Icma.az
close
up
RU
“Məqsədim baş məşqçi kimi “Şəfa”nı Premyer Liqaya çıxarmaqdı” Elgiz Kərəmli

“Məqsədim baş məşqçi kimi “Şəfa”nı Premyer Liqaya çıxarmaqdı” Elgiz Kərəmli

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan I Liqasının lideri “Şəfa” klubunun baş məşqçisi Elgiz Kərəmlinin İdmanxeber.az saytına müsahibəsi.

– MOİK-lə matçda qələbə qazanmaqla 4 oyunda maksimum nəticə əldə etdiniz. Bu barədə fikirləriniz?

Hər oyuna final kimi yanaşırıq və bu yanaşma komandamızın stabilliyini qorumağa kömək edir. Əgər bu stabilliyi saxlayarıqsa, mövsümün sonunda istədiyimiz nəticəni əldə edə biləcəyik.

– Komanda həm ən çox qol vuran, həm də ən az qol buraxan komandadır. Mövsümə belə uğurlu start verəcəyinizi gözləyirdinizmi?

Çempionluğa oynayırıqsa, buna uyğun oyun nümayiş etdirməliyik. Bu gün istədiklərimiz əldə olunduğu üçün futbolçularıma təşəkkür edirəm. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq və hər rəqibə ciddi yanaşırıq. Sonda bunun da nəticəsini görə bilirik.

– Klub rəhbərliyi hər zaman sizə inamını göstərir. Yolun sonunda çempion olsanız, “Şəfa”da qalacaqsınızmı?

Mənə “Şəfa”dan ilk təklif gələndə Premyer Liqa klubundan da razılaşmam vardı. Hətta milli komandada da çalışırdım. Məqsədim baş məşqçi kimi Premyer Liqada işləməkdir. Klubun gələcək planlarını öyrəndikdən sonra I Liqaya üz tutdum. Yolun sonunda məqsədim “Şəfa”nı Premyer Liqada baş məşqçi kimi çıxarmaqdır. Bu imkanı mənə verdikləri üçün rəhbərliyə təşəkkür edirəm. Mən də öz üzərimə düşəni edəcəyimə inanıram. 

 – I Liqanın legionersiz komandalarındansınız. Bu, missiyanızı uğurlu başa burmaqda problem yaratmaz ki?

Klubun strategiyası yalnız yerli futbolçulara güvənməkdir və mən bunu bilə-bilə təklifi qəbul etmişəm. Səbrlə çalışıb futbolçuların inkişafına töhfə verərək komandamızı daha yuxarı pillələrə çıxarmalıyıq. Bunun üçün isə uzun zaman lazımdır. Klub rəhbərliyi ölkə futboluna yeni adlar qazandırmaq istəyir.

– Bəzən yerli futbolçularla nəticə qazanmaq çətin olur. Bəzi oyunlarınızda Premyer Liqa təcrübəsi olan futbolçuların potensialından da aşağı çıxış etdiyinin də şahidi olmuşuq…

Çətin olacağını hər kəs bilir, lakin bir-birimizə güvənməliyik. Legioner limiti də mövcuddur, bəzi yerli futbolçular az şans qazanır, bu isə milli komandamız üçün arzuolunmazdır. Qısacası, klubun məqsədi Azərbaycanlı futbolçuların və Azərbaycan futbolunun inkişafına töhfə verməkdir.

Fərid Nəsibov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see198

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see184

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see166

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see140

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri