Icma.az
close
up
RU
Aktyor, rejissor, ssenaristlərimizin Fellini dərdi

Aktyor, rejissor, ssenaristlərimizin Fellini dərdi

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycanda əksər sənət sahələrinin yaşlı nümayəndələri kimi, kino sahəsinində yaşlı nümayəndələri də məhz yaşlandıqca reallıq hisslərini itirirlər. Ola bilsin, bunun subyektiv səbəbləri də var, lakin hal-qəziyyə belədir.

Məsələn, AYB sədri, Xalq yazıçısı Anar pis idi, yaşlandıqca daha da pis oldu.

Xalq şairi Ramiz Rövşən pis idi, yaşlandıqca daha da pis oldu.

Xalq artisti Miri Yusif pisdir, yaşlananda da pis olacaq.

Siyahı, əlbəttə, uzundur.

Məsələn, kinoda da Rasim Balayevi demək olar.

O, ümumiyyətlə, misli görülməmiş biabırçılıqlara imza atmağı ilə xüsusi vurğulanmalıdır.

Yaşının bu çağında da “Nəsimi” olduğunu düşünən, gənclik obrazından heç cür çıxmağı bacarmayan aktyor, özünü əlçatan olan kimi biabır etməkdən heç vaxt çəkinmədi, ağlına gələn nə varsa, ağzına ötürüb dedi.

Demək, o məlum olur ki, sən demə, bu sənətçilərin əksəriyyətinin abrını həm də Sovet dövrü, əlçatan olmamaq örtürmüş. Az-maz üzə çıxmaq içlərinin də üzə çıxmağına kifayət etdi.

Amma nədənsə, kino sahəsinin müasir aktyorları da qocalmamış özünü biabır edir. Hətta bura təkcə aktyorlar yox, rejissorlar, ssenaristlər də daxildir. Səbəb isə həm çoxşaxəlidir, həm də sadə.

O da məsələn, sən demə, aktyorlar, rejissorlar, ssenaristlər kitab filan da oxumurlarmış. Əlbəttə, kitab deyəndə təkcə bədii romanlar nəzərdə tutulmur, amma həm də bədii romanlar nəzərdə tutulur.

Yaxşı, sənət adamı da belə olandan sonra siravi insanlardan nə gözləmək olar?

Hansı haqla çıxıb kimisə savadsızlıqda günahlandırmaq olar? Kitabdan xəbərsiz adamın filminə kimsə niyə baxsın? O, tamaşaçıya məişət məsələlərin romantik həllərindən başqa nə ötürə bilər?

Yoxsa, təkcə öz sahəsindən üç-beş şey bilmək göstərici olub?

Diqqətli oxucular xatırlayar, Fərhad Səmimi bir dəfə müsahibəsində adına uyğun, səmimi şəkildə ümumiyyətlə, kitab oxumadığını qeyd etmişdi. Əslində, Fərhad Səmimi Azərbaycan kinosunun ümumi obrazıdır.

Guya etiraf etməyənlər oxuyurmu?

Bəli, Azərbaycan kinosunun böyük əksəriyyəti savadsız, kitab oxumayan şəxslərdən ibarətdir.

Kiçik istisnalar xaric, məsələn, kim hansı gənc aktyoru, rejissoru, ssenaristi kitab tədbirlərində görüb? Hansı aktyor, ssenarist, rejissor müasir yazıçılarının kitabları ilə maraqlanıb, alıb, oxuyub, fikir bildirib, hətta əməkdaşlığa keçib? Yoxsa, kinoçularımız elə bilir, ssenarini də yazıçılardan yaxşı yazırlar?

Nə təqdimatlara qatılırlar, nə sərgilərə gəlirlər, nə də adi kitabxanadan kitab alıb oxuyurlar. Hər şey bu qədər sadədir.

Elə həm də bu səbəbdir, özlərini eyni zamanda ən yaxşı yazıçı hesab edən ssenaristlərin ssenariləri də bərbad gündədir.

Neçə müasir yaxşı film adı çəkmək olar? Çəkilən kinoları da məhz elə bu cəhətlərin zəifliyi tərəfdən tənqid edirsən, əlbəttə, burada da əlli cür bəraət gətirilir. Amma nə olsun?

Birmənalı olaraq, Azərbaycanın müasir aktyorlarının ən böyük problemi kitab oxumamaqlarıdır, lakin onlar bunu heç cür hiss edə bilmirlər.

Fəqət tamaşaçı, digər sənət adamları hiss edir axı.

İndi bu aktyor, ssenarist, rejissorlar hansı haqla tamaşaçıdan gileylənə bilər?

Bəs bu yalançı Fellini olmaq dərdləri nədir?

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Yanvar 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri