Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Mənim şeir müəllimim Adil Zeynallının 85 yaşına

Mənim şeir müəllimim Adil Zeynallının 85 yaşına

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

O, mənim ilk şeir müəllimimdir. Adil Cəbrayılovu deyirəm, indiki soyadı ilə Adil Zeynallını. Lerikin Çayrud kənd tam orta məktəbində oxumuşam. Bir özgə aləm idi Çayrud mühiti. Ədəbiyyata, mədəniyyətə böyük rəğbət, sevgi vardı. İxtisasca fizik olan Nəriman Rəfiyev təkbaşına bir ansambl idi: sazda, tarda ifa etməyi bacarır, şeir yazır, M.F.Axundovun, Ə.B.Vəzirovun, S.Vurğunun və C.Cabbarlının dram əsərlərindən tamaşalar hazırlayardı. Onda bütün kənd əhli mədəniyyət evinə axışardı. İbadulla Qulamov, Nəsir Rzayev şeir həvəskarı kimi tanınırdılar. Lakin Adil Cəbrayılovun (onda Zeynallı deyildi) şeirləri tam başqa cür idi: rəngarəng obrazlar, zəngin dil, axıcılıq, xalq ifadələri ilə dolu fikirlər, gözəl və ürəyəyatımlı misralar oxucunu ovsunlayırdı. Məni isə həmin şeirlərin qanadlı misraları açıq-aşkar məftun etmişdi.

Adil müəllimin atası Bəhlul kişiyə "həmşəri" deyirdilər, çünki o, Cənubi Azərbaycanın Savalan ətəklərində yerləşən Nəmin qəsəbəsindən idi. Ailənin Çayrudda məskunlaşması barədə heç nə bilmirəm. Ancaq kəndlərimizdə müxtəlif dövrlərdə belə ailələr köçüb gəlir, burada yaşayırdılar. Bəlkə də Adilin şairliyi qan yaddaşından gəlirdi, axı Xətaini yetirən Ərdəbil Nəminin beş addımlığındaydı.

Mən özümə bircə dost,

Allahı götürmüşəm.

Onun icazəsiylə

Yerə kök atır rişəm.

Adil Zeynallı deyir ki, 85 yaşa çatsam da, özümü şair saymıram. Beş-on bəndim, misram, beytim ürəkləri fəth edibsə, xoşbəxtliyimdi, qazancımdı. Şairlik qüdrət sahibi olmaq deməkdir. Məmməd Arazın atlı, qanadlı misraları həmişə Adili pərvazlandırıb. "Bacım Ceyranın yoldaşı Bəşir Bəşirov keçmiş APU-nun coğrafiya fakültəsini bitirib. Məmməd Arazla eyni qrupda oxuyub, dost olub. Mən ilk dəfə Bəşiri Məmməd Arazla Gənclik metrosunun ətrafındakı bağda görəndə heyrətləndim, sifətimi tər basdı. Bəşir müəllim deyəndə bu "xanə-xərab" da şairdir, lap xəcalət çəkdim. Məmməd Arazın mənalı-mənalı baxışı, iri qonur gözləri, "şairi dağlar yetişdirir" sözləri hafizəmə əbədi həkk olunub".

Uçub getsəm bu dünyanın harasına,

Sənsən məlhəm ürəyimin yarasına.

Qoy nankorlar danışsınlar qarasına,

Sən anamın anasısan, ana Vətən.

Sənsən mənim ürəyimdə əzəl bitən.

Adil Zeynallının "Ana Vətən" şeirindəndir. Azərbaycanın rəngarəng təbiəti bütövlükdə onun poetik parçalarında, misralarında, ruhunda əksini tapıb. Bakının Binə qəsəbəsində dəfələrlə Adil müəllimin qonağı olmuşam, hamı burada onu "Dağlar oğlu" çağırır. Heç də təsadüfi sözlər deyil, hələ orta məktəb illərində oxuyarkən Adilin dağlar haqqında yazdığı, Lerikin "Bolluq uğrunda" qəzetində çap etdirdiyi şeirləri xatırlayıram. Bu çarpaz qafiyəli heca şeirləri rayonda hər kəsin dilinin əzbəriydi. Hələ poeziyanın nə olduğunu bilmədiyim çağlarda özümü qınayırdım: Mən niyə bu cür yaza bilmirəm?

Ömrünü-gününü tamamilə pedaqoji cəbhədə keçirib. Lerikin ucqar dağ kəndlərində müəllimlik edib, xalqın balalarına dərs deyib. Tikəband kimi çətin, eyni zamanda maraqlı coğrafi relyefə malik ucqar yaşayış məntəqəsində qoltuğunda jurnal tutub, bilik öyrədib, şagirdlərinə savad verib. Deyim ki, şair qələminə də sədaqətini gizlətməyib, hisslərini, duyğularını harada gəldi kağıza köçürüb, yaddaşına həkk edib. Səfalı meşələrdə, ağac kölgəsində, Pəri bulağının üstündə, ulu Cəngasar dağının ətəklərində... Necə yaxşı dərs keçirdisə, eləcə də özünəməxsus şeirlər yazırdı, Azərbaycan poeziyasını təbliğ edə-edə yeniyetmələrin zövqünü formalaşdırırdı.

Bulaqlar çağlayır, çaylar lillənir,

Bir adam görsənmir həyət-bacada.

Torpaq nəfəs alır, torpaq bellənir,

Quşların yuvası durur bacada.

Adilin "Bu payız" şeiri sanki təbiət tablosudur, söz ustası fırça ilə rəsm çəkirmiş kimi sözlə mənzərə yaradır. Xəzan fəslində selin, suyun çağlaması, çeşmələrin gah durulması, gah lillənməsi, insanların soyuqdan üşüyüb evlərinə çəkilməsi, "həyət-bacada" bir kəsin görünməməsi, ana torpağın şumlanıb bellənməsi, ağaclardan və bacalardan sallanan qaranquş yuvalarının dağılması və bütün bunların fonunda hər yanın sarıya bələnməsi məhz payızın əlamətləridir. "Qış gedəndə zirvələrə qar gəlir", "Astara", "Vətən nəğməsi", "Bu ömrü vermə yelə", "Mənim kəndim", "Bu yerlərin dadı gedib", "Kəpənək", "Bulaq", "Laçın" şeirləri məhz müşahidələrinin və güclü fəhminin bəhrəsidir.

O, həmişə harasa tələsir. Bəlkə də bu, müəllimlik peşəsinin bir növ "peşə xəstəliyi"dir. Bəlkə də. Çünki dağ yamaclarına səpələnən Lerikin müxtəlif kəndlərində müəllimlik eləmək elə qəhrəmanlığa bərabərdir. O kəndlərin, obaların arasındakı ən qısa məsafə bəzən 15-20 km-ə çatır. Bu uzun yolu hər gün və yaxud günaşırı qət etməyin asan olduğunu düşünməyin. Lerikdə ayı, canavar, bəbir, çöl pişiyi ilə qarşılaşan, qışın sazağında donan, yaz-payız aylarında selin-suyun qurbanına çevrilən neçə-neçə müəllimin acı taleyi yaddaşında yaşayır. Adil müəllim deyir ki, Sovet dövründə tüfəngə icazə yox idi, ancaq uzaq yola çıxanda iti bıçaq, qəmə götürməyi unutmurdum, yırtıcılardan özümü qoruyurdum.

Bir çətən külfət sahibi Adil Zeynallı həqiqətən həyatda qazancını ailəsində tapıb. Bu ilin ortalarında əbədiyyətə qovuşan ömür-gün sirdaşı ona altı qız övladı bəxş edib. Yüksək əxlaq-ədəb, mərifət sahibi olan bu qızların hər biri ailə qurub, ata-analarına bütün keyfiyyətləri ilə oxşayıblar. Əlbəttə, "qız yükü, duz yükü" deyiblər. Ancaq nikbin ruhlu, mərhəmətli dağlar oğlu belə düşünmür. "Altı qızım altı ailəm deməkdir. Cənnəti bu dünyada Allahımdan qazanmışam".

Yaşın və söz yolçuluğun mübarək, mənim ilk şeir müəllimim!

Ağacəfər HƏSƏNLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Noyabr 2026 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri