Icma.az
close
up
RU
Etibar Nuriyev: Bio Garden aqroturizmin inkişafının əyani nümunəsidir FOTO / VİDEO

Etibar Nuriyev: Bio Garden aqroturizmin inkişafının əyani nümunəsidir FOTO / VİDEO

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu sözləri Şəki rayonunda "Bio Garden" aqro ekoturizm məkanının rəhbəri Etibar Nuriyev rayonun qış turizm potensialı ilə tanışlıq mövzusunda təşkil olunan media-turda dilə gətirib. O diqqətə çatdırıb ki, təəssüratda 3 layihə ərsəyə gətirilib:
"Birinci layihədə rentabelli təsərrüfatın qurulması istiqamətində dünya təcrübəsi əyani şəkildə qonaqlara göstərilir. Burada hər bir kvadrat metr torpaq iqtisadi nöqteyi-nəzərdən dəyərli istifadə olunur. İkinci layihədə ailə formatlı dəyər zəncirinin formalaşdırılması və təbliği həyata keçirilir. Üçüncü layihədə isə kənd həyatının turizmə inteqrasiyası nəzərdə tutulur".
Müxtəlif ölkələr üzrə mütəmadi səyahətə çıxdığını, bu ölkələrin aqroturizm təcrübəsini öyrəndiyini vurğulayan Etibar Nuriyev bildirib ki, "Bio Garden" ABŞ-dən Yaponiyayadək bitki örtüyünü özündə cəmləşdirir:

("Bio Garden" aqro ekoturizm məkanının rəhbəri Etibar Nuriyev)
"Ustalıqla istifadə etdiyimiz torpaqda çalışmışıq ki, hər bir meyvə, xüsusilə regionun iqlimində, adətən, rastımıza çıxmayan hər məhsul (badam, zəfəran, innab və s.) öz təbii şəraitində yetişsin. Məqsədimiz xarici turistlərə kənd təsərrüfatımızın potensialını, kənd mədəniyyətin və onun idarəedilməsinin ən nümunəvi modelini, o cümlədən turizmə inteqrasiyasının necə ustalıqla həyata keçirilməsini göstərməkdir. Çünki aqroturizm xarici turistlər üçün çox maraq doğurur. Bu sahədə görülən bütün işləri "Bio Garden"də əyani görmək mümkündür".

O bildirib ki, Azərbaycan vətəndaşları 5 manat, xarici vətəndaşlar isə 10 manat ödənişlə "Bio Garden" təsərrüfatını ziyarət edə bilərlər:
"Ödəniş əsasında turistlərin 8 hektar ərazini 3 saat ərzində gəzmələri, özlərini rahat hiss etmələri üçün şərait yaradılıb. Turistlər meyvələri, habelə hazırladığımız digər məhsulları dada, onları ala bilərlər. Sahəmizdə balıq tutulması, toyuq kəsilməsi və s. istiqamətlərdə də ustad dərsləri keçirilir. Burada turistlər üçün həmçinin kafe və restoran, habelə azyaşlı uşaqların əylənmələri üçün attraksionlar fəaliyyət göstərir".

AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azvision.az
archiveBu xəbər 03 Dekabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri