Icma.az
close
up
RU
Meqan Marklın atasını 40 il həbs gözləyir Ağır ittihamlar irəli sürüldü

Meqan Marklın atasını 40 il həbs gözləyir Ağır ittihamlar irəli sürüldü

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xarici mətbuata istinadən xəbər verir ki, noyabrın 24-də Los-Ancelesdə Federal Məhkəməsi 82 yaşlı T.Marklın yetkinlik yaşına çatmayan şəxslərə qarşı seksual zorakılıq məzmunlu materialları saxlamaqda ittiham olunması ilə bağlı qərar qəbul edib.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, ittiham sənədində Tomas Marklın 35 millimetrlik foto lentlərin neqativlərində qanunsuz materialları bilərəkdən saxladığı bildirilir. Həmin görüntülər arasında yetkinlik yaşına çatmamış, o cümlədən 12 yaşına çatmayan uşaqların da olduğu iddia edilir.

Federal prokurorluğun məlumatına görə, FBI əməkdaşları Los-Anceles ətrafında Tomas Markla məxsus iki anbar sahəsində axtarış aparıb. Nəticədə slaydlar, foto neqativlər və kitablar da daxil olmaqla, şübhəli materialların olduğu təxminən 78 əşya müsadirə edilib.

İttiham sənədində bəzi fotolarda Tomas Marklın yetkinlik yaşına çatmamış qız uşağı ilə birlikdə əks olunduğu barədə iddialar da yer alıb. Həmin görüntülərdən bəzilərinin Filippində çəkildiyi ehtimal olunur.

T.Markl hazırda Floridada həbsdə saxlanılır. O, noyabrın 6-da yaşadığı qocalar evində həbs edilib. Daha sonra girov müqabilində azadlığa buraxılaraq elektron izləmə qolbağı taxmaq şərti ilə ev dustaqlığına keçirilib. Lakin noyabrın 10-da izləmə cihazını çıxardığı iddiasından sonra yenidən həbs olunub.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, T.Marklın yaxın həftələrdə Los-Ancelesə aparılması və federal məhkəmə qarşısına çıxarılması gözlənilir. İrəli sürülən iki ittihamın hər biri üzrə 20 ilədək həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, keçirilən psixiatrik ekspertiza T.Marklın məhkəmə prosesində iştirak etmək qabiliyyətində olduğunu müəyyən edib. Ona əvvəllər demensiya diaqnozu qoyulsa da, ekspertlər onun ittihamların mahiyyətini anladığını və müdafiəsinə kömək edə biləcəyini bildiriblər.

T.Markl isə ona qarşı irəli sürülən ittihamları rədd edir. O, qanunsuz materiallara sahib olmadığını bildirib. ABŞ qanunvericiliyinə əsasən, məhkəmədə təqsiri sübuta yetirilənədək hər kəs günahsız hesab olunur.

Meqan Markl oktyabrın 23-də atasına qarşı səsləndirilən iddialarla bağlı açıqlama yayaraq baş verənlərdən dərin sarsıntı keçirdiyini bildirib. O, uşaqlarını babaları ilə ünsiyyətdən uzaq tutmaq qərarının onları qorumaq məqsədi daşıdığını vurğulayıb.

Hersoqinya açıqlamasında ümid etdiyini bildirib ki, ədalət təmin olunacaq və əsas diqqət uşaqların təhlükəsizliyinə yönəldiləcək.

Ata-qız münasibətləri 2018-ci ildə Meqan Marklın şahzadə Harri ilə evliliyindən əvvəl pozulub. Həmin vaxtdan bəri onların münasibətləri əvvəlki kimi olmayıb.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Noyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see466

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see373

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see370

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see342

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see339

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see329

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see329

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see325

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see321

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see306

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see298

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see295

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see280

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see280

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see272

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see267

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see266

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see264

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri