. Mənim vokal müəllimim Əməkdar İncəsənət xadimi Rəhilə Cabbarova idi. O, təkcə müəllim deyildi, bizə analıq etmişdi. Ruhu şad olsun. Deməli, Rəhilə müəllimə ilə gəldik Musiqili Komediya Teatrına, mənim səsimə qulaq asmalı idilər. O vaxt teatrın direktoru Balağa Qasımov idi. Dəhlizdə onunla rastlaşdıq, yaman əsəbi idi. Dedi, “mənim vaxtım yoxdur, aşağıda aktyorlar var, deyin, səsinə qulaq assınlar”. Mən oxudum, dinlədilər, başımı qaldıranda gördüm ki, yuxarıdan Balağa müəllim otağından eyvana çıxıb mənə baxır, diqqətlə dinləyir. Məni alqışladılar. Balağa müəllim dedi ki, bir başqa musiqi çalın, mən bu gəncə qulaq asmaq istəyirəm. Konsertmeyster dedi ki, axı not gətirməmişəm?! Balağa müəllim də əsəbiləşib keçdi kabinetinə. 28 apreldə mən bu səhnəyə çıxdım və zala baxanda məni zəhm bürüdü. Rəsmi adamlar idi. Özümü toparlamağa çalışdım. Oxuyub bitirən kimi sanki zalda bomba partladı. Həyəcandan dizlərim əsirdi. Bu, olub Tağıyevin binasında. İndiki gənclər o binanı görməyiblər. İnanın, mən həyatım boyu o cür həyəcan keçirməmişdim. Səhəri günü İnstituta gedəndə rektor məni görən kimi qucaqladı. Dedi ki, sən bizim İnstitutumuzu göylərə qaldırdın, halal olsun sənə. Təyinat veriləndə Rəhilə müəllimə Balağa müəllimə zəng elədi ki, Ələkbər Sumqayıtda yaşadığı üçün onun təyinatını da ora verirlər. Balağa müəllim qəti etiraz etdi, dedi nə danışırsız, bizə “geroy” lazımdır. Rəhilə müəllimə dedi ki, onda siz rəsmi məktub yazın bizim İnstituta ki, Ələkbərin təyinatını bizim teatra verəsiniz. Beləcə, 1980-ci ildən taleyim Musiqili Komediya Teatrına bağlandı. Mən hələ üçüncü kursda oxuyanda “O olmasın, bu olsun”da Sərvəri oynamışam. Çox yaxşı qəbul olunmuşdu. Məni alqışlamışdılar ki, bu, hazır aktyordur.

Musiqili Komediya teatrında rejissorumuz rəhmətlik Vaqif Abbasov idi. Burada “O olmasın, bu olsun”da Rüstəm bəy, “Arşın mal alan”da Vəli, Kəblə Qubad “Ər və arvad”da Kəblə Qubad (Ü.Hacıbəyli), İbiş İbişli “Adamın adamı” (V.Adıgözəlov, Anar), Şükürbəyli “Məsmə xala dayımdır” (R.Mustafayev, C.Məmmədov), Nümayəndə “Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva), Polis Aslan “Yeddi məhbusə anası” (C.Quliyev, Ə.Əmirli), Knyaz Pantiaşvili “Xanuma” (V.Dolidze, A.Saqarelli), Ağa Zaman “Kimyagər” (S.Kərimi, Ə.Ol), Eynəkli “Milyonçunun dilənçi oğlu” (S.Ələsgərov, Ş.Qurbanov), Rüstəm “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), Doymazov, Nazirov “Volqalı canan” (R.Mustafayev, A.Qüdrət), Kişi “Toya bir gün qalmış” (Ə.Səmədli) və s. obrazlar oynamışam.

– Siz teatra ilk dəfə gələndə sizi necə qarşıladılar?

– Çox yaxşı. Bir dəfə truppa rəhbərinin otağına gedəndə rəhmətlik Səyavuş Aslanla üz-üzə gəldik. Soruşdu ki, sən burda nə işləyirsən? Dedim, truppada aktyor işləyirəm. Dedi əşi, ola bilməz. Çıxarıb vəsiqəmi göstərdim, dedi alə, belə şey olar, yerindən duranı teatra işə götürürlər?! İlk tanışlığımız belə oldu. Sonra dostlaşdıq. İlk dəfə mənim əlimdən tutub səhnəyə çıxaran böyük aktyorumuz Hacıbaba Bağırov olub. Rüfət Əhmədzadənin “Sizin ilə gülə-gülə” tamaşasında onunla tərəf-müqabili olmuşuq. Cavan oğlan idim, saçımı pudra ilə ağardırdılar, çıxırdım səhnəyə.

Bir dəfə teatrın direktoru məni yanına çağırdı ki, “Arşın mal alan” tamaşası rus dilində nümayiş olunacaq. Sən Əsgəri oynaya bilərsən? Dedim, əlbəttə. Bu tamaşa ilə qastrollara getdik və o rol da mənə uğur gətirdi. Hacıbaba Bağırovun briqadasında çoxlu qastrollara gedirdik. Ukraynada “Arşın mal alan”ı oynadıq. Telli ilə Vəlinin səhnəsində tamaşaçılar yerdən qışqırırdılar ki, “povtori!”, “povtori!” Təsəvvür edin, aktyorları səhnədən buraxmırdılar. Tellini oynayan aktrisanın səsi batdı, Səyavuş Aslan Tellinin də əvəzinə oxumağa başladı. Onda Səyavuş müəllim mənə dedi ki, mən sənin böyük aktyorluğunu indi kəşf etdim.

– Yeganə iş yeriniz Musiqili Akademik Teatr olub, eləmi?

– Xalq artisti Afaq Bəşirqızı “Bəşir teatrı”nı açanda məni də ora dəvət etdi. Üç il o teatrda da çalışdım. Cəbhə bölgələrini gəzdik, əsgərlərimizə tamaşalar göstərdik. Amma əsas iş yerim, əlbəttə, Musiqili Akademik Teatr olub. 1997-ci ildə məni Opera və Balet Teatrına dəvət etdilər. Orda “Arşın mal alan” hazırlanırdı. Azər Zeynalov Əsgəri oynayırdı, Vəlini isə mən dublyorsuz oynayırdım. Ulu öndər Heydər Əliyev də gəlib tamaşaya baxdı və çox yüksək qiymətləndirdi.

– Bir az da yeni rollarınızdan danışaq.

– Bu yaxınlarda Anarın “Adamın adamı” tamaşasını oynadıq. Mən orda İbiş İbişlini oynayıram. Məşq vaxtı mən xəstələndim, əməliyyat olundum, məşqi dörd ay saxladılar. Əməliyyatdan çıxandan sonra sağaldım və qayıdıb öz rolumu oynadım. Tamaşanın rejissoru Əsgər Əsgərova demişdilər ki, bəlkə o rolu başqa aktyora verəsən? Demişdi, mən o rolda Ələkbər Əliyevdən başqa aktyor görmürəm. Bu rolu o, oynamalıdır. Bu gün də “Qorxma, mən səninləyəm” tamaşasını Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyinə hazırlamışıq. Bu tamaşada da rol almışam.

Çox vaxt məni rəhmətlik Lütfəli Abdullayevə bənzədirlər. Bir dəfə bir tədbirdə onun oğlu bacısı ilə gəlmişdi. Bacısına deyibmiş ki, bax gör, bu aktyorların içində hansı aktyor atama bənzəyir. Bir də gördüm, bir qadın yüyürə-yüyürə gəlib məni qucaqladı. Ürəyinin necə döyündüyünü də hiss elədim. Dedi ki, axır ki, mən sizin simanızda atamı tapdım.

Kənan Hacı

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azpost.info
archiveBu xəbər 16 Mart 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see359

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see272

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see228

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see215

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see211

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see208

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see194

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see187

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see181

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see179

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see173

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see169

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see159

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see156

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see156

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see155

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see150

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see150

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri