Icma.az
close
up
RU
Məqsədimiz dünya standartlarına uyğun model yaratmaqdır Bio Garden rəhbəri

Məqsədimiz dünya standartlarına uyğun model yaratmaqdır Bio Garden rəhbəri

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

"18 ildir ailəmizlə birlikdə "BioGardenin" yaradılması üzərində çalışırıq. Səkkiz hektar ərazini əhatə edən bu təsərrüfatda məqsədimiz dünya standartlarına uyğun nümunəvi kənd təsərrüfatı modeli və bağçılıq konsepsiyası yaratmaq, təbii landşaftı, flora müxtəlifliyini və kənd həyatının gözəlliklərini insanlara təqdim etməkdir".

Metbuat.az Kredit.az-a istinadən xəbər verir ki, bu fikirləri sahibkar Ehtibar Nuriyev deyib.

Sahibkar qeyd edib ki, üç şəkildə həyata keçirilən bu layihələrin hər biri həm nümayiş, həm də idarəetmə baxımından yüksək təşkil olunub:

"Birinci layihəmiz – rentabelli təsərrüfat modelidir. Bu bölmədə hər qarış torpaq iqtisadi göstəricilər baxımından səmərəli istifadənin əyani nümunəsi kimi təqdim olunur. Məqsədimiz dünya miqyasında tətbiq olunan müasir təsərrüfatçılıq prinsiplərinin real modelini nümayiş etdirməkdir.

İkinci layihəmiz – dəyər zəncirinin qurulmasıdır. Ailə fermer təsərrüfatı modelini formalaşdırmaqla məhsulun tarladan son məhsula qədər uzanan bütün mərhələlərinin necə səmərəli şəkildə idarə oluna biləcəyini göstəririk. Bu, kənd təsərrüfatının davamlı inkişafı üçün vacib olan dəyər zəncirinin real praktiki nümunəsidir.

Üçüncü layihəmiz – kənd həyatının turizmə inteqrasiyasıdır. Bu, yaşıl turizmin tərkib hissəsi sayılan aqroekoturizm məkanımızdır. Məqsədimiz kənd həyatını, kənd təsərrüfatının imkanlarını və ekologiya əsaslı təsərrüfatçılığı turizm ziyarətçilərinə dolğun şəkildə təqdim etməkdir".

Dünyanın müxtəlif ölkələrinin kənd təsərrüfati modellərinin sintezi olan bu layihədə torpağın infrastrukturundan ustalıqla istifadə edilib.

Biz burada gec yetişən meyvələrin keçidlərinə xüsusi önəm vermişik. Zəfəran, badam, innab və digər nadir bitkilərlə zəngin olan bu ərazidə məqsədimiz həm yerli, həm də xarici turistlərə ölkəmizin kənd təsərrüfatı potensialını və kənd həyatının gözəlliklərini göstərməkdir.

Aqroturizm çətin sahədir, çünki açıq istehsal sahəsi olmaqla yanaşı, təbiət faktorundan da asılıdır. Burada əsas məqsədimiz orqanik məhsulların yetişdirilməsi zamanı nələrə diqqət yetirildiyini, torpaq və bitkilərin necə qorunduğunu və məhsuldarlığın artırılması üçün hansı üsullardan istifadə olunduğunu əyani şəkildə təqdim etməkdir".

"BioGarden" ə giriş həm yerli, həm də xarici turistlər üçün ödənişlidir.Azərbaycan vətəndaşları üçün giriş 5 manat, Xarici vətəndaşlar üçün isə 10 manat ödəyirlər:

"Bu ödənişlə turistlər səkkiz hektarlıq ərazidə üç saat ərzində sərbəst gəzir, istədikləri qədər meyvə dadır, orqanik qiymətlərlə məhsul yığır, bizim hazırladığımız təbii məhsullardan alır və istifadə edə bilirlər. Ərazidə restoran və kafe xidmətləri mövcuddur. Turistlər təbiətdə balıq tuta, təbii toyuqların kəsimi və onlardan hazırlanan yeməklərin hazırlanması üzrə ustad dərslərində iştirak edə bilərlər. Bundan əlavə, uşaqlar üçün geniş əyləncə zonaları və müxtəlif interaktiv fəaliyyətlər də mövcuddur" deyə Etibar Nuriyev qeyd edib.

Gülbəniz Hüseynli / Kredit.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 Dekabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri