Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

PSJ yenidən vahid lider oldu

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

Pul əl çirkidir deyənlərin başı işləmir

Mənim burada nə işim var? Aktyor, rejissor, ssenarist Tural Ağayevlə müsahibə

Mənim burada nə işim var? Aktyor, rejissor, ssenarist Tural Ağayevlə müsahibə

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müsahibimiz aktyor, rejissor, ssenarist Tural Ağayevdir. "Ölülər", "Bala başa bəla", "Skapenin kələkləri", "Qoqol", "Daşa dönmüş ürəklər", "Bəylik dərsi", "Vətənə igidlər gərək" kimi tamaşalarda, "Kişi ol", "Apatiya", "Xəyanət", "Həyat, sən nə qəribəsən!", "Aramızda qalsın", "2 ömür", "Məryəm",  kimi serial və filmlərdə rol alan aktyor həm də "Hozu", "Toydan sonra nağara", "Qara Volqa", "Barama" kimi serial və filmlərin ssenari müəllifidir.

Tural Ağayev ilə söhbəti təqdim edirik.

- Tural bəy, atanız, mərhum şairimiz Eldar Baxış onun yox, öz yolunuzu seçdiyinizi biləndə necə reaksiya vermişdi?

- Mən atamı itirəndə yaşım çox az idi, onda heç mənim yolum yox idi. Bircə məktəb yolum var idi (Gülür).

- Fəaliyyətiniz müxtəlif istiqamətlərə şaxələnir. Rejissor, ssenarist və aktyor. Bu istiqamətlərin hansında ayağınız daha çox daşa dəyir?

- Əslində heç bir peşə asan deyil. Hər bir sahənin özünün kifayət qədər çətinlikləri var. Ssenarist olanda başqa, aktyor olanda başqa, rejissor olanda da tamam başqa problemlərlə üzləşirsən. Bir də bizdə hazırda bu sahə hələ inkişaf mərhələsindədir, yəni bəzi digər sahələr kimi inkişaf etmiş sayılmır. Bir dənə İncəsənət Universiteti var, orada da təhsil hələ də sovet dövrünün metodları ilə davam etdirilir. Hansı ki, indi dünyada yeni metodlar kəşf olunur.  Düzdür, fərdi şəkildə bəzi müəllimlər həmin metodlardan yararlanırlar, dərsliklərdə olmasa belə, bunu tələbələrə öyrədirlər. Sahəmizdəki çətinliklərin böyük əksəriyyəti qeyri-peşəkarlıq və diqqətsizlikdən yaranır. Məsələn, bizim sahəyə dövlət inkişaf üçün pul ayırır. Bu, kifayət qədər yetərli səbəbdir. Dövlət şərait yaradır ki, inkişaf elə. Amma pulu ayırır, nəzarət eləmir. Mən bir uşağa yüz manat pul versəm, gedib istədiyi yerə xərcləyəcək. Çünki pulun haradan gəldiyi onu maraqlandırmır, çünki uşaqdır. Bizim sahə də uşaq kimidir. Onu gərək idarə edəsən, çünki hələ təzə-təzə inkişafa başlamışıq. Birinci Qarabağ müharibəsi dövründə bütün sahələr kimi, bu sahə də çox geriyə düşdü. Müharibədən sonra digər sahələr başladı inkişafa, çünki dövlət kimi formalaşmağımız üçün bu, çox vacib idi. İncəsənət çox ertələndi, hər dəfə bu təkrarlandı. Təxminən 2000-2010-cu illər arasında bu sahədə inkişaf müşahidə olunmağa başlandı. O vaxt teatrlar dağıdılmışdı, onlar təmirə bağlandı, böyük teatrlarımızın hamısı artıq təmir olunub. İndi 20 il əvvəlki kimi soyuqda paltoyla heç kim oturub tamaşa izləmir. Eləcə də, digər sahələr. Aktyorluq və rejissorluqda da çətinlik çox vaxt maddiyyatla bağlı olur. Biz universitet oxuduğumuz dövrdə böyük xəyallarla yaşayırdıq, bu sahədə xarüqələr yaradacağımızı düşünürdük. Amma bu sahəyə ayaq basan kimi gördük ki, bizə öyrədilənlər nəzəriyyədir, bizə isə praktika lazımdır. Bu da lazımi vaxtda istifadə olunmadığına görə əziyyət çəkməyə başlayırıq. Məsələn, otuz nəfərlik qrupla çəkilişə çıxırsan, aktyor nəyisə improvizə edir və setdə olan otuz nəfərdən beşi gülür. O gülmək seti saxlayır və çəkilişə yenidən başlamalı olursan. Bu sahədə qeyri-peşəkarlar çoxdur. Universitet hər il tələbə buraxır. Tələbələr bu sahəyə yönəlmir. Bizim qrupda 12 nəfər tələbə var idi, onların içərisindən cəmi iki nəfər - Elnur Kərimov və mən bu sahədə qalmışıq. 50 nəfərlik patokdan da 10 nəfər qaldı. Bir də biz oxuyan vaxt incəsənəti bitirib bu sahəyə gələnlər daha çox idi. İndi çoxları diplom üçün gəlir. Sovetdən qalma düşüncədir, nəyim olmasa da, diplomum olsun. Bu da setlərdə çətinliklərlə qarşılaşmağımıza gətirib çıxarır. Əlbəttə, bu da istehsal etdiyin filmin keyfiyyətinə təsir göstərir, həmin filmə baxan tamaşaçı keyfiyyət aşağıdır deyə sənin digər filmlərinə baxmır, artıq sənin alıcın olmur və işin çətinləşir. Bu sektor çox çətinliklə ayaqda qalmağa çalışır. Son dövrlər dövlət pul ayırır, film çəkilir, amma səhəri gün həmin filmi yutuba yerləşdirirlər. Milyonlar xərclənmiş bir film nə üçün tamaşaçı yığmadan, onun rəyini öyrənmədən yutuba yerləşdirilsin? Bunu etməklə kino sektorunu daha da qəlizləşdirib aşağı dartırlar. Tamaşaçı artıq kinoteatra gəlməyə ehtiyac duymur, bilir ki, həmin film yutuba yetləşdiriləcək. Bu yolla kino heç vaxt inkişaf edə bilməz.

- Tural bəy, bir vaxtlar sizi ekranda, seriallarda tez-tez görürüdük, amma indi demək olar ki, yoxsunuz.

-Siz bilsəniz ki, getdiyiniz yerdə neqativ halla qarşılaşacaqsınız, ora gedərsiniz? Getməmək şansınız varsa, əlbəttə, getmərsiniz. Məsələn, mən son dəfə bir serial çəkilişinə getdim və gördüm ki, hər şey tamam başqa cürdür, çox aşağı səviyyədədir. Heç kim sənətə, mədəniyyətə, insanların psixologiyasına yaxşı mənada təsir etmək üçün işləmir, burada hamı pul qazanmağa gəlir. Bu zaman da insan özünə sual verir ki, mənim burada nə işim var? Pul qazanmaqdırsa, bunun daha asan yolunu taparam. Niyə gəlim burada bir sutka problemlərlə qarşılaşım? Heç kimlə mübahisə etmədən, söz-söhbət olmadan oturaram evdə, ssenarimi yazaram. Sonra göndərərəm sizə, siz də göndərərsiniz istehsal qrupuna, onlar da çəkilişə ötürər. Nəticə olaraq mənəvi zövq almış olaram, çünki heç kim yaradıcılığıma mane olmaz və mən də mənfi halların heç biri ilə qarşılaşmaram. İndi serial və filmlərə çəkilməməyimin əsas səbəbi budur. Bir də material söhbəti var. Məni cəlb edən elə bir material yoxdur. Bir yerə ya sənətə görə gedərsən, ya da pula görə. Bir yerdə ki, nə sənət var, nə də pul, o yerə niyə gedim? Məsələ pul qazanmaqdırsa, bunu kompüterin qarşısında oturub da edə bilərəm. Bir də son zamanlar ssenari yazmaq mənə daha maraqlı gəlir. Yəqin ki, atamdan keçib.

- Olurmu ki, aktyor olanda rejissorları, rejissor olanda aktyorları müşahidə edərək nələrsə öyrənəsiniz?

- Burada çox qəribə nüans var. Sovet vaxtı teatrlarda belə bir qayda var idi ki, aktyorlar və ya digər sahə mütəxəssisləri universiteti bitirdikdən sonra gəlib teatrda fəhlə işləyirdilər. Artıq bir dövr, xüsusən sovet dağıldıqdan sonra aktyorlar buna etiraz etməyə başladılar ki, biz təhsil alıb gəldiyimiz halda niyə fəhlə işləyək? Zamanla analiz etdikdən sonra görürsən ki, fəhlə səhnədə olur, aktyorların necə hazırlaşdığını, məşq prosesini, aktyorun rejissorla ünsiyyətini, rejissorun səhnəyə nizam verməsini, bunların hamısını ən alt səviyyədən görməyə başlayır. Tamaşanın necə hazır olmasının bütün detalları ilə tanış ola-ola gəlir və sonradan onun səhnədə aktyor kimi fəaliyyət göstərdiyi dövrdə o bilir ki, yerə vurulan parça necə vurulub, onun üstündə necə hərəkət eləmək lazımdır, o bilir ki, bir dekorasiya ilə necə rəftar etmək lazımdır. Eyni şey kinoda da var. Mən aktyor kimi fəaliyyət göstərəndə xeyli texniki təcrübə yığdım. Sonradan rejissor kimi film çəkmək həvəsinə gələndə həmin təcrübələrdən istifadə elədim. Aktyor setdə yeganə postdur ki, digər bütün sahələrlə əlaqədə olur, məsələn, rejissor rəssam assistentini, qrimyoru görməyə, tanımaya bilər, amma aktyor bunların hamısı ilə birbaşa ünsiyyətdə olur. Buna görə də rejissor olanda işin daha rahat olur. Dünya kino sektoruna nəzər salsaq görərik ki, əvvəllər aktyor olan rejissorlar daha yaxşı filmlər çəkirlər.

- "Apatiya" filmindəki rolunuz izləyicilər tərəfindən maraqla qarşılandı. Hətta mən də daxil olmaqla bir çoxları həmin rolu sizin canlandırdığınızı bilmədi. Bəs sizin, rolun içində özünüzü itirdiyiniz oldumu?

 - Əslində itirmək deyə bir şey yoxdur. Aktyorluqda xəyala dalmaq kimi bir şey var. Ümumiyyətlə, sovet dövründən qalma bir düşüncə tərzi var. Bizdə incəsənəti aliləşdirmə, müqəddəsləşdirmə kimi bir xüsusiyyət var. Bəzi aktyorlar deyirlər ki, mən illərlə bu sənətə can qoymuşam, mənə qiymət verin. Axı nəyə görə? Pulsuz etmisən bunu? Teatra getmisən, maaşını almısan, dövlət sənə mükafatlar verib, evlə təmin edib, rifahın üçün nə istəmisənsə, sənətkar olduğuna görə xoş qarşılayıblar. Bunlar ərköyünləşiblər. Sən niyə kiminsə çiyninə yük qoyursan? Deyir 20 il səhnənin tozun udmuşam, 20 il maaşını almısan da, maaş almasaydın o səhnənin tozunu udmazdın axı. Bu, sovetdən gəlmə yalançı ideologiyalardır. Yalançı qəhrəmanlar uydururdular, biz də onlara inanırdıq. Sovet dağıldıqdan sonra gördük ki, bunlar hamısı boş adamlar imiş. Bunların hamısının əqidəsi tamam başqa imiş. Əgər mən sənətimə hörmət eləmirəmsə, heç kim hörmət etməyəcək. Bizdə nazirlikləri, təşkilatları, agentlikləri, ittifaqları günahlardırırlar. İttifaqları günahlandırmaq lazım deyil, o, sənət işidir. Başda duranlar da sənət adamlarıdır. Mən öz dost-tanışlarıma da deyirəm ki, sən sənətə doğru münasibət göstərmirsənsə, nazirlik nə etsin? Hər şeyi dövlətin üstünə yıxmaq da doğru deyil. Dövlət bu sahəyə pul ayırır, şərait yaradır, aktyora rejissora həvəsləndirici mükafatlar verilir. Bəs nədir mane olan? Düşünürəm ki, bu sahəni bu hala salan müharibələr oldu. Birinci Qarabağ müharibəsinin Azərbaycan xalqına vurduğu psixoloji, mənəvi zərər 20 il davam edəcək. 30 ildən sonra da İkinci Qarabağ müharibəsi oldu, bunun da təsiri 50 il davam edəcək. Birinci Qarabağ müharibəsindən sonra insanlar mədəniyyət haqqında düşünmürdülər. Uşağı evdə acından ölür, necə mədəniyyəti düşünsün. Bu insan ancaq dərd çəkəndə mədəniyyət yadına düşürdü. Kimsə muğam oxusun, o da ona qulağ asıb ağlasın, sabah təzədən çörək dalınca getsin. Müharibə insanı beyin səviyyəsindən mədə səviyyəsinə salıb. İndi yavaş-yavaş ayağa qalxırıq. Amma hələ də mədə ilə beyinin arasındayıq.

Ləman İLKİN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://525.az
archiveBu xəbər 14 İyul 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see429

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see295

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see195

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see163

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see153

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see151

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see149

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see137

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see136

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see136

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see134

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see132

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

11 Oktyabr 2025 20:50see131

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see131

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see128

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see124

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

11 Oktyabr 2025 17:55see123

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see122

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see121

Pul əl çirkidir deyənlərin başı işləmir

11 Oktyabr 2025 16:18see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri