Icma.az
close
up
RU
Məqsədimiz sərnişinlərin təhlükəsizliyini təmin etməkdir

Məqsədimiz sərnişinlərin təhlükəsizliyini təmin etməkdir

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müsahibimiz təlimatçı - təyyarə bələdçisi Maynisə Həsənovadır

- Maynisə xanım, niyə məhz bu sənəti seçdiniz?

- Aviasiya mənim üçün bir həyat tərzidir, hansı ki özündə yüksək məsuliyyət, professionallıq və komandada işləmək bacarığını birləşdirir. Həmişə sadəcə səyahət etmək yox, səyahətlərin insanlar üçün təhlükəsiz və komfortlu keçməsini istəmişəm, təyyarə bələdçisinin işi, sərnişinlərə kömək etmək və qeyri-standart hallarda çıxış yollarını göstərməkdir.

- Maraqlıdır, həftədə ortalama neçə saat uçursunuz?

- Bizim orta aylıq uçuşumuz 50 saatdan - 80 saata qədər olur. Bu, işimizin çox kiçik bir hissəsidir. Bundan əlavə mütəmadi olaraq hazırlıqlar keçirik,

brifinqdə iştirak edirik,  qəza prosedurlarının təlimlərində iştirak edirik və bunların hamısı  kvalifikasiyamızı daim  yüksək səviyyədə saxlamaqa kömək edir.

Bu peşə tam fədakarlıq tələb edir, ona görə də hər dəqiqə bu peşədə maksimum səmərəliliklə istifadə olunur.

- Təyyarədə, göydə həddən artıq vaxt keçirmək sağlamlığınıza necə təsir edir?

- Saat qurşaqlarının tez-tez dəyişməsi və uzun uçuşlar sağlamlığa xüsusi diqqət yetirməyi tələb edir. Təbii ki, buna görə  biz ciddi istirahət rejiminə riayət edirik, fiziki hazırlığımızı qoruyuruq və qidalanmamıza nəzarət edirik. Aviaşirkət də bizə qayğı göstərir, uçuşlardan sonra istirahət üçün hər cür şərait yaradır.

- Təyyarə hədəf mənzilə çatdıqdan sonra getdiyiniz ölkələri gəzmək üçün vaxtınız olurmu?

- Hamısı cədvəldən asılıdır. Bəzən uçuşlar arasında şəhəri gəzmək üçün vaxt olur, lakin ekipajın əsas vəzifəsi növbəti uçuşa hazır olmaqdır. Ona görə də uzun dayanacaqlarda belə, sərnişinlərimizin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün rejimə riayət edirik, peşəkar formamızı qoruyuruq.

- İnsanlar elə düşünürlər ki, işinizlə əlaqədar  dünyanın hər yerinə vizasız səyahət edə bilirsiniz. Bu nə dərəcədə doğrudur?

- İş vəzifələrimizi yerinə yetirmək üçün xüsusi icazələrimiz var, lakin şəxsi səyahətlər üçün ümumi viza qaydaları tətbiq olunur. Bununla belə, Azərbaycan Hava Yollarında işləmək xaricə daha tez-tez səyahət etmək və müxtəlif ölkələrin mədəniyyətini daha yaxşı başa düşmək imkanı verir.

- Bəs təyyarədə təhlükəli vəziyyətlər zamanı necə soyuqqanlı qalmağı bacara bilirsiniz?

- Soyuqqanlılıq və özgüvənlilik  keçirilən hazırlıqların nəticəsidir. Biz mütəmadi olaraq təhlükəsizlik, qəza - xilasetmə prosedurları, ilkin tibbi yardımın göstərilməsi, konflikt vəziyyətlərin aradan qaldırılması üzrə təlimlərdən keçirik, ştatdankənar situasiya zamanı bizim dəqiq hərəkət alqoritmimiz var ki, biz bunları hər zaman maksimum dərəcədə təkrar edib hazırlıqlı oluruq. Ən birinci məqsədimiz sərnişinlərimizin təhlükəsizliyini təmin etməkdir. Bu da bizə hər zaman soyuqqanlığımızı saxlamağa kömək edir.

- Bu sənətin çətin tərəflərindən danışardınız...

- Dəyişkən iş qrafiki,  yüksək təzyiq altında işləmək halları, gecə uçuşları və s. Eyni zamanda bayramlarda çox vaxt evdən, ailədən uzaqda oluruq. Bundan əlavə, biz daim insanlarla ünsiyyətdə oluruq. Qeyd edim ki, bu bir tərəfdən  işimizi unikallaşdırır, yəni inkişaf etməyimizə kömək edir.

- Məlum qəzadan sonra insanlar bu peşəni həyata keçirən insanlara qəhrəman kimi yanaşırlar...

- Biz məsuliyyətimizi dərk edirik. Fövqəladə hallarda insanların həyatına təsir edən qərarlar verən ekipajdır. Cəld və panik olmadan hərəkət etməyə öyrəşmişik. Sözügedən hadisədən sonra sərnişinlər  bizim tərəfimizdən hər zaman ilk növbədə uçuşun  təhlükəsizliyinə diqqət yetirməyimizə görə təşəkkürlərini bildirirlər.

- İlk uçuşunuz haraya olub və onu necə xatırlayırsınız?

- İlk uçuşum Bakı - İstanbul - Bakı  marşrutu üzrə uçuş olub. Ən çox yadımda qalan ekipajdakı ab-hava idi: təcrübəli həmkarlarım mənə dəstək oldular, məsləhətlər verdilər, mən də təlimlər zamanı əldə etdiyim bütün bilikləri tətbiq etməyə çalışdım. Bu uçuş mənə tez qərarlar qəbul etməyi və işimdə çevik olmağı öyrətdi.

-Sərnişinlərin təyyarədə tez-tez  pozduğu  qaydalar hansılardır?

- Ən çox qayda pozuntuları mobil cihazların təyyarə rejiminə keçirilməsi zərurəti barədə elandan sonra onların istifadə edilməsidir. Elektron siqaretlər  daxil olmaqla, siqaret çəkmək cəhdləri də tez-tez olur. Bizim vəzifəmiz təkcə sərnişinlərə qaydaları xatırlatmaq deyil, həm də təhlükəsizlik baxımından onlara riayət etməyin vacibliyini izah etməkdir.

- Başqa hansı maraqlı hadisələrlə qarşılaşırsınız?

- Təyyarə bələdçisinin işi hər gün yeni və gözlənilməz anları əhatə edir. Uçuşlarda təsirli görüşlər də olur. Bir dəfə  təyyarədə bir gənc sevdiyi xanıma evlilik təklifi etmişdi.  Bəzən psixoloji dəstək, uşaqları sakitləşdirmək və ya sərnişinlər arasında yaranan gərgin vəziyyətləri aradan qaldırmaq yollarını tapmaq lazımdır. Sərnişinlərə ilkin tibbi yardım göstərmək halları da olur. Bizim peşəmizdə əsas məqam istənilən şəraitə tez uyğunlaşmaq, sərnişinlərə anında kömək və təbii ki, qayğı göstərmək bacarığıdır.

-Təyyarə bələdçisi olmaq istəyən bir gənc üçün hansı  məsləhətləriniz olar?

- Bu peşə intizam və davamlı olaraq təlimlərdən keçmək tələb edir.  Əgər siz məsuliyyət götürməyə, komandada işləməyə və sərnişinlərinizlə səmimi davranmağa hazırsınızsa, bu iş sizin  üçün böyük imkanlar və yollar açacaq. Ən əsası işinizi sevmək və öz peşənizdə ən yaxşısı olmağa çalışmaqdır.

Söhbətləşdi: Havar Şəfiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Mart 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri