Mənzil qalmaqalında yeni mərhələ: Anarla etirazçı şair barışdı?
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, şair İlham Qəhrəmanın Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrılması və mənzil bölgüsündə haqsızlığa məruz qalması ilə bağlı səsləndirdiyi iddialardan sonra AYB sədri Anar Rzayev məsələni məhkəmə müstəvisinə daşıyıb.
AYB qaşrı tərəfdən üzr və təzminat tələb edir. Lakin bəzi məlumatlara görə, tərəflər arasında barışıq əldə olunub və məhkəmə iddiası geri götürülüb.
Məsələ ilə bağlı “Cebheinfo.az” şair İlham Qəhrəmanla əlaqə saxlayaraq yayılan məlumatı dəqiqləşdirib. Şair İlham Qəhrəman barışığın olmadığını deyib:
“Barışıq olmayıb. Məni məhkəməyə özləri veriblər. Barışıq da olmayıb. Mənimlə heç kim danışmayıb. Onlar bilirlər ki, bu biabırçılıq çox böyük olacaq. Yəqin ona görə danışmaq istəmirlər. Mən heç kəslə barışmamışam. Aprelin 10-da məhkəməyə getməliyəm, amma ola bilər ki, özləri məhkəməyə müraciət edib ki, ərizəmizi geri götürürük. Ola bilər, bunu onlar özləri ediblər. Mən heç kəslə barışmamışam”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”

