Icma.az
close
up
RU
Mənzillərin elektron reyestri niyə ləngiyir?

Mənzillərin elektron reyestri niyə ləngiyir?

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xeyli müddətdir tikilməkdə olan, çıxarışı olmayan binalardan müqavilə ilə alınan mənzillərin elektron reyestrinin yaradılacağı bildirilir. Lakin zaman keçsə də, reyestr hazır olmur ki, olmur.

Metbuat.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Bir müddət öncə tikilməkdə olan, çıxarışı olmayan binalardan müqavilə ilə alınan mənzillərin elektron reyestrinin yaradılacağı bildirilirdi. Amma xeyli zaman keçsə də, sistem yaradılmayıb. Məsələ hətta Milli Məclisin iclasında müzakirə olunub. Deputat Bəxtiyar Əliyev deyib ki, tikilməkdə olan binalarda mənzil alan şəxslərlə müqavilə bağlanan zaman həmin müqavilələr Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınsın ki, gələcəkdə vətəndaşları narahat edəcək problemlər yaşanmasın.

Aldanmamaq üçün hazır binaya üz tutur, amma...

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, reyestrin yaradılması mənzil almaq istəyən vətəndaşlar üçün çox vacibdir: "Bakıda və Abşeronda yeni çoxmərtəbəli binalar inşa olunur. Vətəndaşlara ilkin ödəniş edərkən alqı-satqı müqaviləsi, tam ödənildikdən sonra isə maliyyə arayışı verilir. Bina tikildikdən sonra aidiyyəti qurumlar tərəfindən yoxlanılır, qeydiyyatdan keçdikdən sonra isə çıxarışla təmin olunur. Bina tikilərkən müvafiq qurumlardan icazələr alınır və sonra inşasına başlanılır. Lakin vətəndaş bina tikilmədən mənzil alarkən əmlak heç bir dövlət qurumunda rəsmi qeydiyyatda olmur. Yalnız tikinti şirkətinin bazasında göstərilir. Vətəndaş mənzili ilə bağlı hansısa quruma müraciət etdikdə cavab ala bilmir”.

E.Fərzəliyevin sözlərinə görə, vətəndaşlar aldanmamaq üçün binanın tikilməsini gözləyir, bu zaman isə qiymət səbəbindən mənzil almağa imkanı çatmır: "Binaların reyestri aparılmadığına görə bəzi tikinti şirkətləri bir mənzili bir neçə şəxsə satır. MTK-lardan zərərçəkmiş insanların sayı 5200-dən artıqdır. Tikinti şirkətlərinin rəhbərləri həbs olunsa da, nə vətəndaşlar evlə təmin olunur, nə də onların ödədikləri pullar geri qayıdır”.

Bazar canlanacaq

Ekspertin fikrincə, mənzillər reyestrdə qeydiyyatdan keçərsə, insanlar mənzil almağa meyllənər və bazar canlanar: "Bakının Baş Planına əsasən, köhnə yaşayış evləri sökülüb, yerinə tikinti şirkətləri tərəfindən çoxmərtəbəli yaşayış binaları tikiləcək. Binalar reyestrə alınmazsa, tikinti şirkətlərinə bina tikmək maraqlı olmayacaq. Reyestr aparılarsa, həmçinin ipoteka predmetinə çevrilə bilərsə, bu halda bazarda canlanma müşahidə ediləcək”.

"Reyestr mütləq şəkildə yaradılacaq”

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc düşünür ki, prosesin uzanmasına səbəb fəaliyyət istiqamətinin genişliyidir: "Hər ilin sonunda vətəndaşlar ümid edirlər ki, növbəti il reyestrlə bağlı problem birdəfəlik həlini tapacaq. Amma təəssüflər olsun ki, problemin tam şəkildə həlli hələ də mövcud deyil. Prosesdə ləngimənin əsas səbəbi əhatə dairəsinin böyük olması ilə bağlıdır. Reyestrdə bütün əmlak növləri qeydiyyata alınır. Sahəsi, yerləşməsi və kimə məxsus olması ilə bağlı məlumatlar sistemə daxil edilir. Bu sistemin yaradılması istiqamətində mühüm addımlar atılıb. Ümid edirik ki, 2025-ci ilin əvvəllərində sistem işləyəcək. Təhlükəsizlik baxımından reyestr mütləq şəkildə yaradılacaq”.

Sədrin sözlərinə görə, təhlükəli ərazilərdə inşa olunan əmlaklar xaric, digərlərinin qanuniləşdirilməsinə şərait yaradılmalıdır: "Vətəndaşlar portal vasitəsilə öz əmlaklarını idarə edəcəklər. Sənədləşmə işinin qarşısındakı baryerlər aradan qalxacaq. Vətəndaşlar yeni mənzil aldıqları zaman hüquqi problemlərlə üzləşməyəcəklər”.

"Bir milyon 600 mindən artıq sənəd rəqəmsallaşdırılıb”

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədr müavini Elşad Məmmədov bildirib ki. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” portalının əsasnaməsi artıq hazırdır: "Əsasnamə təsdiqlənmək üçün aidiyyəti orqanlara göndərilib. Razılaşmalarla bərabər, texniki işlərə də artıq başlanılıb. Vətəndaşlara verilən sənədlər rəqəmsallaşdırılaraq məlumat bazasına daxil edilir. Bir milyon 600 mindən artıq sənədin rəqəmsallaşması başa çatıb. Önümüzdəki ildə vətəndaşlar bunun nəticələrini görməyə başlayacaqlar. Vətəndaşlar sadəcə FİN kodları ilə sistemə daxil olaraq bütün sənədlərini görə biləcəklər. Artıq dövlət arxivindən arayış almaq kimi öhdəliklər aradan qalxacaq”.

Canlı xəritə ilə izləmək mümkündür

E.Məmmədov bildirdi ki, texniki sənədlər və torpaq sahələrinin plan-ölçü sənədləri 2024-cü ildə rəqəmsallaşdırılıb: "Artıq vətəndaşlar bunu hansısa orqana yaxınlaşaraq götürməli olmayacaqlar. Şəxsi kabinetdən hər birini asanlıqla əldə edə biləcəklər. Bu, həmçinin sənədlərin saxtalaşdırılması riskini də aradan qaldırmış olur. Bütün torpaq sahələrinə dair məlumatları canlı xəritə üzərindən də izləmək mümkündür. Artıq vətəndaş aldığı torpaq sahəsinin sənədinin həqiqətən həmin əraziyə aid olub-olmadığını biləcək”.

"Bilmədən almaq vətəndaşı məsuliyyətdən azad etmir”

Sədr müavini vətəndaşlara aldanmamaq üçün tövsiyələrini də verdi və əvvəldən aldanmış şəxsləri əmlaklarını qanuniləşdirməyə çağırdı: "Bir də təyinatı nədirsə, ona uyğun torpaq almaq lazımdır. Hazırda ən böyük problemlər bu sahədədir. Alınan torpağın təyinatından kənar istifadəsi cinayət məsuliyyətinə gətirib çıxara bilir. Bilmədən almaq da vətəndaşı məsuliyyətdən azad etmir. Vətəndaşlar hər hansı bir torpaq alarkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə yaxınlaşaraq mütəxəssislərdən təmənnasız yardım ala bilərlər ki, sonradan aldadılmasınlar. Qeyri-yaşayış obyektlərinin istismarının sadələşdirilməsi ilə bağlı fərman da icra olunur. 12 mindən artıq vətəndaş müraciət edib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri