“Mənim Qəhrəmanım” adlı müsabiqəyə yekun vurulib
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Zəfər Günü ərəfəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Ədibin Evi”nin birgə təşkilatçılığı ilə keçirilən “Mənim Qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsinə yekun vurulub və qaliblər elan edilib.
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının həyata keçirilməsi çərçivəsində elan olunan müsabiqədə 14-17 yaşlı gənclər qrafik hekayəçilik üslubunda dövrümüzün yeni qəhrəman obrazını yaratmağa dəvət olunublar.
Münsiflər heyəti müsabiqəyə təqdim edilmiş 31 əsəri nəzərdən keçirərək üç qalibi müəyyənləşdirib. Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin tələbəsi, 16 yaşlı Zəhra Məmmədova birinci yerə layiq görülüb. Bakı məktəbliləri – 14 yaşlı Xədicə Şirin Derdiyok ikinci, Amir Hüseynli isə üçüncü yeri tutublar.
VƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 04 Noyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















