Icma.az
close
up
RU
MƏNİM YARALI O TAYIM... AzPolitika onlayn siyasiictimai qəzet

MƏNİM YARALI O TAYIM... AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Nurəddin İSMAYIL

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün elan olunduğu tarixi zaman kəsiyindən bizi 35 il ayırır.

Məhz 35 il əvvəl Naxçıvan Muxtar Respublikası ərazisindən sökülməsi başlayan sərhəd simləri sonrakı günlərdə bütün sərhədlərimiz boyunca aradan qaldırıldı. İki qartımış rejimin iki qardaş arasında süni surətdə yaratdığı iki yüz illik qadağaya son qoyuldu. O taylı-bu taylı soydaşlarımıza göz dağı olan, onları gözü yolda saxlayan, həsrətə, nisgilə salan tikanlı məftillər aradan götürüldü.

Sərhəd hərəkatının, o zaman başlayan milli oyanışın, yoxsa tarixi prosesin özünün diktəsi nəticəsində meydana gəlməsinin təfərrüatına varmadan onu qeyd etmək lazımdır ki, iki imperiyanın zor siyasəti ilə baş verən bu hadisə gec ya tez baş verməli idi. Bu hadisənin zaman baxımından sovet imperiyasının dağılması ilə üst-üstə düşməsi təbii idi və səbr kasası dolmuş xalqımız onun həsrətlə gözlədiyi tarixi fürsətdən yararlanmağı bacardı.

Nə fars rejiminin o tayımızda böyük çoxluq təşkil edən soydaşlarımızın milli kimlyini danma, assimliyasiyaya uğratma kimi mənfur siyasəti, nə də bu tayımızda çar və sovet rejiminin müstəmləkəçi, “sosializm qardaşlığı” adı altıdan yürütdüyü “velikorus” siyasəti bu tarixi prosesin qarşısını ala bildi. Əsrlər boyu ədəbiyyatımızın yaralı mövzusuna çevrilən, şair və yazıçılarımızın bəzən sətiraltı eyhamlarla, bəzən açıq şəkildə dilə gətirdiyi qüzey- güney məsələsi zamanın ortaya qoyduğu bir siyası sıçrayışla öz həllini tapdı.

1989-cu il soyuq kəsən dekabr ayının son günü. Böyük, coşqulu insan kütləsinin bütün Naxçıvan boyu sərhədlərə axını. Bir tərəfdə milli fəalların önündə getdiyi xalq kütləsinin sərhədə doğru yürüşü, tikanlı məftilin o tərəfində isə sovet sərhəd qoşunlarının əli tətikdə, “vur” əmrinə tabe olan əsgərləri. Hər şey bir anda baş verəcəkdi və verdi. Boyük, izdihamlı insan axının qarşısında duruş gətirməyən sərhəd qoruyucularına dinc əhaliyə qarşı silah çəkilməsinə cəsarət edilmir. Xalq da onlarla qaba rəftardan çəkinir və yalnız sərhəd simlərini dağıtmaq missiyasını sürətlə həyata keçirir. Beləcə, Naxçıvanda başlayan bu sərhəd hərəkatı tezliklə bütün Azərbaycan sərhədləri boyunca yayılmağa başlayır.

Hadisələrin sonrakı inkişafı hər kəsə bəlli. Sonrakı illərdə görəvinə başlayan təcrübəli siyasətçi H.Əliyevin 31 dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi üçün Naxçıvan Ali Məclisində məsələ qaldırmasına siyasi iradə tələb olunurdu və bu iradənin arxasında ona inam bəsləyən muxtar respublikanın mübariz insanları dururdu. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 31 dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi haqda qərar qəbul edir. Bir neçə gün sonra, dekabrın 25-də Azərbaycan Ali Sovetinin Milli Şurası öz növbəsində 31 Dekabrın Həmrəylik Günü kimi elan edilməsi ilə bağlı qanun qəbul etməli olur.

Tarixi önəm kəsb edən bu qanun qüvvəyə mindiyi gündən dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız 31 dekabr gününü Həmrəylik Günü kim qeyd edir. 31 dekabr Həmrəylik Günü artıq Azərbaycan xalqının dünya çapında milli birlik, milli həmrəylik, vahid etnos kimi çıxış etməsinin rəmzinə çevrilib. İnanırıq ki, bu tarixi günlə başlayan həmrəyliyimiz mübarizəmizin sonrakı mərhələsində Bütöv Azərbaycan ideyasının, eləcə də türk dövlətlərinin ən böyük arzusu olan Turan ideyasının gerçəkləşməsinə ən böyük töhfəmiz olacaq. Çox çəkməz ki, paytaxt Bakımız Kremlin soyğunçu siyasətindən qurtulduğu kimi, Təbrizimiz də onun haqq səsini boğmaq istəyən, milli varlığına həqarətlə yanaşan molla rejiminin fitnə yuvası Tehranın yırtıcı siyasətindən qurtulub bütöv bir can olacaqlar.

Yaralı o tayım

Nə zülümdür bizi tutan,

Əjdahatək haqqı udan,

Bitmir bu qəm, bitmir hicran

Mənim yaralı o tayım,

Köksü paralı bu tayım.

Gülü biçilən bağlarıq,

Sinəsi çarpaz dağlarıq,

Araz ağlar, biz ağlarıq

Mənim yaralı o tayım,

Köksü paralı bu tayım.

Qorqud öyən qədim elim,

Türkü deyən, şirin diim,

Nədən oldun dilim-dilim?

Mənim yaralı o tayım,

Köksü paralı bu tayım.

Daş üstündə daş qalmadı,

Kəsilməyən baş qalmadı,

Gözdən axdı, yaş qalmadı

Mənim yaralı o tayım,

Köksü paralı bu tayım.

Fitnə-fəsad doğdu Tehran,

Haqq səsini boğdu Tehran,

Nəyin varsa, sağdı Tehran

Mənim yaralı o tayım,

Köksü paralı bu tayım.

Getdi neçə canlar səndən,

Səttar kimi xanlar səndən,

Axdı qızıl qanlar səndən:

Mənim yaralı o tayım,

Köksü paralı bu tayım.

Ey gözümə nur Təbrizim,

Vaxtdır, oyan, dur, Təbrizim,

Yeni dövran qur, Təbrizim

Gülsün yaralı o tayım,

Köksü paralı bu tayım.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Dekabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri