Icma.az
close
up
RU
“Mənim irsim danışır” respublika müsabiqəsi başa çatıb

“Mənim irsim danışır” respublika müsabiqəsi başa çatıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 22 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Mənim irsim danışır” respublika müsabiqəsi uğurla yekunlaşıb.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi uşaq və gənclərin Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə daha yaxından tanışlığını təmin etmək, onların yaradıcılıq qabiliyyətini inkişaf etdirmək və milli dəyərlərə bağlılığını gücləndirməkdən ibarət olub.

18 Aprel – Beynəlxalq Abidələr Gününə həsr olunan müsabiqəyə ölkənin müxtəlif bölgələrindən 600-dən çox video təqdim edilib, seçilən ən yaxşı 60 iş final mərhələsində iştirak hüququ qazanıb. İştirakçılar göllər, qalalar, körpülər, karvansaraylar, tarixi abidələr və təbiət obyektləri haqqında hazırladıqları yaradıcı videolar vasitəsilə milli irsimizi fərqli və maraqlı təqdimatla nümayiş etdiriblər.

Müsabiqə çərçivəsində iştirakçıların işləri “Sükutun dili: bölgəmin gölü”, “Keçmişə körpü: tarixi körpünün səsi”, “Əbədi növbətçi: qalanın dili”, “Karvanların yolu: karvansarayın xatirələri”, “Daşların sirri: tarixi abidənin söhbəti” və “Təbiətin nəfəsi: dağ, meşə və şəlalənin dili” nominasiyaları üzrə hazırlanaraq təqdim edilib.

Qaliblər münsiflər heyəti tərəfindən maket və orijinala bənzərlik, obyektin öz dili ilə təqdim olunması, təqdimat bacarığı və səsləndirmə, mövzuya uyğunluq və dərinlik, texniki keyfiyyət və estetik görünüş meyarları əsasında müəyyən edilib. Qaliblər diplom və mükafatlarla təltif olunublar.

Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar keçirilən bu müsabiqə ölkənin zəngin memarlıq irsinin və tarixi abidələrinin gənc nəslə tanıdılması baxımından aktuallıq kəsb edir və milli irsin qorunması və təbliği istiqamətində həyata keçirilən təşəbbüslərə uyğun olaraq reallaşdırılıb.

“Mənim irsim danışır” layihəsi gənc nəslin milli kimlik şüurunun formalaşmasına, onların tarixi-mədəni dəyərlərə marağının artırılmasına və yaradıcı potensialının üzə çıxarılmasına mühüm töhfə verib.

Qeyd edək ki, paytaxtla yanaşı, respublikamızın regionlarını, xüsusilə də Qarabağ və Şərqi Zəngəzur bölgələrini əhatə edən bu layihə gənclərin milli-mədəni irsimizə bağlılığının və yüksək marağının əyani göstəricisidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri