Icma.az
close
up
RU
Məqsədli proqramların həyata keçirilməsi ilə bağlı işəgötürənlər üçün müsabiqə elan edilir

Məqsədli proqramların həyata keçirilməsi ilə bağlı işəgötürənlər üçün müsabiqə elan edilir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təminatına xidmət edən məqsədli proqramların həyata keçirilməsi ilə bağlı işəgötürənlər üçün müsabiqə elan edir.

AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, müsabiqədə qalib gələn işəgötürənlərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün iş yerlərinin yaradılması ilə bağlı xərclərinin 75 faizədək hissəsini Dövlət Məşğulluq Agentliyi ödəyəcək.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, 1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha artıq uşağı olan, habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, keçmiş məcburi köçkünlər daxildir.

Müsabiqəyə aşağıdakı şərtlərə cavab verən işəgötürənlər müraciət edə bilərlər:

∙ Son 1 il ərzində fəaliyyətdə olan və müraciət tarixinə Azərbaycanda vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan;

∙ Son 1 il ərzində işçilərin sayını azaltmayan və ya iş yerlərini ixtisar etməyən;

∙ Boş iş yerləri barədə məlumatları vakansiya bankına təqdim edən;

∙ İqtisadi fəaliyyət növü kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, emal sənayesi, topdan və pərakəndə ticarət avtomobillərinin və motosikletlərinin təmiri, yaşayışın təşkili və ictimai iaşə, istirahət, əyləncə və incəsənət sahəsi üzrə olan.

Dövlət, bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin isə müsabiqədə iştirakına yol verilmir.

Müsabiqədə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün münasib və dayanıqlı iş yerləri yaradan, əmək bazarında ən çox tələb olunan peşələr üzrə məqsədli proqramlar təqdim edən işəgötürənlərə üstünlük veriləcək.

Hər bir işəgötürən müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər və layihə çərçivəsində yaradılacaq iş yerlərinin sayı işəgötürənin mövcud işçi sayının 10 faizi miqdarınadək, lakin ümumilikdə 20 iş yerindən çox ola bilməz.

Müsabiqədə qalib gələn işəgötürənlərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün iş yerlərinin yaradılması ilə bağlı xərclərinin 75 faizədək hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən, azı 25 faizi isə işəgötürən tərəfindən ödəniləcək.

İşəgötürənlər link vasitəsilə müsabiqədə iştirak üçün müraciət edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri