Icma.az
close
up
RU
Məqsədimiz odur ki, I Liqada məğlub olmadan, Premyer Liqaya çempion kimi vəsiqə qazanaq Şəfa nın baş məşqçisi

Məqsədimiz odur ki, I Liqada məğlub olmadan, Premyer Liqaya çempion kimi vəsiqə qazanaq Şəfa nın baş məşqçisi

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

I Liqada hazırda lider olan "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli Sportal.az saytına müsahibə verib. O, komandasının hədəflərindən, mövsümün birinci hissəsindəki performansından danışıb.

- Mövsümün ilk hissəsi sizin üçün necə keçdi? 

Məqsədimiz onsuz da birinci dövrəni lider kimi tamamlamaq idi. Gözləntilərimiz üst-üstə düşdü. Liqanın səviyyəsinin artacağını gözləyirdik. Komandaların oyunçu keyfiyyəti də artdı və bu, bizim üçün əlavə çətinlik yaratdı. Fasiləyə birinci yerdə getməyimiz də, bizim üçün gözlənilən idi. Müsbət məqamlar da oldu. Açığını deyim, rəqiblərimizin bu qədər xal itirəcəyini gözləmirdim. Düşünürdüm ki, 12 oyundan sonra “Səbail”, “Mingəçevir”, “Baku Sportinq”lə xal fərqimiz az olacaq, bərabər səviyyədə gedəcək. Bizi sevindirən məqam odur ki, rəqiblərlə xal fərqimiz bir az çox oldu.

- I Liqada çempionluq mübarizəsinin “Şəfa” və “Səbail” arasında gedəcəyi gözlənilirdi. Digər rəqiblər də çempionluq mübarizəsində yer alır – “Baku Sportinq”, “Mingəçevir”...

“Səbail”i əsas rəqib kimi düşünürdük. Çünki onlar Premyer Liqadan gəlib. Struktur baxımından da təcrübəsi var. “Qəbələ” 2 mövsüm əvvəl Premyer Liqadan düşdü, amma I Liqada dərhal üstünlük yaratdı, rəqiblər üzərində fərq göstərdi. O biri komandaların da ilk “üçlüy”ə oynayacağını ehtimal edirdik. Məsələn, “Baku Sportinq”, “Ordu”, “Mingəçevir”. Bunu rəqiblərin həm şəraitinə, həm də heyətinə baxaraq ehtimal etmək olurdu.

- Əsas rəqibiniz “Səbail”dən 8 xal fərqiniz var. Bunu mövsümün sonuna qədər apara biləcəksiz?

Təbii ki, heyətdə bəzi dəyişikliklər etdik. Yollarını ayırdığımız oyunçular oldu. Onlara da göstərdikləri mübarizəyə görə təşəkkür edirəm. Yeni oyunçularımız da var. Digər klublar da güclənirlər. Məqsədimiz heyəti gücləndirib, zəif cəhətlərin üzərində işləməkdir. Qış fasiləsindən sonra oyunların sayı çoxdur, milli fasilə azdır. Fasilələr klublardakı zədəlilərin bərpası üçün üstünlük idi. Amma qış fasiləsindən sonra milli fasilə demək olar ki, yoxdur. Ona görə heyəti elə qurmaq lazımdır ki, hər mövqedə iki oyunçu olsun. Heyətimiz yaxşıdır, hücum xəttinə İbrahim Əliyevi gətirdik. Elmir Tağıyevlə də müqavilə imzaladıq. Hər birinə inanırıq.

- Mövsümün 1-ci hissəsində ən stressli görüş hansı idi?

Oyundan əvvəlki stressi nəzərə alsaq, “Səbail”lə matçı deyərdim. Matçdan əvvəl gərginlik var idi. Çünki onlar da Premyer Liqa üçün oynayan komandadır, qalib gələrək bizi keçə bilərdilər. Amma oyunun içindəki stressi digər matçlarda daha çox olurdu. “Cəbrayıl”a 3:0 qalib gəldiyimiz matç daha gərgin keçmişdi, nəinki “Səbail”lə 2:2 oyun. “Mingəçevir”ə 90-cı dəqiqədə 3-cü qolu vuraraq, 3:2 qalib gəldik. Amma düzü, oyun gərginlik yox idi, üstünlüyümüz hiss olunurdu. 

- Artıq 2-ci mövsümdür ki, “Şəfa”nın baş məşqçisiz. Həm I Liqada, həm də II Liqada məğlubiyyətsiz baş məşqçi kimi yola davam edirsiz. Azərbaycanda bütün peşəkar liqaları liqaları nəzərə alsaq, məğlub olmayan tək baş məşqçisiz. Bu məqamın hansısa psixoloji təzyiqi var? Məğlubiyyətsizliyin davamını Premyer Liqada gətirmək olar?

Komanda olaraq qarşımıza məqsəd qoymuşuq ki, I Liqada məğlub olmadan çempionluq qazanaq, Premyer Liqaya vəsiqə qazanaq. Premyer Liqada isə reallıq fərqlidir. Orada inanmıram ki, özümdə də hansısa təzyiq yaransın. “Qarabağ”, “Sabah” kimi komandalara qarşı yenidən qurulmuş təcrübəsiz heyət olacağıq. Orada məğlubiyyətlər gözləniləndir. 

- "Şəfa"nı Premyer Liqaya yüksəltsəniz, baş məşqçi postunda qalacaqsız? Rəhbərlik tərəfdən bu inamı hiss etmisiz?

İlk dəfə “Şəfa” mənə təklif göndərəndə, II Liqada mübarizə aparırdı. Həmin vaxtı mənə Premyer Liqa klublarından da təkliflər var idi, təbii ki, köməkçi məşqçi kimi. Amma “Şəfa” rəhbərliyinin qarşısına qoyduğu hədəfə, məqsədə baxanda, görünən o idi ki, mənimlə davam etmək istəyirlər. Həm yerli məşqçilərin, həm də yerli futbolçuların inkişafında maraqlıdırlar. Məni ən çox cəlb edən məqam bu idi. Ona görə çox rahatam. Lap tutaq ki, müqaviləmiz olmasa da, rahatam ki, “Şəfa”nı Premyer Liqaya çıxacarağım təqdirdə, komandanın baş məşqçisi mən olacam.

Gözləmədiyimiz oyunda xal da itirmişik. Amma həmin matçlarda da rəhbərlik mənə öz dəstəyini göstərib. II Liqada “Şahdağ Qusar”la final kimi matçda 0:0 oynadıq, oyunu yaxşı keçirməmişdik. Lakin rəhbərlik həmin görüşdən sonra da mənə dəstək nümayiş etdirdilər, mənə inandıqlarını bildirdilər. Hazırda da rəhbərliklə münasibətim çox yaxşıdır. Ola bilər ki, uğursuzluqlar yaşayaq. Onda da narazılıq və narahatlıq olsun. Bu da futbolda normaldır.

- Bir müddət əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun yanında təcrübə keçdiniz. A kateqoriyasına sahibsiz. Yeni kateqoriyaya sahib çıxdıqdan sonra Avropa klublarının birində təcrübə keçməyi planlaşdırırsız?

Şəxsən özüm istəyərdim. Nəinki Avropa klubları, elə yerli klublarımızın məşqçiləri də var ki, onların yanında təcrübə toplamaq olar. Niyə də olmasın? Rəhbərlik də mənim inkişaf etməyimdə səy göstərirlər. Onlar məni Avropa klublarından birinə göndərib, təcrübə qazanmağımda maraqladırlar. 

- Bu mövsüm “Şəfa”nı rəsmi görüşlərdə Premyer Liqa klubuna qarşı meydanda gördünüz. “Qəbələ”yə qarşı kubok matçı keçirdiz. Sizcə, “Şəfa” Premyer Liqaya nə dərəcədə hazır göründü?

Komandamın Premyer Liqa təmsilçisinə qarşı yaxşı mübarizə apardığının şahidi olduq, futbolçularım inamlı idilər. Heyəti daha da gücləndirib, yerli daha təcrübəli oyunçuları cəlb etməklə, Premyer Liqada mübarizə apara bilərik. Çempionluq, avrokuboklar uğrunda mübarizəni deyə bilmərəm, lakin digər yerlər üçün oynaya bilərik. Amma I Liqa və Premyer Liqa oyunlarındakı temp, sürətdə fərq var. O da “Qəbələ” ilə matçda özünü göstərdi.

- “Şəfa” rəhbərliyi bildirir ki, Premyer Liqaya çıxacağı təqdirdə də yalnız yerlilərə güvənəcək. Bu təcrübədən istifadə edən klublarımız olub. Amma həmin vaxtı legioner limiti ləğv edilməmişdi, yeni mövsümdən isə yalnız yerli futbolçulardan ibarət komandanın legioner limiti olmadan hansısa rəqibə qarşı mübarizə aparmasını necə təsəvvür edirsiz?

"Şəfa" rəhbərliyinin məqsədi Azərbaycan futboluna xeyir verməkdir. Azərbaycanlı futbolçuların oynayaraq inkişaf etməsini istəyir. Bununla yanaşı, milli komandaya da hazır futbolçu yetişdirməyi düşünür. 

- Klub olaraq necə, "Şəfa" Premyer Liqaya hazırdır? İnfrastruktur baxımından hazırlıqlar gedir?

Hazırda “Şəfa”nın 3 yaş qrupunda qızlar komandası, 4 yaş qrupunda isə oğlanlar komandası var. U-17 heyətimizin məşqçiləri ilə daim ünsiyyətdəyik. Məşqlərini də izləyirik, futbolçularla da söhbət edib, onlara dəstək olmağa çalışırıq. Oyunlarını bacardığımız qədər izləyirik. Oradan komandamıza dəvət etdiyimiz futbolçular da olub, hətta Premyer Liqa klublarına da qarşı yoldaşlıq görüşlərində şans vermişik. “Qəbələ” ilə kubok matçında da U-17 komandasından İsmayıl Rzayevi özümüzlə oyuna aparmışdıq. Stadion baxımından da rəhbərlik çox çalışır. Onlar da digər qurumlarla iş görürlər ki, “Şəfa”nın Bakıda məskunlaşacağı bazası və stadionu olsun.

- Siz həm “Şəfa”nın futbolçusu olmusuz, indi isə baş məşqçisiz...

2000-ci ildə “Şəfa”nın 4 komandası var idi, “Şəfa”-1 və digərləri. Mən “Şəfa”-4 komandasında məşq etməyə başladım, İbrahim Dadaşov idi baş məşqçisiz. Ondan sonra İslam Kərimovun rəhbərliyi altında çıxış etməyə başladıq. İndi isə özüm “Şəfa”nın baş məşqçisiyəm, xoş hissdir. 

- Əvvəlki illərində “Şəfa” hətta avrokuboklarda da iştirak edib, ölkə kubokunnun sahibi olub. Ən azından gələcəkdə daha iddialı, daim avrokuboklar uğrunda mübarizə aparan “Şəfa” görəcəyik?

Məqsədimiz də bunlardır. Hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaqla bitməyəcək. Müəyyən təcrübə topladıqdan sonra avrokuboklar uğrunda mübarizə aparacağıq. Hər halda, illər lazımdır. Hansı tarixdə, bunu neçə ildən sonra bacaracağıq, zaman göstərəcək.

- “Şəfa”da uğurlu çıxışa davam edəcəyiniz təqdirdə, sizin özünüzü başqa komandada görmək ehtimalımız ola bilər? Hər halda, Premyer Liqaya vəsiqə qazansanız, təkliflər ola bilər...

Hər bir məşqçinin xəyalıdır ki, daha yuxarı liqalarda çalışsın. Amma indi rəhbərliklə münasibətim, klubdakı durumum məni çox qane edir. Pillə-pillə uğur qazanacağımız təqdirdə, niyə də daimi olaraq “Şəfa”da qalmayım? Yeni hədəfləri öz klubumuzla qazanmağımız daha yaxşı olardı. Komandanı II Liqadan Premyer Liqaya çıxarmaq, ondan sonra avrokubok və çempionluq uğrunda mübarizə aparmağa zaman lazımdır. Bu, mənim arzuladığım bir işdir ki, daim bir klubda çalışasan. 

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sportal.az
archiveBu xəbər 01 Fevral 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see145

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see138

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri