Icma.az
close
up
RU
Mənim müəllim anam

Mənim müəllim anam

Icma.az bildirir, Modern.az portalına istinadən.

Hər kəsin ilk müəllimi var, elə deyilmi? Hər kəs birini özünə müəllim sayır. Mənim də qürurla “ilk müəllimim” dediyim bir pedaqoq var: o, həm də mənim anamdır.

Budəfəki hekayəmin qəhrəmanı da odur! Sadəcə hekayəminmi? Həyatımın qəhrəmanıdır o. Anam idi, müəllimim oldu, sonra kumirim. Günün birində anladım ki, hədəflərim, xəyallarım, arzularım - hamısının mərkəzində məhz o dayanıb.

Bütün valideynlər kimi, o da özü bacarmadıqlarını mənə etdirdi, özündə reallaşdıra bilmədiklərini məndə görmək istədi. Amma həyatıma, qərarlarıma müdaxilə etmədən bacardı bunları. 

O mənim ilk müəllimimdir, çünki hər şeyi ondan öyrəndim. Məsələn, danışmağı öyrəndim ondan. Sonra ayaq açdım, əlindən tutub yeridim, yıxıldım, ətəyindən tutub qalxdım, yəni yıxılanda durmağı öyrəndim ondan. Bağçaya getmədən şeir deyib, hekayə danışdım. Qiraət bacarığımı o inkişaf etdirdi. Dərslərimi fənn müəllimlərindən əvvəl o dinlədi, yazdığım inşaları əvvəlcə o oxudu.

O, öyrənməyi öyrətdi mənə, göstərərək öyrətdi. Mənimlə bərabər o da dəftər-kitab tökdü qabağına. Hər il tədris proqramı hazırladı, hər gün gündəlik tutdu, “Sabah dərsim var!” - cümləsindəki məsuliyyəti öyrətdi. Dərs varsa, hazırlaşmaq lazımdır, bunu öyrəndim anam-müəllimimdən. Eyni mövzunu bir neçə kitabdan oxumağı, bir suala bir neçə mənbədən cavab axtarmağı da ilk dəfə onda gördüm. Onun yönləndirməsi ilə verilən mövzunu həm də başqa kitablardan oxudum, dərs danışarkən dərslikdən kənara çıxmağı öyrəndim. Ondan öyrəndiklərimin sayı-hesabı yoxdur. 

Qorxu hissini də onunla tanıdım, sevməyi də o öyrətdi. Ən çox ondan qorxdum, hamıdan çox onu sevdim.

40 ilin müəllimi Səadət müəllimdir hekayəmin budəfəki qəhrəmanı.

Səadət Osmanova 1955-ci il oktyabrın 16-da Qazax rayonunun Daşsalahlı kəndində anadan olub. Əvvəlcə M.Ə.Sabir adına texnikumu (hazırda Azərbaycan Dövlət Pedaqoji Kolleci adı ilə fəaliyyət göstərir), sonra isə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (Bu təhsil müəssisəsi isə Azərbaycan Dövlət Pedaqoji Universitetidir) bitirib. Uzun müddət Qazax rayon Qarapapaq kənd natamam orta məktəbində rəsmxət, əmək təlimi (Texnologiya), təsviri incəsənət fənlərini tədris edib, tədris işləri üzrə direktor müavini olub. Sonra fəaliyyətini Xırdalan şəhər 2 nömrəli tam orta məktəbində davam etdirib, daha sonra 9 nömrəli tam orta məktəbində dərs deyib. Xırdalan şəhərində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecinin müəllimlərindən biri olub.

Qəzetlər oxuyub, kitabxanalardan çıxmayıb. Daim öz üzərində çalışıb. Bu sayədə yalnız mənim, başqa şagirdlərinin yox, həmkarlarının da müəllimi olub. Hər yeniliyi məktəbdə ondan soruşub, ondan öyrəniblər. “Məktəbə yoxlama gəlir” deyiləndə gözlər onu axtarıb, qəfil qonaqları onun sinfinə aparıb, onun “Açıq dərs”lərinə  dəvət ediblər. Fədakar müəllimliyindən söhbət açılıb, adından danışılıb. Diaqnostik qiymətləndirmə imtahanlarında 60 baldan 55 bal toplayıb.  

O hələ də müəllimdir

Səadət Osmanova 2020-ci ildən təqaüdə çıxıb. Ancaq o, özünü hələ də müəllim kimi hiss edir. Müəllimlər gününün qeyd edildiyi ay həm də Səadət müəllimin doğulduğu aydır. Bu il 70 yaşını qeyd edir keçmiş təhsil işçisi. Amma bu gün də özünə müəllim məsuliyyəti ilə yanaşır.

Qapıdan çıxanda “Şagirdlərimə rast gələrəm” deyir günü bu gün də.  Müəllim kimi geyinir, müəllim duruşunu itirməməyə çalışır hər gün dərsə girməsə də. İlk dəfə qarşılaşdığımız insanların “müəllimsiniz?” deyib, onu bir baxışdan tanıması isə adi hal alıb. Amma bu hal onun üçün heç adiləşmir. Hər dəfə müəllimliyini üzündən, duruşundan, geyimindən tanımaları çöhrəsinə məmnunluq, gözlərinə sevinc gətirir. Hələ “Müəllim, siz mənə dərs demisiniz”, - deyən biri ilə qarşılaşmaq onun üçün nə deməkdir, təsəvvür edirsiniz yəqin.

Çünki o hələ də müəllimdir, insanların gözündə də, elə öz gözündə də. Adını bilməyənlər müəllim olduğunu bilirlər. Ona görə adı ilə deyil, “müəllim!” deyə çağıranlar daha çoxdur. Elə o özü də hələ də özünü “Mən Səadət müəlliməm” deyə təqdim edir.

Ömrünün 70-ci ili mübarək olsun, Səadət müəllim! 

Peşə bayramınız mübarək olsun, təqaüddə də özünü müəllim kimi hiss edənlər. Gününüz mübarək, müəllim adını uca tutanlar, müəllimliyi ilə qürur duyanlar!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Oktyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see369

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see285

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see274

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see261

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see259

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see245

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see236

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see236

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see232

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see232

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see224

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see224

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see223

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see212

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see211

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see202

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see200

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri