Icma.az
close
up
RU
“Azad edilmiş bölgələrdə həyat bərpa olunur” ŞƏRH EDİLDİ

“Azad edilmiş bölgələrdə həyat bərpa olunur” ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan ərazilərini İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdikdən sonra artıq "Böyük Qayıdış" prosesi mərhələli şəkildə həyata keçirilməyə başladı. Əlbəttə, 30 il ərzində həmin ərazilərə basdırılmış minalar və digər təhlükəli amillər bu prosesi bir qədər ləngitmişdi". Bunu SİA-ya politoloq Samir Hümbətov deyib.

O bildirib ki, hazırda minaların təmizlənməsi davam edir, paralel olaraq kəndlər və qəsəbələr salınır: "Füzuli, Cəbrayıl, Laçın, Kəlbəcər, Zəngilan və digər azad olunmuş rayonlara yavaş-yavaş əhalinin köçürülməsi həyata keçirilir. Bu da “Böyük Qayıdış” proqramının əsas hissəsidir. Burada xüsusilə nəzərə almaq lazımdır ki, elektrik, su, qaz, internet kimi infrastrukturun qurulması, yolların çəkilməsi və digər kommunikasiya xətləri böyük vəsait tələb edir.

Azərbaycan dövləti bu məqsədlə artıq 20 milyard manata qədər vəsait ayırıb, və bu məbləğin böyük hissəsi artıq xərclənib. Həyata keçirilən bu layihələr dövlətin öz vətəndaşlarına qayğısının və azad olunmuş ərazilərə diqqətinin bariz nümunəsidir. Əsas məqsəd vətəndaşların qısa müddətdə həmin ərazilərə təhlükəsiz və rahat şəkildə köçürülməsidir. Eyni zamanda, bölgənin turizm potensialı da inkişaf etdirilir. Bunun üçün nəqliyyat infrastrukturu vacib rol oynayır. Füzuli, Laçın və Zəngilanda inşa edilən hava limanları, çəkilən magistral yollar və dəmir yolları bu sahəyə böyük dəstək olacaq.

Ümumilikdə, Böyük Qayıdış prosesi işğaldan azad olunmuş ərazilərə verilən önəmin və dövlətin strateji yanaşmasının göstəricisidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Avqust 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri