Icma.az
close
up
RU
Rza Diqqəti Erməni vəhşiliyini dünyaya bəyan edən fotoqraf

Rza Diqqəti Erməni vəhşiliyini dünyaya bəyan edən fotoqraf

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İmran VERDİYEV
Əməkdar müəllim 

O, dünyanın 115 ölkəsində 1 milyondan çox şəkil çəkib. Çəkdiyi fotolar 25 jurnalın üz qabığı olub. Hər bir şəklinin də öz hekayəsi və öz nağılı var. Müxtəlif münaqişə zonalarında - Ruanda, Bosniya, Əfqanıstan, Pakistan, İraq, eləcə də Azərbaycanda çəkdiyi savaş səhnələri hər kəsdə dərin təəssürat yaradır. Ən təsiredici anı Xocalıdan olan yaşlı qadının şəklini çəkərkən yaşayıb. Faciədən sonra qaça-qaça əllərini göyə açaraq gələn, amma əzizlərinin hamısının həlak olduğunu görən, ah-nalə edən qadının fotosunu çəkərkən. Bütün dünya həmin rəsmə baxaraq məyus olub. Məşhur fotojurnalist bu şəkli Fransa və Amerika da daxil olmaqla dünyanın bir çox ölkələrində sərgiləyib, kitablarına daxil edib. Hətta Avropada buna görə ermənilərlə münaqişələri də olub.

1992-ci ildə cəbhə bölgəsində ermənilər üç dəfə ona snayperdən atəş açıblar, güllələrdən biri Şuşa yolunda papağını aparıb, ikincisi qulağını cızıb, digəri isə ayağının yanından keçib. O, 20 yanvar, Xocalı faciəsi də daxil olmaqla, Azərbaycan - Qarabağ həqiqətlərini dünyaya bəyan edən fotojurnalist kimi tanınır.    

Söhbət 26 iyul 1952-ci ildə Təbrizdə azərbaycanlı ailəsində anadan olmuş Reza Deqatidən (və ya Rza Diqqətidən) gedir. 14 yaşından şəkillər çəkməyə başlayan R.Diqqəti Tehran Dövlət Universitetinin memarlıq fakültəsində təhsil alırdı. Lakin fəaliyyətinə görə 22 yaşında həbs olunub, işgəncələrə məruz qalmışdır. Həbsdən çıxdıqdan sonra - 1981-ci ildə özünə qarşı artan təzyiqlər üzündən təhsilini yarımçıq qoyaraq İranı tərk etmişdir. Fransaya getmiş, 1991-ci ildən etibarən Milli Coğrafiya Cəmiyyəti ilə əməkdaşlığa başlamışdır. 1992-ci ildə həyat yoldaşı, yazıçı Reyçel Diqqəti ilə birlikdə Parisdə Webistan Foto Agentliyinin əsasını qoyub.

Biz bu yazıda qısaca olaraq R.Diqqətinin ancaq Azərbaycanla bağlı fəaliyyətinə diqqəti cəlb etmək istərdik.

"National Geografic", "GEO" və digər dünyaca məşhur jurnalların tanınmış fotoqrafı olan R.Diqqəti Azərbaycan Respublikasına ilk dəfə 1987-ci ildə səfər edib. İki həftə sürən bu səfər "Vətən" cəmiyyətinin sədri, yazıçı Elçin Əfəndiyevin dəvəti ilə baş tutmuşdu. Bu, onun Azərbaycanla, Azərbaycan ziyalıları ilə ilk tanışlığı olmuşdu. O, bu səfər zamanı Bəxtiyar Vahabzadə, Fərhad Xəlilov, Anar Rzayev, Fikrət Qoca və başqa ziyalılarımızla tanış olmuşdu.

20 Yanvar günlərində də çox çətinliklə Bakıya gəlib çıxan R.Diqqəti soydaşlarının köməyi ilə Bakıda üç gün gizli şəkildə xəstəxana və meyitxanalarda çəkilişlər etmişdir. O, Şəhidlər xiyabanında şəhidlərin dəfn mərasimində də olmuş və çoxlu fotolar çəkmişdir. Üç gündən sonra Fransaya qayıtmışdır. Həmin günün axşamı isə bütün Fransa televiziya və jurnalları Bakıdan xəbərlər yaymışdılar. R.Diqqəti özü deyir ki, "sonralar bildim ki, o zaman Azərbaycan DTX-sına təzyiqlər olub ki, harada yatmışdınız? "Fransız" gəlib, üç gün çəkiliş edərək gedib, sizin xəbəriniz olmayıb!"

Onun Azərbaycana növbəti səfəri Xocalı soyqırımından sonra, 1992-ci il fevralın 28-də baş tutmuşdu. Həmin gün Bakıya gələn məşhur fotoqraf azərbaycanlı olduğunu bildirmədən Fransadan gələnlərlə birlikdə Ağdama getmiş, orada Xocalıdan gətirilən meyitlərin, onların ailələrinin fotolarını çəkmişdi. R.Diqqəti müsahibələrindən birində deyir: "...Bu vaxt erməni əsgərlərindən biri cibindən çay qaşığını çıxararaq mənə göstərdi. Soruşdum ki, bunu neynirsən? Cavab verdi ki, biz azərbaycanlıları əsir götürəndə bununla gözlərini çıxarırıq. Mən dünyanın heç bir yerində belə vəhşilik görməmişdim. Həqiqətən bizim meyitləri gətirəndə gördüm ki, gözləri çıxarılıb. Mən həmin fotoları çəkib sərgilərimdə nümayiş etdirdim. Bu, müharibə deyildi, əsl soyqırımı idi. Sonra Şuşaya üz tutdum... Neçə gün orada qaldım. Sonra geri dönüb Parisə getdim. Qarabağ müharibəsi və Xocalı soyqırımı ilə bağlı çəkdiyim bütün fotoları dünyaya yaydım".

Fotojurnalistin "Günahsızların qırğını" kitabında da 1992-ci ildə ermənilərin  azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntülər toplanıb. Sərgi zamanı qonaqlara təqdim olunan bu fotolarda qətlə yetirilən insanların, onların ailə üzvləri və qohumlarının acıları əks olunur. Xocalıdan didərgin düşən sakinləri, onların məskunlaşdığı yaşayış yerlərini, çətin və əziyyətli həyat tərzini əks etdirən fotolar oxuculara faciənin ağrısını çatdırır. Kitabda həmçinin qaçqın və məcburi köçkünlər üçün salınmış şəhərciklərdən, Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən fotolar da yer alıb.

Dünyanın ən məşhur fotojurnalistlərindən sayılan həmvətənimiz Rza Diqqəti müharibə gedən digər bölgələrdə Tərtər, Ağdam, Zəngilan və Cəbrayılda baş verən hadisələri də fotoobyektivin yaddaşına köçürüb. Fotoaparatının obyektivinə tuşladığı həqiqətləri dünyanın gözləri önünə çıxarıb. 

Birinci Qarabağ müharibəsindən sonra da Rza bəy qaçqın və məcburi köçkünlərlə vaxtaşrı görüşərək, onların şəkillərini çəkib. O, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Avropa ölkələrində sərgilər təşkil edib, buna görə dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Qarabağda çəkdiyi fotoları Parisdə sərgiləyən Rza Diqqətiyə qarşı Fransa mətbuatında onlarla yazı dərc olunub, özü hədələnib, sərgisi isə erməni hücumuna məruz qalıb. Rza bəy deyir ki, "ermənilər mənə üç cür təzyiq göstəriblər, haqqımda şər, böhtan xarakterli yazılar yazıblar; fiziki təzyiq göstəriblər, sərgim olanda foto və kitablarımı cırıblar; ən pis təzyiq bir neçə böyük layihələrimin əngəllənməsi ilə olub".

O, 1997-ci ildə o, bir neçə ay Azərbaycan Respublikasında yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Sonralar da vaxtaşırı ölkəmizə gələn fotojurnalist eyni zamanda milli rəqslər, konsert, tamaşa, sərgi və digər müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin mənzərəsini yaradıb. Müsahibələrinin birində özü deyir ki, "Azərbaycanın hər yerini gəzmişəm. Bəlkə də onun ən ucqar kəndlərini mənim qədər heç kim tanımır".

O, 2013-cü ildə Parisdə "Azərbaycan. Tolerantlıq məkanı" sərgisini təşkil etmişdir. Həmin sərgi sonralar Moskvada, İsrailin müxtəlif şəhərlərində, eləcə də BMT-nin mənzil qərargahında, Avropa Parlamentində nümayiş olunub. 

2014-cü ildə "Alovun zərifliyi", "Qara Yanvar", "Dağlıq Qarabağ və Xocalı soyqırımı" hadisələrinə həsr edilmiş "Körpələrin döyülməsi" kitablarını yazmışdır. "Alovun zərifliyi" kitabında müəllifin Azərbaycan Respublikasına səfərləri zamanı çəkdiyi fotolar, Azərbaycanın rayonları, ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri və digər məqamlar öz əksini tapıb.

Vətən müharibəsində qələbədən sonra da erməni vəhşiliyini davamlı və peşəkar şəkildə sübut etməkdə davam edən R.Diqqəti İsveçrənin Lozanna şəhərində sərgi və konfrans təşkil edərək Azərbaycan şəhər və kəndlərinin erməni silahlı qüvvələri tərəfindən darmadağın edilməsini əks etdirən fotoları nümayiş etdirib. Ağdamın fotosunu nümayiş etdirərkən qeyd edib ki, xarici media nümayəndələri bu şəhəri "Qafqazın Xirosiması" adlandırıblar. O, indi də erməni vandalizmini fotofaktlarla ifşa eyməkdə davam edir. Onun Şuşada M.P.Vaqifin məqbərəsinin, Ü.Hacıbıyovun büstünün, Bülbülün ev-muzeyinin, Ağdamda Natəvanın məqbərəsinin viran qoyulması, Qubadlıda, Laçında və digər ərazilərdə məscid və qəbiristanlıqların dağıdılması və s. barədə ifşaedici fotoları erməni barbarlığından xəbər verir. 

Qələbimizə ən azı bizi qədər sevinən R.Diqqəti MDU-da tələbə və müəllim kollektivi ilə görüşdə demişdi ki, möhtəşəm Qələbənin şahidi olduğu və işğaldan azad edilmiş torpaqları gördüyü üçün özünü şanslı hesab edir və qürur duyur. ADU-nin tələbələri ilə görüşdə isə söyləmişdi: "...Şuşa azad edilən kimi getdim, oraya gedəndə məni sevinc hissi bürüdü ki, əsir şəhərimiz işğaldan azad edilib. Bir yandan da Şuşanın azad edilməsinə inana bilmirdim. Axı, Şuşanın coğrafiyası fərqlidir. Mən dünyada dağ müharibələri görmüşəm, ona görə mənə inanmaq çətin idi ki, Şuşanı müharibə ilə almaq olar. Amma Azərbaycan əsgərləri piyada Cıdır düzünə çıxmışdılar. Qarabağ azad ediləndə tez getdim ki, ermənilərin Qarabağı nə vəziyyətə qoyduğunu çəkim. Dünya görsün ki, ermənilər buraları nə vəziyyətə salıblar. Erməni bilir ki, Qarabağ onun deyil, çünki dünyada heç bir millət öz evini yandırmaz".

Dünya şöhrətli fotoqraf R.Diqqəti indi də tez-tez ölkəmizə gəlir, müxtəlif rəsmi tədbirlərdə, çoxsaylı görüşlərdə iştirak edir, ustad dərsləri keçir. Qarabağda aparılan möhtəşəm quruculuq işlərini, ölkəmizin iqtisadi və mədəni həyatındakı uğurları öz kamerasının yaddaşına köçürməkdə davam edir.

Rza Diqqəti bizim pis günlərimizi görüb, indi yaxşı günlərimizin şahidi olur. Çəkdiyi fotolarla tariximizi yazır. Keçmişimizlə gələcəyimiz arasında bağ qurmaqda davam edir.   

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see229

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see218

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see186

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see184

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see182

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see180

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see165

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see140

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see139

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see138

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see138

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see138

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see136

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see136

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri