Icma.az
close
up
RU
Müasir futbolda yeni reallıq : Qoca futbolçuların artan dəyəri

Müasir futbolda yeni reallıq : Qoca futbolçuların artan dəyəri

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Əvvəllər futbolçu üçün yaş anlayışı mübahisə mövzusu belə deyildi. 30 yaşdan sonra eniş başlayır, 33-35 aralığında isə karyeranın başa çatması az qala qaçılmaz görünürdü. Klub rəhbərləri bu yaşdan yuxarı futbolçulara risk kimi yanaşır, azarkeşlər isə artıq həmin oyunçulara keçmişin xatirəsi kimi baxırdı. Futbolun yazılmamış qanunları vardı və onlardan biri də "yaşlı futbolçu ilə plan qurulmaz" prinsipi idi. Bir qədər qəribə görünsə də, bu gün futbol bu qanunları pozmaqdadır. Daha doğrusu, oyun dəyişib və onunla birgə yaş anlayışı da bir qədər fərqli mənaya malikdir.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Paradoksal reallıq

Bu gün futbol klublarında 38-40 yaşında futbolçu görmək artıq sensasiya deyil. İndi əsas məsələ oyunçunun neçə yaşında olması yox, meydanda nə etdiyidir: oyuna nə qatır, komanda üçün hansı funksiyanı yerinə yetirir, hansı anlarda fərq yaradır.

41 yaşlı Luka Modriçin hələ də "Böyük beşlik"də çıxış etməsi, "Milan" kimi klubda əsas heyətin dəyişməz üzvü olması, oyunun ritmini müəyyən etməsi bunun ən bariz nümunəsidir. 39 yaşlı Lionel Messinin tempi əvvəlki illərlə müqayisədə aşağı düşsə belə, qərarvermə keyfiyyəti ilə hələ də oyunun taleyini dəyişə bilməsi, 41 yaşlı Kriştiano Ronaldonun fiziki durumunu gənc futbolçularla müqayisə ediləcək səviyyədə saxlaması və qollarını sıralaması da eyni məntiqin davamıdır.

Bu futbolçular sadəcə "hörmət naminə" meydanda qalmırlar. Onlar komandalarının oyun sistemində aparıcı fiqurlardır, taktiki planların mərkəzində dayanırlar. Ən vacibi isə təcrübələri hesabına həlledici anlarda məsuliyyəti üzərlərinə götürməyi bacarırlar. Məhz bu səbəbdən 41 yaşında "Portu" kimi ambisiyalı bir kluba keçən Tyaqo Silva müasir futbol reallığının istisnası təsiri bağışlamır.

Paradoks ondadır ki, futbol tarixinin ən sürətli dövrünü yaşayırıq. Oyun tempi yüksəlib, pressinq daha aqressiv xarakter alıb, meydanda boş zona anlayışı demək olar ki, yoxdur. Məntiqlə bu vəziyyətdə futbolçuların daha tez sıradan çıxacağı gözlənilərdi. Amma reallıq tam əksini göstərir. Futbolçular daha gec tükənir, pik formalarını daha uzun müddət qoruyub saxlaya bilirlər.

Mütəxəssislər hesab edirlər ki, "futbolçu ömrü"nün uzanması təsadüfi deyil. Düzgün planlama, yüklənmənin balanslaşdırılması, bərpa proseslərinə verilən önəm, qidalanma və fərdi hazırlıq proqramları bunun əsas səbəbləridir.

Atlet futbolçular

Əvvəllər futbolçu daha çox məşq meydanında gördüyü işlə qiymətləndirilirdi. Kim daha çox qaçır, fiziki göstəricilərinə görə məşqdə fərqlənirdisə, o da ön plana keçirdi. Bu gün isə oyunçunun performans anlayışı daha fərqli mənaya malikdir. Hər bir futbolçu tam bir atletdir. Onun yuxu rejimi, qidalanması, bərpa prosesi, hətta gündəlik həyat tərzi performansın tərkib hissəsinə çevrilib. Mövsüm bitəndən sonra tam istirahət anlayışı demək olar ki, yoxdur. Çünki il uzunu turnirlər bir-birini əvəz etdiyi üçün futbolçunun istirahətə çox az vaxtı qalır. Proses fasiləsiz davam edir və bədən nəzarətsiz buraxılmır. Peşəkarlarla çalışan futbolçu artıq hansı həddə qədər yüklənə biləcəyini və harada dayanmalı olduğunu bilir. Bu yanaşma yaş faktorunu tədricən arxa plana keçirir. Artıq məsələ həmin yaşda bədənin hansı vəziyyətdə olmasıdır.

Bugünkü futbolu müasir idman təbabətindən ayrı təsəvvür etmək mümkün deyil. Bir vaxtlar karyeranı bitirən diz və əzələ zədələri indi düzgün reabilitasiya ilə daha idarə olunan prosesə çevrilib. Diaqnostika daha dəqiqdir, bərpa proqramları fərdidir, risklər əvvəlcədən hesablanır. Bu da oyunçuların daha uzun müddət üst səviyyədə oynamasına imkan yaradır.

Sürət də artır, ağıl da

Yaşlı futbolçuların müasir futbolda qalmasının əsas səbəblərindən biri də oyunun taktiki baxımdan inkişaf etməsidir. Bugünkü futbol artıq təkcə fiziki mübarizə üzərində qurulmur. Mövqe seçimi, oyunun gedişatını oxuma bacarığı, doğru anda doğru qərar vermək bir çox hallarda sürətdən daha həlledici amilə çevrilib.

Futbol əvvəlkindən daha sürətli, daha çox qaçılan bir oyundur. Amma eyni zamanda futbol əvvəlkindən daha çox düşünülən oyuna çevrilib. Bu da təcrübənin dəyərini artırır. Müasir oyunda nəticəni düzgün qərarlar müəyyənləşdirir. Məhz bu səbəbdən yaşlı futbolçular bu tempin içində hələ də özlərinə yer tapa bilirlər.

Müasir oyunda 40 yaşında futbolçu görmək artıq istisna hesab olunmamalıdır. Bu, yeni normadır və atletin öz fiziki formasına sistemli yanaşmasının nəticəsidir. İdman elmi, tibbi imkanlar, taktiki dəyişiklik və peşəkar həyat tərzi birlikdə futbolçuların oynama müddətini uzadıb. Azarkeşlər üçün isə bundan daha xoş reallıq yoxdur. Onlar sevdikləri futbolçuları daha uzun müddət iş başında görə bilirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:34
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Fevral 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see211

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see139

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri