Icma.az
close
up
RU
Mənzil yaxşı investisiyadırmı? │ TƏHLİL

Mənzil yaxşı investisiyadırmı? │ TƏHLİL

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.


Məsələn, 100 min manata alınan mənzil ayda 500 manat kirayə gətirirsə, illik kirayə gəliri 6 min manat, yəni mənzilin qiymətinin 6%-dir. Başqa sözlə, qiyməətlər və kirayə dəyişməsə, mənzil təxminən 17 ilə alış qiyməti qədər kirayə gəliri yaradır.
Praktik yanaşmada mənzilin qiyməti 15 illik kirayə gəlirindən aşağıdırsa, kirayə baxımından yaxşı investisiya hesab edilə bilər. 15-20 il isə normal intervaldır. 20 ildən yuxarı qalxdıqca kirayə gəlirliliyi zəifləyir. Məsələn, 100 min manatlıq mənzil ayda 560 manat kirayə gətirirsə, ümumi kirayə gəlirliliyi təxminən 6,7%, 420 manat gətirirsə 5%, 300 manat gətirirsə cəmi 3,6% olur.
Amma məsələ bununla bitmir. Mənzil təkcə kirayə gəliri gətirmir, eyni zamanda özü də bahalaşa bilər. Məsələn, illik inflyasiyanı 6%, mənzilin nominal qiymət artımını isə 10% götürsək, onun real dəyər artımı təxminən 3,8% edir. Yəni 100 min manatlıq mənzil bir ildən sonra 110 min manat olsa da, həmin 10 min manatın hamısı real qazanc deyil. Onun bir hissəsi pulun dəyərdən düşməsinin nəticəsidir.
Digər tərəfdən, kirayənin də hamısı qazanc deyil. Mənzilin boş qaldığı dövr, təmir və amortizasiya, vergilər, bina və idarəetmə xərcləri və s. xərclər var. Buna görə investisiya baxımından ümumi kirayəyə deyil, bütün bu xərclər çıxıldıqdan sonra qalan xalis kirayə gəlirinə baxmaq daha doğrudur.
Məsələn, 100 min manatlıq mənzil ayda 500 manat kirayə gətirirsə, ümumi kirayə gəlirliliyi 6%-dir. Əlavə xərclər üçün şərti olaraq ildə mənzilin dəyərinin 1,5 faizini götürsək, xalis kirayə gəlirliliyi 4,5% qalır. Mənzilin qiyməti də həmin il 10 faiz artarsa, ümumi nominal gəlir təxminən 14,5% edir. 6 faizlik inflyasiyanı nəzərə aldıqda real gəlirlilik təxminən 8% olur. Buradakı 1,5 faiz yalnız hesablama üçün götürülmüş şərti xərcdir.
Deməli, “mənzil kirayə ilə neçə ilə özünü çıxarır?” sualı vacibdir, amma investisiyanı qiymətləndirmək üçün təkbaşına kifayət deyil. Əvvəlcə aşağıdakı düsturu yadda saxlamaq lazımdır:
Mənzilin investisiya gəliri = xalis kirayə gəliri + mənzilin qiymət artımı - inflyasiyanın təsiri.
Amma burda daha bir məsələ var: alternativ gəlirdir. Yəni eyni 100 min manatı mənzilə qoymaq əvəzinə depozitdə, istiqrazda və ya başqa investisiya alətində saxlasaydıq nə qədər qazanardıq? Mənzil daha az likviddir, kirayəçi, təmir və satış riski var. Buna görə də daşınmaz əmlakın gəlirliliyi alternativ, daha az riskli investisiyadan kifayət qədər yüksək deyilsə, onu yaxşı investisiya adlandırmaq çətindir.
Əlqərə, , mənzil alarkən “Bu mənzil 100 min manatdır, neçə manata kirayə verə bilərəm?” sualını yox, “bu mənzil ayda 500 manat kirayə gətirirsə, investisiya kimi ona maksimum neçə manat verməyə dəyər?” sualını vermək və bu suala dəqiq cavab tapmaq lazımdır. Çünki, əmlakın bazar qiyməti ilə investisiya dəyəri eyni şey deyil.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://azvision.az
archiveBu xəbər 31 Avqust 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see390

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see378

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see318

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see293

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see285

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see279

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see273

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see260

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see255

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see255

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see252

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see248

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see240

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see238

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see227

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see226

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see221

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see211

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see203

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri